Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında

Məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
  1. Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət 2005-ci il yanvarın 1-dən ayda 30000 manat məbləğində müəyyən edilsin.
     
  2. «Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında» Azərbaycan Respublikasının Prezidentinin 2000-ci il 13 oktyabr tarixli 543 nömrəli Sərəncamının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.
     
  3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, «29» dekabr 2004-cü il
№ 566
 
 
idpsCopyright © 2008
AZƏRBAYCAN RESPUBLİKASININ
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az