BMT-nin Təhlükəsizlik Şurasının 14 oktyabr 1993-cü il tarixli 874 saylı Qətnaməsi

Təhlükəsizlik Şurası özünün 30 aprel 1993-cü il tarixli 822, 29 iyul 1993-cü il tarixli 853 saylı qətnamələrini təsdiq edərək və 18 avqust 1993-cü ildə Təhlükəsizlik Şurasının Sədri tərəfindən oxunan Bəyanata istinad edərək, Qarabağ üzrə ATƏT-in Minsk qrupunun BMT-nin sədrinə ünvanlanmış 1 oktyabr 1993-cü il tarixli məktubuna baxaraq, Azərbaycan Respublikasında və onun ətrafında Dağlığ Qarabağ konfliktinin və Azəpbaycan Respublikası və Ermənistan Respublikası arasında olan gərginliyin sülh və sabitliyə təhlükə yaratması ilə bağlı öz narahatlığını bildirərək, 8 oktyabr 1993-cü ildə Moskva şəhərində keçirilən yüksək səviyyəli görüşü qeyd edərək və bu görüşün vəziyyətin yaxşılaşmasına və konfliktin sülh yolu ilə həll olmasına kömək edəcəyinə ümid bəsləyərək, Azəpbaycan Respublikasının və regionda olan digər dövlətlərin suverenliyini və ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin pozulmamazlığını və qüvvə tətbiq edərək torpaqların alınmasının mümükünsüzlüyünü bir daha təsdiq edərək, konflikt ilə bağlı insanların əzab-əziyyətləri və reginoda baş verən humanitar vəziyyətlə əlaqədar, o cümlədən Azərbaycan Respublikasının çox saylı vətəndaşlarının yerdəyişməsi ilə əlaqədar öz ciddi narahatlığını bildirərək:

1) Tərəfləri atəşkəsin effektliyini və daimiliyini, Minsk qrupuna dəstək olaraq Rusiya Federasmyasının yardımı ilə birbaşa əlaqələrin yaradılmasının təmin etməyə çağırır;

2) Özünün ATƏT və Minsk qrupunun yorulmaz əməyi çərçivəsində əldə olunan sülh prosesini dəstəklədiyini bir daha bəyan edir;

3) 28 sentyabr 1993-cü ildə Minsk qrupunun yığıncağında qəbul edilmiş və Sədr tərəfindən maraqlı tərəflərə təqdim edilmiş «822 (1993) və 853 (1993) Qətnamələrini həyata keçirilməsi ilə əlaqədar təxirə salınmaz tədbirlərin yeniləşmiş qrafikini» bəyənir, tərəflərə onu qəbul etməsini məsləhət görür və buna çağırır;

4) Münaqişədən irəli gələn və «Yeniləşmiş Qrafikdə» həll olunmamış problemelərin Minsk qrupu tərəfindən aparılan sülh danışıqları çərçivəsində həll ediləcəyinə əmin olduğunu bildirir;

5) Tərəfləri Minsk qrupunun «Yeniləşmiş Qrafikdə» nəzərə tutulmuş qarşılıqlı və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə, zəbt olunmuş ərazidən hərbi qüvvələrin çıxarılmasına, kommunikasiya və nəqliyatla bağlı bütün maneələrin aradan qaldırılmasına çağırır;

6) ATƏT-in Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli mandatına əsasən və «Yeniləşmiş Qrafikdə» nəzərə alınmış və münaqişənin həllinə yönəldilmiş sülh danışıqlarının aprarılması üçün tezliklə Minsk qrupunun konfransının keçirilməsini lazım bilir;

7) Baş katibdən Minsk konfransında iştirak etmək üçün nümayəndə göndərilməsi təklifini müsbət cavablandırılmasını və konfransın açılışından sonra sülh danışıqlarının aparılmasına bütün mümkün olan köməyi göstrəməsini xahiş edir;

8) ATƏT tərəfindən yaradımış Nəzarət komissiyasının dəstəkləyir;

9) Tərəfləri Beynəlxalq Humanitar Hüququnun pozulmasına yol veriliməməsinə və 822 (1993) və 853 (1993) saylı Qətnamələrində olan, münaqişənin toxunduğu bütün rayonlarda humanitar yardım məqsədi ilə beynəlxalq fəaliyyətin maneəsiz keçirilməsinə təminat verilməsinin vacibliyini bir daha bəyan edir;

10) Bu regionda olan bütün dövlətdəri münaqişənin böyüməsinə, sülh və sabitliyin pozulmasına yönəldilmiş hər hansı bir təcavüzdən və mudaxilədən çəkinmələyə təkidlə çağırır;

11) Baş Katibdən və müvafiq Beynəlxalq Huamnitar Təşkilatlardan zərər çəkmiş mülki əhaliyə fövqəladə yardım göstərilməsini, qaçqın və məcburi köçkündərin öz yurdlarına qayıdmasının təhlükəsizlik şəraitində yayşamaq üçün köməklik göstərilməsini xahiş edir;

12) Baş Katibdən, ATƏT-in fəaliyyətdə olan Sədrindən Minsk prosesinin gedişatından və yerlərdə olan vəziyyətin bütün aspektləri üzrə, həmçinin bununla əlaqədar ATƏT və BMT-in indiki və gələcəkdəki əməkdaşlığı barəsində Şuraya təqdim etmələrini xahiş edirik;

13) Bu məsələ ilə əlaqədar aktiv məşğul omağı qərara alır.

Qətnamə 3292 saylı yığıncağında yekdinliklə qəbul olunmuşdur.
 
 
idpsCopyright © 2008
AZƏRBAYCAN RESPUBLİKASININ
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az