|
|
||||||||||||
|
Ermənistan-Azərbaycan münaqişəsi
|
Avropa Şurası Parlament Assambleyasının Avropa Şurası Üzv dövlətləri Tərəfindən Öhdəliklərin Yerinə Yetirilməsi Üzrə Komitəsinin (Monitorinq Komitəsi) Azərbaycan üzrə həmməruzəçiləri məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmuşlar. Azərbaycanda səfərdə olan nümayəndə heyəti fevralın 2-də məcburi köçkünlərlə görüşmüşdür. Missiya Binəqədinin 7-ci mikrorayonunda, 2 nömrəli evtikmə kombinatının ərazisində salınmış məhəlləyə gəlmişlər. Gəray Fərhadov məlumat vermişdir ki, burada hər biri 9 mərtəbədən ibarət 6 binada 369 ailə müvəqqəti məskunlaşmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Goranboyda 525 məcburi köçkün ailəsi üçün salınmış məhəllənin açılışında iştirak etmişdir Azərbyacan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 21-də Goranboyda 525 məcburi köçkün ailəsi üçün inşa edilmiş beşmərtəbəli 9 yaşayış binasından ibarət məhəllənin açılışında iştirak etmişdir.
Finlandiyalı deputatlar Ağdam rayonuna səfər etmişlər. Azərbaycanda səfərdə olan Finlandiyanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti yanvarın 11-də Ağdam rayonuna gəlmişdir.
Finlandiya parlamentinin üzvləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşlar. Yanvarın 9-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ölkəmizdə səfərdə olan Finlandiya parlamentinin nümayəndə heyətinin üzvləri ilə görüşmüşdür.
Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvlərindən ibarət nümayəndə heyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşlar. Azərbaycanda səfərdə olan nümayəndə heyəti yanvarın 9-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşlar.
|
|||||||||||
Copyright © 2008AZƏRBAYCAN RESPUBLİKASININ QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57 Tel/fax: (99412) 430 09 21, 430 09 25 Elektron ünvan: info@refugee.gov.az |
||||||||||||