|
|
||||||||||||
|
Ermənistan-Azərbaycan münaqişəsi
|
BMT-nin Təhlükəsizlik Şurasının 12 noyabr 1993-cü il 853 saylı Qətnaməsi Təhlükəsizlik Şurası özünün 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnaməsini təsdiq edərək; ATƏT-in Minsk qrupunun 27 iyul 1993-cü il tarixli məruzəsini dinləyərək; Ermənistan və Azərbaycan Respublikası arasında olan münasibətlərin pislənməsi və onların arasında olan gərginlikdən ciddi narahatlığını bildirərək; tərəflərin 822 saylı Qətnaməinin həyata keçirilməsinə dair təxirəsalınmaz planın qəbul etmələrini alqışlayaraq; hərbi qüvvələrin əməliyyatlarının qızışdırılması, o cümlədən Azərbaycanın Ağdam rayonun işğalını həyəcanla qeyd edir; bu vəziyyətin sülh və sabitliyə təhlükə yaranmasına dair narahatlığını bildirir; 1) Ağdam rayonu və Azərbaycanın işğal olunnmuş digər torpaqlarının zəptini pisləyir; 2) Regionda düşmənçilik hərəkətlərini, həmçinin mülkü əhaliyə hücumlar və yaşayış rayonlarını bombardman edilməsini və artilleriya atəşinə tutulmasını pisləyir; 3) Bütün hərbi əməliyyatların təxirəsalınmadan dayandırılmasını, təcili, tam və danışıqsız olaraq Ağdam və Azərbaycanın işğal olunmuş digər rayonlarından münaqişədə iştirak etmiş silahlı qüvvələrini çıxardılmasını tələb edir; 4) Tərəfləri razılaşmaya gəlməyə və bu razılaşmaya əməl etməyə çağırır; 5) Regionda yuxarıda göstərilən 3-cü və 4-cü bəndlərin kontekstini, özünün əvəlki iktisadi, nəqliyyat və energetika əlaqələrinin bərpasına çağrışlarını bir daha təsdiq edir; 6) ATƏT-in Minsk qurupunun münaqişənin sülh yolu ilə həll olunmasına, həmçinin 822 (1993) saylı qətnaməsinin həyata keçirilməsinə yonəldilmiş səylərini bəyənir və buna qarşı çıxa biləcək hərbi əməliyyatların qızışdırılması ilə bağlı ciddi narahatlığını bildirir; 7) ATƏT-in nəzarətçi missiyasının və fəaliyyət qrafikinin yaradılmasına dair tədbirlərin, həmçinin Şura çərçivəsində və yerlərdə şuranın iştirak etməsi haqqında təklifi alqışlayır; 8) Tərəflər münaqişənin sülh yolu ilə həll olunmasına qarşı hər hansı bir hərəkətdən çəkinməyə, Minsk qurupu çərçivəsində danışıqların aparılmasına, həmçinin münaqişənin son həllinə yönəlmiş bir başa əlaqələrin davam etməyə çağırır; 9) Ermənistan Respublikasının Azərbaycanın Dağlıq Qarabağ regionun ermənilərinin 822-ci (1993) və indiki qətnamələrin əməl etməsini təmin etməyə və bu tərəfin Minsk qpunun təkliflərini qəbul eləməsinə çağırır. Dövlətləri təklikdə münaqişənin eskalasiyasına, yaxud ərazilərin işğalının davam etdirməsinə gətirib çıxarda bilən hər hansı silahın və hərbi əmlaklara təhciz etməkdən çəkinməyə çağırır. 10) Dövlətləri münaqişənin şişirdilməsinə və ya ərazinin işğalına davam etməsinə yönəlmiş hər hansı bir silahlı və hərbi yardımdan çəkinməyə təkidlə çağırır; 11) Mülkü əhalinin dözülməz vəziyyətinin yüngünlləşdirilməsinə yönəldilmiş regionda, həmçinin münaqişənin toxunduğu bütün rayonlarda humanitar yardımla maniyəsiz təmin olunmasına bir daha çağırır; 12) Baş Katibdən və müvafiq beynəlxalq təşkilatlardan zərər çəkmiş mülki əhaliyə təcili hümanitar yardımın verilməsini və yerini dəyişmiş şəxslərin evlərinə qaytarılmasına xahiş edir; 13) Baş Katibdən, hazırda fəaliyyətdə olan ATƏT-in və Minsk qrupunun sədrlərinin məsləhəti ilə regionda vəziyyətə dair məruzələrin təqdimatının davam etdirilməsini xahiş edir; 14) Bu məsələ ilə əlaqədar aktiv məşğul olmağı qərara alır. 3259 saylı yığıncağında yekdinliklə qəbul olunmuşdur. |
|||||||||||
Copyright © 2008AZƏRBAYCAN RESPUBLİKASININ QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57 Tel/fax: (99412) 430 09 21, 430 09 25 Elektron ünvan: info@refugee.gov.az |
||||||||||||