«Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 mart tarixli 47 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
«Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 mart tarixli 47 nömrəli qərarında dəyişikliklər edilməsi barədə «Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»na əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
- «Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 mart tarixli 47 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 303) aşağıdakı məzmunda 1.1-ci və 4.1-ci bəndlər əlavə edilsin:
«1.1. «Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»na əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamına uyğun olaraq, 2008-2010-cu illərdə məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yaşayış məntəqələrinin və 2011-ci ildə istismara qəbul ediləcək yaşayış məntəqələrinin yerləşdiyi şəhər və rayonlar üzrə mənzil-kommunal istismar sahələri yaradılsın (Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Mənzil İstismar Departamentinin tabeliyində yeni yaradılan mənzil-kommunal istismar sahələrinin şəhər və rayonlar üzrə siyahısı əlavə edilir).
4.1. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Mənzil İstismar Departamentinin tabeliyində yeni yaradılacaq mənzil-kommunal istismar sahələrinin fəaliyyətinin təşkili 2011-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə «Mənzil və kommunal təsərrüfatı» bölməsi üzrə nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilsin.».
- Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 45
Bakı şəhəri, 28 mart 2011-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 mart tarixli 45 nömrəli qərarına əlavə
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Mənzil İstismar Departamentinin tabeliyində yaradılan mənzil-kommunal istismar sahələrinin şəhər və rayonlar üzrə
S İ Y A H I S I
- Bakı şəhəri, Binəqədi rayonu Mənzil-Kommunal İstismarı Sahəsi
- Yevlax şəhəri Mənzil-Kommunal İstismarı Sahəsi
- Abşeron rayonu Mənzil-Kommunal İstismarı Sahəsi
- Ağcabədi rayonu Mənzil-Kommunal İstismarı Sahəsi
- Qəbələ rayonu Mənzil-Kommunal İstismarı Sahəsi
- İsmayıllı rayonu Mənzil-Kommunal İstismarı Sahəsi
- Göygöl rayonu Mənzil-Kommunal İstismarı Sahəsi
- Şabran rayonu Mənzil-Kommunal İstismarı Sahəsi
Aparatın rəhbəri Ağa-Bala Hacıyev