"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1032
Azərbaycan hökuməti ilə ATƏT-in layihə əlaqələndiricisi arasında gələcək layihələrin icrasına dair fikir mübadiləsi aparılıb
Mətbuat xidmətinin məlumatı 20 Oktyabr, 2014
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov oktyabrın 20-də ATƏT-in Azərbaycan üzrə layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski ilə görüşüb. Azərbaycanda bu vəzifəyə təyinat aldıqdan sonra ilk dəfə görüşə gəldiyinə və ATƏT tərəfindən ölkəmizdə müxtəlif dövlət təşkilatları ilə birlikdə həyata keçirilən layihələrə görə qonağa təşəkkürünü bildirən Baş nazirin müavini Əli Həsənov bunu qurum ilə Azərbaycan hökuməti arasındakı əməkdaşlıq əlaqələrinin yaxşı səviyyədə qurulmasının nümunəsi kimi dəyərləndirib. Baş nazirin müavini Əli Həsənov diplomata Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, ölkəmizdə qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib. Bildirilib ki, son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. Görüşdə Əli Həsənov, eyni zamanda, bu münaqişə nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın problemləri, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən onlara göstərilən hərtərəfli dövlət qayğısı barəsində də məlumat verərək bildirib ki, dövlətimiz tərəfindən bu təbəqədən olan soydaşlarımızın sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün ötən müddətdə respublikamızın müxtəlif ərazilərində qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastruktur ilə birlikdə 86 müasir qəsəbə salınıb, 42 min ailə - 210 mindən çox soydaşımız bu qəsəbələrə köçürülüb. Hazırda bu sahədə işlər davam etdirilir. Baş nazirin müavini Əli Həsənov və Aleksis Şahtaxtinski Azərbaycan hökuməti ilə ATƏT-in layihə əlaqələndiricisi arasında gələcək layihələrin icrasına dair fikir mübadiləsi aparıb. Bununla yanaşı, narkotik qaçaqmalçılığa qarşı mübarizənin intensivləşdirilməsi ilə əlaqədar digər görüşlərin də keçirilməsi nəzərdə tutulur.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb