|
|
||||||||||||
|
Ermənistan-Azərbaycan münaqişəsi
|
Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. “Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında“ Azərbaycan Respublikası Prezidentinin 2010-сu il 8 sentyabr tarixli 1090 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 9, maddə 790) 1-ci hissəsi ilə müəyyən edilmiş aylıq müavinətin məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 23 dekabr 2011-ci il.
|
|||||||||||
Copyright © 2008AZƏRBAYCAN RESPUBLİKASININ QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57 Tel/fax: (99412) 430 09 21, 430 09 25 Elektron ünvan: info@refugee.gov.az |
||||||||||||