|
|
||||||||||||
|
Ermənistan-Azərbaycan münaqişəsi
|
Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 63 yeni qəsəbə salınmış, 100 min nəfərədək soydaşımız yeni evlərə köçürülmüş, 150-dən artıq təhsil, 50-yə yaxın səhiyyə, onlarla rabitə müəssisələri və mədəniyyət ocaqları tikilib istifadəyə verilmiş, müvafiq infrastruktur yaradılmışdır. Hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl davam etdirilir.
Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” uğurla icra olunur. Ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 61 yeni qəsəbə salınmış, 150-dən artıq təhsil, 50-yə yaxın səhiyyə, 30-dan artıq rabitə müəssisələri, onlarla mədəniyyət ocaqları tikilib istifadəyə verilmiş, müvafiq infrastruktur yaradılmışdır.
"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Qanun
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il , N 5, maddə 348; 1999-cu il, N 11, maddə 609; 2000-ci il, N 11, maddə 776; 2001-ci il, N 9, maddə 576, N 12, maddələr 733, 736; 2002-ci il, N 12, maddə 706; 2004-cü il, N 7, maddə 505; 2004-cü il 29 oktyabr tarixli 784-II QD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında
Məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1.Məcburi köçkünlərə adambaşına yemək xərci üçün verilən aylıq müavinətin məbləği 2008-ci il sentyabrın 1-dən 50 faiz artırılsın.
Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam
Ağdam rayonunun sosial-iqtisadi inkişafı istiqamətində tədbirlərin həyata keçirilməsi, o cümlədən abadlıq-quruculuq işlərinin sürətləndirilməsi, əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması məqsədi ilə qərara alıram:
|
|||||||||||
Copyright © 2008AZƏRBAYCAN RESPUBLİKASININ QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57 Tel/fax: (99412) 430 09 21, 430 09 25 Elektron ünvan: info@refugee.gov.az |
||||||||||||