|
|
||||||||||||
|
Ermənistan-Azərbaycan münaqişəsi
|
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»na əlavələr edilməsi haqqında Sərəncam Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nda nəzərdə tutulmuş işlər uğurla icra edilir.
Ölkəmizin ayrı-ayrı şəhər və rayonlarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına qaçqın və məcburi köçkün ailələri üçün 47 qəsəbə salınmışdır. Həmin qəsəbələrdə 100-dən artıq məktəb, onlarla xəstəxana, mədəniyyət ocaqları tikilmiş, müvafiq infrastruktur yaradılmışdır. Yeni salınmış qəsəbələrdə 70 min nəfər qaçqın və məcburi köçkün soydaşımız məskunlaşmışdır.
Son dörd il ərzində 12 çadır düşərgəsindən 9-u artıq ləğv edilmişdir. Proqrama əsasən qalan 3 çadır düşərgəsində və dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti məskunlaşmış 19 min insan cari ilin sonunadək yeni tikiləcək qəsəbələrə köçürüləcək və bununla da Azərbaycanda çadır düşərgəsi qalmayacaqdır.
Eyni zamanda, məcburi köçkünlərin böyük bir hissəsi hələ də yaşayış üçün yararlı olmayan ictimai binalarda, yataqxanalarda və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayır, təhsil, səhiyyə, məşğulluq və başqa problemlərlə üzləşirlər.
Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və digər problemlərinin həll olunması məqsədi ilə qərara alıram:
İlham Əliyev
Azərbaycan Respublikasının Prezident Bakı şəhəri, «31» oktyabr 2007-ci il N-2475. |
|||||||||||
Copyright © 2008AZƏRBAYCAN RESPUBLİKASININ QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57 Tel/fax: (99412) 430 09 21, 430 09 25 Elektron ünvan: info@refugee.gov.az |
||||||||||||