|
|
||||||||||||
|
Ermənistan-Azərbaycan münaqişəsi
|
Ölkəmizdə səfərdə olan Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAD) rəhbəri Cəlal Cem Oğuzu Baş nazirin müavini Əli Həsənov qəbul etmişdir. Ölkəmizdə səfərdə olan Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAD) rəhbəri Cəlal Cem Oğuz fevralın 10-da Baş nazirin müavini-Dövlətqaçqınkomun sədri Əli Həsənovla görüşüb.
Azərbaycanın bir saylı problemi olan bir milyondan çox qaçqın və məcburi köçkünün problemi ilə maraqlanaraq görüşə gəldiyinə görə türkiyəli qonağa təşəkkürünü bildirən Əli Həsənov həmçinin onun Türkiyənin qabaqcıl mətbu orqanlarının siyasi icmalçısı və köşə yazarı olduğunu nəzərə alaraq Cem Oğuza Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizdə yaranmış qaçqın və məcburi köçkün problemi, bu sahə ilə bağlı dövlətin həyata keçirdiyi tədbirlər, bu soydaşlarımızın sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilmiş, onunn suallarını cavablandırmışdır. Görüşdə həmçinin qonağı maraqlandıran müxtəlif məsələlərlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılmışdır. Türkiyəli ekspert və yazar hərtərəfli məlumata və səmimi qəbula görə minnətdarlığını bildirmişdir. |
|||||||||||
Copyright © 2008AZƏRBAYCAN RESPUBLİKASININ QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57 Tel/fax: (99412) 430 09 21, 430 09 25 Elektron ünvan: info@refugee.gov.az |
||||||||||||