Azərbaycan respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və Məcburi Köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Əlavələr

Azərbaycan Respublikası Prezidentinin
2007-ci il « 31 » oktyabr tarixli 2475 nömrəli
Sərəncamı ilə təsdiq edilmişdir

Sıra №-si
Tədbirin adı
Tədbirin məqsədi
İcra müddəti
İcraçılar
1. Yaşayış şəraitinin yaxşılaşdırılması və müvəqqəti məskunlaşma sahəsində
1.1
İstismar müddəti başa çatmış 15 fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 6227 ailə və ya 25550 nəfər məcburi köçkün üçün həmin qəsəbələrin yerləşdiyi ərazilərin yaxınlığında elektrik enerjisi, su təchizatı, təhsil, mədəniyyət, səhiyyə və digər zəruri sosial-texniki infrastrukturu olan qəsəbələrin salınması və ya hündürmərtəbəli binaların tikilməsi
ağır şəraitdə yaşayan 6227 ailə və ya 25550 nəfər məcburi köçkü-nün mənzil-məişət şəraitinin yaxşılaş-dırılması
2008-2011
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, müvafiq şəhər və rayon icra hakimiyyətləri
1.2
Ayrı-ayrı şəhər və rayonlardakı məktəb binalarında müvəqqəti məskunlaşmış 10999 nəfərdən ibarət 2768 məcburi köçkün ailəsi üçün qəsəbələrin salınması və ya hündürmərtəbəli yaşayış binalarının, fərdi yaşayış evlərinin tikilməsi
262 məktəb binasında müvəqqəti məskun-laşmış 2768 ailə və ya 10999 nəfər məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırılması və məktəb binalarının boşaldılması
2008-2011
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, müvafiq şəhər və rayon icra hakimiyyətləri
1.3
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi hissələrinə məxsus binalarda müvəqqəti məskunlaşmış və köçürülməyə ehtiyacı olan 6060 nəfərdən ibarət 1479 məcburi köçkün ailəsi üçün Bakı, Gəncə, Sumqayıt şəhərlərində, həmçinin Abşeron və Xanlar rayonlarında elektrik enerjisi, su təchizatı, təhsil, mədəniyyət, səhiyyə və digər zəruri sosial-texniki infrastrukturu olan yeni qəsəbələrin salınması və ya hündürmərtəbəli yaşayış binalarının tikilməsi
Azərbaycan Respub-likasının Müdafiə Nazirliyinin hərbi hissələrinə məxsus binalarda müvəqqəti məskunlaşmış 1479 ailə və ya 6060 nəfər məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırılması
2008-2011
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, müvafiq şəhər və rayon icra hakimiyyətləri
1.4
Xocalı rayonundan olan 500 məcburi köçkün ailəsi üçün Goranboy rayonunun ərazisində yeni qəsəbələrin salınmasının başa çatdırılması
Xocalı rayonundan olan 500 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması
2007-2008
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Goranboy və Xocalı rayon icra hakimiyyətləri
1.5
Xocavənd rayonundan olan 500 məcburi köçkün ailəsi üçün Beyləqan rayonunun ərazisində yeni qəsəbənin salınmasının başa çatdırılması
Xocavənd rayonundan olan 500 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması
2007-2008
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Beyləqan və Xocavənd rayon icra hakimiyyətləri
1.6
Ağdam rayonunun «Dördyol» adlanan ərazisində yeraltı qazmalarda, qamış və çiy kərpic daxmalarda ağır şəraitdə yaşayan 932 məcburi köçkün ailəsi üçün həmin ərazidə yeni yaşayış evlərinin tikilməsi
Ağdam rayonundan olan və çətin şəraitdə yaşayan 932 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması
2010-2011
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Ağdam Rayon İcra Hakimiyyəti
1.7
Respublikanın müxtəlif ərazilərində yol kənarlarında, yeraltı qazmalarda, təmir edilməsi mümkün olmayan və qəza vəziyyətində olan ictimai binalarda müvəqqəti məskunlaşmış, çətin şəraitdə yaşayan Kəlbəcər rayonundan olan 500 məcburi köçkün ailəsi üçün Xanlar rayonu ərazisində ayrılmış 40 hektar torpaq sahəsində və ona bitişik ərazidə, rayonun idarə və müəssisələri üçün inzibati binaların tikintisi də daxil olmaqla bütün sosial-texniki infrastrukturu olan yeni qəsəbənin salınması
Kəlbəcər rayonundan olan və ağır şəraitdə yaşayan 500 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaş-dırılması və onların məşğulluğunun artırılması
2010-2011
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Xanlar və Kəlbəcər rayon icra hakimiyyətləri
1.8
Ağcabədi rayonunun Taxta Körpü ərazisində yeraltı qazma və daxmalarda xüsusilə ağır şəraitdə yaşayan 3400 məcburi köçkün ailəsinin müvəqqəti yerləşdirilməsi üçün qəsəbələrin və evlərin tikintisi məqsədi ilə torpaqayırma və layihələndirmə işlərinin həyata keçirilməsi
Laçın rayonundan olan və ağır şəraitdə yaşayan 3400 məcburi köçkün ailəsinin yaşayış şəraitinin yaxşılaşdırılması
2008-2009
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Ağcabədi və Laçın rayon icra hakimiyyətləri
1.9
Qəbələ rayonunun Zarağan kəndində kimyəvi maddələr tullantısı olan ərazidə yerləşən keçmiş Sovet ordusunun hospitalında müvəqqəti məskunlaşmış 40 məcburi köçkün ailəsinin köçürülməsi
Şuşa rayonundan olan və yaşayış üçün təhlükəli yerdə müvəqqəti məskun-laşmış 40 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması
2008
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Qəbələ və Şuşa rayon icra hakimiyyətləri
1.10
Sabunçu rayonunun Pirşağı qəsəbəsində Elmi-Tədqiqat Əkinçilik İnstitutunun yardımçı binalarında müvəqqəti məskunlaşmış 31 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması
Zəngilan rayonundan olan və yaşayış üçün təhlükəli yerdə müvəqqəti məskun-laşmış 31 məcburi köçkün ailəsinin həyat səviyyəsinin yaxşılaşdırılması
2008
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, müvafiq şəhər və rayon icra hakimiyyətləri
1.11
Xocavənd rayonunun Yeni Tuğ qəsəbəsində çiy kərpicdən tikilmiş evlərdə yaşayan 120 məcburi köçkün ailəsi və digər 200 ailə üçün həmin ərazidə yeni qəsəbənin salınması
Xocavənd rayonundan olan məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması
2010-2011
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Xocavənd Rayon İcra Hakimiyyəti
1.12
Füzuli rayonunun işğaldan azad olunmuş yaşayış məntəqələrində 1500 evin bərpası
məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması
2008-2010
Azərbaycan Respublikasının İşğaldan Azad Olunmuş Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik, Füzuli Rayon İcra Hakimiyyəti
1.13
Ağdam rayonunda 80, Ağcabədi rayonunda 10, həmin rayondakı Taxta Körpü ərazisində 15, Şuşa rayonunun qış yataqlarında 8, Füzuli rayonunda 30, Xocavənd rayonunda 10, Bərdə rayonunda 10, İsmayıllı rayonunda 5, Goranboy rayonunda 3 subartezian quyusunun qazılması
məcburi köçkünlərin içməli və suvarma suyu ilə təminatının yaxşılaşdırılması
2008-2010
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, «Azərsu» ASC, müvafiq rayon icra hakimiyyətləri
1.14
Füzuli rayonunun Qarabağ və Babı kəndlərinə içməli su xətlərinin çəkilməsis
məcburi köçkünlərin içməli su ilə təminatı-nın yaxşılaşdırılması
2008
«Azərsu» ASC, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Füzuli Rayon İcra Hakimiyyəti
1.15
Goranboy rayonunun Börü, Qaxtut və Veysli kəndlərinə içməli su xətlərinin çəkilməsi
məcburi köçkünlərin içməli su ilə təminatı-nın yaxşılaşdırılması
2008
«Azərsu» ASC, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Goranboy Rayon İcra Hakimiyyəti
1.16
Biləsuvar rayonu ərazisində yeni salınmış qəsəbələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə Əzizbəyov kanalı üzərində elektrik nasos stansiyasının quraşdırılması
məcburi köçkünlərin müvəqqəti məskunlaş-dıqları yerlərdə təsərrüfat suyu ilə təminatının yaxşılaşdırılması
2008-2010
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, müvafiq rayon icra hakimiyyətləri
1.17
Biləsuvar rayonu ərazisində salınmış 6 qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin əlavə içməli su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə müvafiq tədbirlərin görülməsi
məcburi köçkünlərin müvəqqəti məskunlaş-dıqları yerlərdə içməli su ilə təminatın yaxşılaşdırılması
2008-2010
«Azərsu» ASC, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, müvafiq rayon icra hakimiyyəti
1.18
Füzuli rayonunun Horadiz qəsəbəsinə kanalizasiya xəttinin çəkilməsi
məcburi köçkünlərin kommunal şəraitinin yaxşılaşdırılması
2008-2010
«Azərsu» ASC, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Füzuli Rayon Icra Hakimiyyəti
1.19
Füzuli rayonunda modul tipli su elektrik stansiyasının tikilməsı
məcburi köçkünlərin enerji təminatının yaxşılaşdırılması
2007-2008
«Azərenerji» ASC, Füzuli Rayon Icra Hakimiyyəti
1.20
Füzuli rayonunda diaqnostika mərkəzinin tikilməsi
məcburi köçkünlərə səhiyyə xidmətinin
2007-2008
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Füzuli Rayon icra hakimiyyəti
1.21
Füzuli rayonunda Xlll əsr abidəsi-Babı türbəsinin bərpası
tarix-mədəniyyət abidələrinin qorunması
2008-2009
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Füzuli Rayon Icra Hakimiyyəti
1.22
Ağdam rayonunun Quzanlı qəsəbəsində rayon mərkəzi xəstəxanası üçün 75 çarpayılıq, uşaq xəstəxanası üçün 50 çarpayılıq bina tikilməsi
məcburi köçkünlərə səhiyyə xidmətinin yaxşılaşdırılması
2008-2010
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Ağdam Rayon Icra Hakimiyyəti
1.23
Ağdam rayonunun Həsənxanlı, l Baharlı, l Yusifli kəndlərində hər biri 160 yerlik orta məktəb binalarının tikilməsi
məcburi köçkünlərin təhsil şəraitinin yaxşılaşdırılması
2008-2010
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Ağdam Rayon Icra Hakimiyyəti
1.24
Ağdam rayonunun Hacıməmmədli və ll Baharlı kənd orta məktəblərinin binasının əsaslı təmiri
məcburi köçkünlərin təhsil şəraitinin yaxşılaşdırılması
2008-2010
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Ağdam Rayon Icra Hakimiyyəti
1.25
Xocavənd rayonunun «Qarasu» və «Nərgiztəpə» adlanan ərazilərini birləşdirəcək çınqıl yolun çəkilməsi
məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması
2008-2009
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Xocavənd Rayon İcra Hakimiyyəti
1.26
Goranboy - Yuxarı Ağcakənd avtomobil yolunun əsaslı təmiri
məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması
2008-2009
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Goranboy və Xocalı rayon icra hakimiyyətləri
1.27
Goranboy rayonunun Aşağı Ağcakənd və ətraf yaşayış məntəqələrinə təbii qaz xəttinin çəkilişi
məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması
2008-2009
«Azəriqaz» QSC, Goranboy və Xocalı rayon icra hakimiyyətləri
1.28
1922-ci ilin avqust ayından fəaliyyət göstərən Şuşa Mədəni-Maarif Texnikumunun 85 illik yubileyinin qeyd olunması
məcburi köçkünlərin təhsilə olan marağının daha da artırılması
2007
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Şuşa Rayon İcra Hakimiyyəti
1.29
Qara İlyasov adına 1 saylı Qubadlı şəhər məktəbinin 125 illiyinin qeyd olunması
məcburi köçkünlərin təhsilə olan marağının daha da artırılması
2007
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, müvafiq şəhər və rayon icra hakimiyyətləri
1.30
Xocavənd rayonu Tuğ kənd orta məktəbinin 125 illik yubileyinin qeyd olunması
məcburi köçkünlərin təhsilə olan marağının daha da artırılması
2007
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Xocavənd Rayon İcra Hakimiyyəti
1.31
Füzuli rayonunun Horadiz qəsəbəsinə və ətraf yaşayış məntəqələrinə təbii qaz xəttinin çəkilişi
məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması
2008-2009
«Azəriqaz» QSC və Füzuli Rayon Icra Hakimiyyəti
1.32
Ağdam rayonunun Quzanlı qəsəbəsinə və ətraf yaşayış məntəqələrinə təbii qaz xəttinin çəkilişi
məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması
2008-2009
«Azəriqaz» QSC və Ağdam Rayon Icra Hakimiyyəti
1.33
AzTV QSC və İctimai televiziyanın televiziya və radio proqramlarının Ağdam və Füzuli rayonları ərazisində yayımlanmasının həyata keçirilməsi
televiziya və radio proqramlarının Ağdam və Füzuli rayonları ərazisində yayımlan-masının təmin edilməsi
2007-2008
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ağdam və Füzuli rayon icra hakimiyyətləri
1.34
Füzuli rayonunun Horadiz qəsəbəsində orta ixtisas məktəbinin təşkili
məcburi köçkünlərin təhsil almaları üçün lazımi şəraitin yaradılması
2008
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Füzuli Rayon İcra Hakimiyyəti
1.35
Əraziləri işğal olunmuş rayonlar üzrə büdcə təşkilatlarında çalışan işçilərə istifadə etmədikləri əmək məzuniyyəti günlərinə görə kompensasiya ödənilməsi məqsədi ilə əlavə vəsaitin ayrılması
işləyən məcburi köçkünlərin imtiyazlarının təmin edilməsi
2007
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri
1.36
Ağdam rayonunda kəndarası asfalt yolların çəkilməsi
məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması
2007-2008
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Ağdam Rayon İcra Hakimiyyəti
1.37
Ciddi xəstəliklərə düçar olan məcburi köçkünlərin respublikadakı özəl tibb müəssisələrində və xaricdə müayinə və müalicə olunması
məcburi köçkünlərin respublikadakı özəl tibb müəssisələrində və xaricdə müayinə və müalicə olunmasının təşkili
müntəzəm
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
2. Məcburi köçkünlərin məşğulluğunun artırılması, yoxsulluğun azaldılması sahəsində
2.1
İşsizliyin aradan qaldırılması və məşğulluğun təmin olunması məqsədi ilə məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdıqları ərazilərdə heyvan-darlıq, taxılçılıq, toxumçuluq, tərəvəzçilik, üzümçülüyün inkişaf etdirilməsi, kiçik emal müəssisələrinin, tikiş və digər sexlərin yaradılması
məcburi köçkünlərin məşğulluğunun artırılmasına şəraitin yaradılması
2007-ci il və sonrakı illər
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, müvafiq rayon icra hakimiyyətləri
2.2
Məcburi köçkün sahibkarlara, fermer təsərrüfatlarına güzəştli kreditlərin verilməsi
məcburi köçkünlərin məşğulluğunun artırılması
2007-ci il və sonrakı illər
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, müvafiq rayon icra hakimiyyətləri
2.3
Donor ölkələr, beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının məcburi köçkünlər üçün iş yerlərinin, istehsal sahələrinin yaradılmasına, onların ehtiyaclarının ödənilməsi məqsədi ilə müxtəlif humanitar və inkişaf layihələrinin həyata keçirilməsinə cəlb olunması
məcburi köçkünlərin işlə təminatının, məşğulluğunun artırılması, onların arasında yoxsulluğun azaldılması, kiçik və orta sahibkarlığın inkişafı
2007-ci il və sonrakı illər
Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, müvafiq rayon icra hakimiyyətləri
2.4
Füzuli rayonu ərazisində quraşdırılmış bankomatların fasiləsiz işinin təmin edilməsi və Ağcabədi rayonunun Taxta Körpü ərazisində bankomatların quraşdırılması
Füzuli rayonu üzrə 11000 ailə və Ağcabədi rayonu Taxta Körpü ərazisində Laçın rayonundan olan 1000 məcburi köçkün ailəsinin yemək xərci üçün verilən və digər müavinətlərin ban-komatlar vasitəsilə ödənişinin təmin edilməsi
2007
«Kapitalbank» ASC, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Füzuli və Laçın rayon icra hakimiyyətləri
2.5
Ağcabədi rayonundakı Taxta Körpü ərazisində «Kapitalbank» ASC-nin Laçın rayon filialının fəaliyyətinin bərpa olunması
Laçın rayonunun idarə və müəssisələrinin işinin və məcburi köçkünlərin bank xidmətlərindən istifadəsinin asanlaşdırılması
2007
«Kapitalbank» ASC
2.6
Biləsuvar rayonu ərazisində yeni salınan qəsəbələrdə və Ağcabədi rayonundakı Taxta Körpü ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin sabit elektrik enerjisi ilə təmin edilməsi məqsədi ilə Cəbrayıl və Laçın rayon elektrik şəbəkəsi müəssisələrinin fəaliyyətinin bərpa olunması
yeni salınan qəsəbələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin sabit elektrik enerjisi ilə təmin edilməsi
2007
«Azərenerji» SC
2.7
«Böyük Qayıdış» Proqramının layihəsinin hazırlanması üçün işğal altında olan rayonların gələcək iqtisadi strukturunun müəyyənləş-dirilməsi
məcburi köçkünlərin öz doğma yurdlarına ləyaqətlə qayıtmasına hazırlıq işlərinin həyata keçirilməsi
2008
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
 
 
idpsCopyright © 2008
AZƏRBAYCAN RESPUBLİKASININ
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az