"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1095
Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının müzakirəsi keçirilib
Mətbuat xidmətinin məlumatı 24 Sentyabr, 2014
Sentyabrın 24-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının müzakirəsinə həsr edilən tədbir keçirilib. Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tədbirdə çıxış edərək kitab haqqında ətraflı məlumat verib. Bildirilib ki, bu günlərdə Moskvada rus dilində çap olunan bu kitabda bütün faktlar, məlumatlar ilk mənbələrdən toplanılıb. Qeyd edilib ki, sırf elmi tədqiqat əsəri olan kitabda ermənilərin regionda yaratdıqları problemlər, törətdikləri faciələr, onların tarixi, bu günü haqqında məlumatlar kifayət qədər əsaslı şəkildə araşdırılaraq faktlarla göstərilib. Maraqlısı odur ki, nəşrdə hətta ermənilərin yazdığı tarixdən də istinadlar yer alıb. Bütün bu faktlar ermənilərin saxtakarlıqlarını, iç üzlərini açıq şəkildə göstərir. Akademik Ramiz Mehdiyevin onlarla kitabın müəllifi olduğunu deyən Baş nazirin müavini bildirib ki, bu kitablardan bir neçəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edir. Bütün bu kitablar tarixdir və gələcək nəsillər onlardan bəhrələnəcəklər. Hələ sovet hakimiyyəti illərindən Azərbaycan xalqının düzgün tarixi öyrənmək baxımından müəyyən çətinliklər çəkdiyini xatırladan Əli Həsənov ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu məsələlərə də ciddi diqqət yetirildiyini bildirib. Qeyd edilib ki, məhz Ümummilli Liderin tapşırığı ilə demək olar ki, Azərbaycanın son 200 ilinin tarixi yenidən yazılıb. Bu siyasət Prezident İlham Əliyevin hakimiyyəti dövründə də davam etdirilir. Baş nazir qeyd edib ki, nəşrdə Ermənistanın son dövrlərdə düşdüyü acınacaqlı vəziyyətdən, orada geniş vüsət almış ölkəni tərketmə prosesindən də söhbət açılır. Diqqətə çatdırılır ki, son 10-15 ildə Ermənistanda dünyaya gələn uşaqların sayı iki dəfə azalıb. Əli Həsənov qeyd edib ki, bir tərəfdən əhalinin ölkəni sürətlə tərk etməsi, digər tərəfdən dünyaya gələn uşaqların sayının azalması Ermənistanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoyub. Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov deyib ki, tutarlı faktlara, fəlsəfi təhlillərə əsaslanan bu sanballı əsərdə çoxsaylı ilkin mənbələrə və elmi ədəbiyyatlara istinadlar olunub. Araşdırmanın üstünlüklərindən biri də odur ki, əsərdə bütünlüklə xarici məxəzlərdən istifadə edilib. Müəllif faktlara əsaslanmaqla ermənilərin Qafqaz regionunda heç vaxt dövlətinin olmadığını sübut edir. AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva satqınlıq, ikiüzlülük kimi xarakterlərin erməni millətinin xüsusiyyəti olduğunu deyib. O qeyd edib ki, bu kitabın yazılması ermənilərin saxtakarlıqlarının ifşa olunması ilə bağlı atılmış mühüm addımdır. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı Bəxtiyar Əliyev bildirib ki, bu kitab Azərbaycan tarixi üçün çox önəmli bir əsərdir. Bəzən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sivilizasiyaların, dinlərin toqquşması kimi qələmə verməyə çalışırlar. Prezident İlham Əliyev dəfələrlə bəyan edib, beynəlxalq ekspertlər də hər dəfə vurğulayırlar ki, Azərbaycan bütün dünya üçün tolerantlıq nümunəsidir. Bu kitabda əksini tapan dəyərli faktlar münaqişəni sivilizasiyaların toqquşması kimi qələmə verməyə çalışanlar üçün elmi surətdə əsaslandırılmış bir cavabdır. Tədbirdə Prezident Administrasiyasının, Nazirlər Kabineti Aparatının nümayəndələri, Milli Məclisin deputatları, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçıları iştirak ediblər.
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”