"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1010
Yasamal rayonunda məcburi köçkünlərlə görüş keçirilmişdir
Mətbuat xidmətinin məlumatı 02 İyul, 2014
İyulun 1-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov Nazirlər Kabineti Aparatının vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında bu rayonda, həmçinin digər rayonlarda məskunlaşan məcburi köçkünləri qəbul etmişdir. Qəbulda məcburi köçkünlərin müraciətləri dinlənilmiş, ərizə və şikayətlərinə baxılmış, problemlərinin həlli üçün tapşırıqlar verilmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş 23 min nəfərdən çox qaçqın və məcburi köçkün soydaşımız Bakının Yasamal rayonunda yaşayır. Bu, ümumilikdə 6 min ailə deməkdir. Onlar əsasən rayon ərazisindəki yataqxanalarda və ictimai binalarda məskunlaşmışlar. Qəbulda Əli Həsənov bildirmişdir ki, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə kifayət qədər diqqət və qayğı göstərir, onların problemlərinin həlli istiqamətində ardıcıl olaraq qərarlar qəbul edir. Məcburi köçkünlərin mənzil-məişət şəraiti mərhələli şəkildə yaxşılaşdırılır. İndiyədək bu qəbildən olan soydaşlarımız üçün Bakıda və ölkəmizin ayrı-ayrı bölgələrində bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə və yaşayış kompleksi salınmış, 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Təkcə 2013-cü ildə 20 mindən çox köçkün yeni evlərə köçürülmüşdür. Buna baxmayaraq, hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər vardır. Təkcə Bakıda onların sayı 300 min nəfərdən çoxdur. Həmin soydaşlarımızın da mənzil-məişət şəraiti mərhələli şəkildə yaxşılaşdırılacaqdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan Əli Həsənov Prezident İlham Əliyevin qətiyyəti ilə bu problemin də tezliklə öz həllini tapacağına əminliyini bildirmişdir. Baş nazirin müavini bu dəfə də qəbula gələn məcburi köçkünlərin problemlərini diqqətlə dinləmişdir. Bir sıra problemlər operativ şəkildə yerindəcə həllini tapmış, bəzi müraciətlər baxılması, araşdırılması və müvafiq tədbirlər görülməsi üçün qeydiyyata alınmışdır. Zəngilandan olan məcburi köçkün Səlbinaz Fərmanova demişdir: “Baş nazirin müavini Əli Həsənovun məcburi köçkünlərlə görüşündə mən də öz problemim haqqında məlumat verdim. Əli Həsənov problemimi dinlədi və yerindəcə həll olunması üçün tapşırıq verdi. Bu cür şəffaflığa görə cənab Prezidentimizə minnətdarlığımızı bildiririk ki, məcburi köçkünlərə belə bir şərait yaradır, onlara lazımi kömək göstərir”. Kəlbəcərdən məcburi köçkün Soltan Nəbiyev bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqımız üçün böyük işlər görmüşdür. Dövlətimizin başçısı məcburi köçkünlərin problemlərinə hər zaman xüsusi diqqətlə yanaşır. Onların yaxşı yaşamaları üçün hər cür şərait yaradılmışdır. S.Nəbiyev bu gün keçirilən qəbulda Baş nazirin müavini Əli Həsənovun məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı lazımi göstərişlər verdiyini bildirmişdir. Qubadlıdan məcburi köçkün Çiçək Əlişova da Baş nazirin müavininin onların problemlərini dinlədiyini və həll olunması üçün yerindəcə tapşırıqlar verdiyini söyləmişdir. O, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir. Qəbulda Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri şöbəsinin müdiri Qurban Sadıqov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Komitənin departament və şöbə müdirləri, eyni zamanda, ərazisi işğal altında olan rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak etmişlər. Səhər saat 9.00-dan başlayan qəbul axşam saat 17.00-dək davam etmişdir və bu dəfə ümumilikdə 500 nəfərdən çox məcburi köçkün vətəndaşın müraciəti dinlənilmişdir. Sonda Baş nazirin müavini qəbula yazılmayan məcburi köçkünləri də qəbul etmiş, onların da ərizələri baxılmaq və tədbir görülmək üçün qeydiyyata alınmışdır. Əli Həsənov bildirmişdir ki, Bakının digər rayonlarında məskunlaşan məcburi köçkünlərlə də ayrı-ayrılıqda görüşlər keçirəcəkdir.
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir