"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1013
Nəzərdə tutulmuş layihələr uğurla həyata keçiriləcək
Mətbuat xidmətinin məlumatı 19 Noyabr, 2014
Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov noyabrın 19-da İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Seyed Bahman Sobhanini və fəaliyyət müddəti başa çatmış sabiq rəhbər Məhəmməd Reza Neqqaşini qəbul etmişdir. Görüşdə ötən həftə İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfərini, səfər proqrammı çərçivəsində keçirilən görüşləri, imzalanan sənədləri Azərbaycanla İran arasında dostluq, qarşılıqlı əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi dəyərləndirən Baş nazirin müavini Ə.Həsənov bildirmişdir ki, hər iki ölkə və onların xalqları arasında bütün sahələrdəki tarixi münasibətlər bu gün nəinki mehriban qonşuluq, hətta əsl qardaşlıq və dostluq münasibətlərinin nümunəsinə çevrilmişdir. Böyük dövlətçilik tarixinə malik qonşu ölkənin daim Azərbaycanın yanında olduğu, ölkələrimiz arasındakı qarşılıqlı faydalı əməkdaşlığın müvafiq dövlət və hökumət qurumları arasında əlaqələrin genişlənməsinə də şərait yaratdığı vurğulanan görüşdə bildirilmişdir ki, İran hökuməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın dözülməz vəziyyətlə üz-üzə qaldığı vaxtdan Azərbaycana humanitar yardım göndərən ilk dövlətlərdəndir ki, bunları da xalqımız heç vaxt unutmayacaq. Qaçqın və məcburi köçkünlərimizin problemlərinin həllinə kömək məqsədilə bu gün də İran İslam Respublikası hökuməti tərəfindən ölkəmizdə fəaliyyət göstərən Qızıl Aypara Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin xətti ilə müxtəlif humanitar layihələr həyata keçirilir. Bu baxımdan Cəmiyyətin Azərbaycan nümayəndəliyinin fəaliyyəti müsbət dəyərləndirilən görüşdə həmçinin belə bir əminlik ifadə olunmuşdur ki, Azərbaycan hökuməti tərəfindən beynəlxalq humanitar təşkilatların sərbəst və şəffaf fəaliyyəti üçün hərtərəfli şərait yaradıldığından bu sahədə nəzərdə tutulmuş layihələr bundan sonra da uğurla həyata keçiriləcəkdir.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb