ATƏT-in Minsk Konfransının həlli ilə məşğul olduğu Dağlıq Qarabağ regionunda münaqişə
Xülasə

Hərbi əməliyyatların başlanmasından keçən on ildən artıq bir müddətdə Dağlıq Qarabağ regionunda münaqişə həll edilməmiş qalmaqdadır. Yüz minlərlə insan hələ də məcburi köçkün vəziyyətində ağır şəraitdə yaşayır. Azərbaycanın ərazisinin böyük bir hissəsi hələ də Ermənistan qoşunlarının işğalı altındadır.
BMT-nin Təhlükəsizlik Şurasının 12 noyabr 1993-cü il 884 saylı Qətnaməsi
Təhlükəsizlik Şurası özünün 30 aprel 1993-cü il tarixli 822, 25 iyul 1993-cü il tarixli 874, 14 oktyabr 1993-cü il tarixli 874 saylı Qəntnamələrini təsdiq edərək; ATƏT və Minsk qrupunun yorulmaz səyi çərçivəsində aparılan sülh danışıqlarını tam dəstəkləyərək; ATƏT-in fəaliyyətdə olan Sədrinin məktubunu və əlavələri nəzərə alaraq, Azərbaycan Respublikasında və onun ətrafında konfliktin və Azəpbaycan Respublikası və Ermənistan Respublikası arasında olan gərginliyin sülh və sabitliyə təhlükə yaratması;
BMT-nin Təhlükəsizlik Şurasının 14 oktyabr 1993-cü il tarixli 874 saylı Qətnaməsi
Təhlükəsizlik Şurası özünün 30 aprel 1993-cü il tarixli 822, 29 iyul 1993-cü il tarixli 853 saylı qətnamələrini təsdiq edərək və 18 avqust 1993-cü ildə Təhlükəsizlik Şurasının Sədri tərəfindən oxunan Bəyanata istinad edərək, Qarabağ üzrə ATƏT-in Minsk qrupunun BMT-nin sədrinə ünvanlanmış 1 oktyabr 1993-cü il tarixli məktubuna baxaraq, Azərbaycan Respublikasında və onun ətrafında Dağlığ Qarabağ konfliktinin və Azəpbaycan Respublikası və Ermənistan Respublikası arasında olan gərginliyin sülh və sabitliyə təhlükə yaratması ilə bağlı öz narahatlığını bildirərək, 8 oktyabr 1993-cü ildə Moskva şəhərində keçirilən yüksək səviyyəli görüşü qeyd edərək və bu görüşün vəziyyətin yaxşılaşmasına və konfliktin sülh yolu ilə həll olmasına kömək edəcəyinə ümid bəsləyərək, Azəpbaycan Respublikasının və regionda olan digər dövlətlərin suverenliyini və ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin pozulmamazlığını və qüvvə tətbiq edərək torpaqların alınmasının mümükünsüzlüyünü bir daha təsdiq edərək, konflikt ilə bağlı insanların əzab-əziyyətləri və reginoda baş verən humanitar vəziyyətlə əlaqədar, o cümlədən Azərbaycan Respublikasının çox saylı vətəndaşlarının yerdəyişməsi ilə əlaqədar öz ciddi narahatlığını bildirərək:
BMT-nin Təhlükəsizlik Şurasının 12 noyabr 1993-cü il 853 saylı Qətnaməsi
Təhlükəsizlik Şurası özünün 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnaməsini təsdiq edərək; ATƏT-in Minsk qrupunun 27 iyul 1993-cü il tarixli məruzəsini dinləyərək; Ermənistan və Azərbaycan Respublikası arasında olan münasibətlərin pislənməsi və onların arasında olan gərginlikdən ciddi narahatlığını bildirərək; tərəflərin 822 saylı Qətnaməinin həyata keçirilməsinə dair təxirəsalınmaz planın qəbul etmələrini alqışlayaraq;
BMT-nin Təhlükəsizlik Şurasının 12 noyabr 1993-cü il 822 saylı Qətnaməsi
Təhlükəsizlik Şurası, Təhlükəsizlik Şurasının sədrinin 29 yanvar 1993-cü və 6 aprel 1993-cü il tarixli Dağlıq Qarabağ haqqında olan bəyanatlarına istinad edərək; Baş Katibin 15 aprel 1993-cü il tarixli məruzəsini nəzərə alaraq; Azərbaycan Respublikası və Ermənistan Respublikası əlaqələrinin pozulmasına görə öz ciddi narahatlığını bildirərək; hərbi silahlı əməliyyatların qızışdırlmasını və o cümlədən yerli erməni qüvvələrinin Kədbəcər rayonuna soxulması ilə əlaqədar narahatlığını qeyd edərək;
 
 
idpsCopyright © 2008
AZƏRBAYCAN RESPUBLİKASININ
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az