"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1026
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov oktyabrın 24-də Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan yeni məhəllədə olub.
Mətbuat xidmətinin məlumatı 25 Oktyabr, 2014
Müvafiq dövlət qurumlarının və tikinti şirkətlərinin nümayəndələri ilə birgə əraziyə baxış keçirən Əli Həsənov tikinti işlərinin gedişi ilə maraqlanıb, inşaatçılara işlərin yüksək səviyyədə və vaxtında yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verib. Layihəyə uyğun olaraq ərazidə 11 ədəd doqquzmərtəbəli, 594 mənzilli yaşayış binaları tikilir. Bundan əlavə 480 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS və klub-icma mərkəzi üçün binaların tikintisi də sürətlə davam etdirilir. Baş nazirin müavini Əli Həsənov ərazidə aparılan tikinti işlərinin gedişi ilə yaxından tanış olduqdan sonra tikinti şirkətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirib, onların təkliflərini dinləyib və öz tövsiyələrini verib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Mingəçevir şəhəri ərazisində salınan bu yaşayış massivi dövlətimizin başçısının müvafiq sərəncamları ilə təsdiq edilən Dövlət Proqramının müvafiq bəndinə əsasən inşa edilir. Bu ilin mayında başlanan tikinti işlərinin dekabrda başa çatdırılması nəzərdə tutulur. Əli Həsənov noyabrın birinci ongünlüyündən sonra intensiv yağışların başlayacağını nəzərə alaraq binaların fasadında və həyətində işlərin sürətləndirilməsi üçün konkret tapşırıqlar verib, təmir-bərpa işlərinin tikinti qaydalarına uyğun olaraq yüksək səviyyədə icra olunmasının vacibliyini bildirib. Məlumat verilib ki, Dövlət Proqramına uyğun olaraq hazırda Mingəçevirlə yanaşı, Bərdə, Ağdam, Göygöl, Qaradağ, Beyləqan, Saatlı və Hacıqabul rayonlarının ərazilərində məcburi köçkün ailələri üçün qəsəbə və məhəllələr inşa edilir. Məcburi köçkünlərin məskunlaşdırılmasının prioritet məsələ olduğunu qeyd edən Əli Həsənov bildirib ki, dövlətimizin başçısı qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə qarşıya konkret vəzifələr qoyub. Bu vəzifələr vaxtında və keyfiyyətlə yerinə yetirilməlidir. Müşavirədə tikinti şirkətlərinin nümayəndələri inşaat işlərinin gedişində heç bir problem yaranmadığını, istənilən qədər texnika, işçi qüvvəsi, eləcə də tikinti materiallarının olduğunu bildiriblər. Vurğulanıb ki, yaşayış kompleksi bütün infrastruktur obyektləri ilə birlikdə vaxtında və yüksək keyfiyyətlə təhvil verilməlidir. Əli Həsənov Bakıda keçiriləcək birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin İcraiyyə Komitəsinin olimpiya şəhərcikləri üzrə iş menecerləri ilə də görüşüb. Görüşdə bəzi məsələlər barədə fikir mübadiləsi aparılıb.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb