|
|
||||||||||||
|
Ermənistan-Azərbaycan münaqişəsi
|
Baş nazirin müavini – Dövlətqaçqınkomun sədri Əli Həsənov “Euronews” telekanalına müsahibə vermişdir. Baş nazirin müavini - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yanvarın 19-da “Euronevs” telekanalının müxbiri Laura Davudeskuya masahibə vermişdir.<br />
<div style=\"text-align: center;\"><img src=\"/images/news/thumbs/Image255.jpg\" alt=\"president\" /></div><br /> Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, yaranma səbəbləri, bunun nəticəsində ölkədə yaranmış 1 milyondan çox qaçqın və məcburi köçkün problemi, bu soydaşlarımızın illərlə üzləşdikləri çətinliklər, son illərdə dövlət tərəfindən onların problemlərinin həlli istiqamətində həyata keşirilən geniş miqyaslı tədbirlər və digər sahələrlə bağlı hərtərəfli məlumat verən Əli Həsənov həmçinin, müxbirin digər suallarını da cavablandırmışdır. Qeyd edək ki, “Euronevs” telekanalının müxbiri Laura Davudesku yanvarın 20-21-də Nazirlər Kabineti Aparatının Qaçqınların və məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqovun müşaiyəti ilə müxtəlif bölgələrdə məcburi köçkünlər üçün yaradılmış şəraitlə tanış olmaq məqsədilə Beyləqan, Goranboy, Ağdam və Füzuli rayonlarına səfər etmişdir. Müxbir Füzuli rayonunun “Örənqala” və “Zobucuq” adlanan ərazilərində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdəki vəziyyətlə yerində tanış olmuş, məcburi köçkünlərlə görüşüb söhbət etmişdir. |
|||||||||||
Copyright © 2008AZƏRBAYCAN RESPUBLİKASININ QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57 Tel/fax: (99412) 430 09 21, 430 09 25 Elektron ünvan: info@refugee.gov.az |
||||||||||||