"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1105
İraq dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşdur.
Mətbuat xidmətinin məlumatı 27 Avqust, 2014
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov avqustun 27-də İraq dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Əl-Barrakı qəbul etmişdir. Əsasən bu gün İraqda cərəyan edən proseslərdən, bunun nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərdən söhbət açılan görüşdə Baş nazirin müavini Əli Həsənov Azərbaycan hökumətinin bu ölkədə baş verənlərdən, gedən proseslərdən narahatlığını ifadə edərək bildirmişdir ki, hər il dünyda bu cür münaqişələr, konfliktlər nəticəsində milyonlarla günahsız insan əziyyət çəkir, qaçqın və məcburi köçkünlərin sayı getdikcə artır. Lakin çox təəssüflər olsun ki, dünya buna göz yumur, milyonlarla günahsız insanın həlak olmasına, qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə biganəlik göstərir. Bunların bariz nümunəsi kimi, İraqda baş verənləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, bunların nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemini önə çəkən Ə.Həsənov qeyd etmişdir ki, dünya birliyi, nüfuzlu beynəlxalq qurumlar, münaqişələrin həlli üçün konkret addımlar atmaq əvəzinə, təəssüflər olsun ki, öz missiyalarını yalnız nəticəsiz bəyanatlar verməklə, kağız üzərində qətnamələr qəbul etməklə yerinə yetirir ki, bu da onlara bəslənilən inam və etimadı günü-gündən azaldır. BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını tələb edən 4 qətnaməsinin 20 ildən çoxdur ki, kağız üzərində qalmasını, ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həllində heç bir konkret nəticə əldə edə bilməməsini, 1 milyon 200 min vətəndaşımızın hələ də qaçqın və məcburi köçkün vəziyyətində yaşamasını bu inamsızlığın nəticəsi kimi dəyərləndirən Baş nazirin müavini bütün bunların arxasında siyasi güclərin iqtisadi maraqlarının dayandığını da istisna etməmişdir. Cəryan edən haisələr nəticəsində İraqın da qaçqın problemi ilə üzləşdiyi, yüz minlərlə iraqlının evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilən görüşdə qeyd edilmişdir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarılığı tərəfindən 20 iyun 2014-cü il tarixində verilmiş bəyanatda da qeyd olunur ki, iraqlı qaçqınların ümumi sayı 1 milyon 400 min nəfərə çatmışdır və bu göstəriciyə görə İraq dünyada ikinci yerdə qərarlaşmışdır. Diplomat hər iki dost ölkənin bu cür ağır problemlərlə üzləşdiyinidən təəssüfləndiyini bildirmişdir. Bu cür əldalətsizliklərin sonu olacağına əminlik ifadə olunan görüşdə səmimi qəbula görə minnətdarlığını bildirən iraqlı diplomat İraqı Azərbaycan üçün Ərəb dünyasının, Azərbaycanı isə İraq üçün Cənubi Qafqazın qapısı kimi dəyərləndirmişdir. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuş, ətraflı fikir mübadiləsi aparılmışdır.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb