|
14 iyun 2006-cı il tarixdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “HEYDƏR ƏLİYEV GUŞƏSİ” açılmışdır.
Həmin guşədə Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1993-2003-cü illərdə bu problemin siyasi yolla həlli , xarici ölkələrin dövlət başçıları, ATƏT-in rəhbərləri, nümayəndələri, Minsk Qrupunun həmsədrləri ilə və digər beynəlxalq təşkilatların rəhbərləri ilə görüşləri , qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin yüngülləşdirilməsi istiqamətində həyata keçirdiyi geniş miqyaslı tədbirlər haqqında məlumatlar , qaçqın və məcburi köçkünlərlə bağlı keçirilən bütün görüşlərin videolentləri və Ümumilli lider Heydər Əliyevin haqqında nəfis şəkildə çap olunan kitablar sərgiləndirilmişdir.
|