"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1248
Qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.
Mətbuat xidmətinin məlumatı 15 Dekabr, 2014
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov dekabrın 15-də Norveç Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bord İvar Svendseni qəbul etmişdir. Tanışlıq məqsədilə keçirilən görüşdə səfiri bu təyinatı münasibətilə təbrik edən Əli Həsənov ona Azərbaycandakı fəaliyyətində uğurlar arzulamaqla yanaşı, bu təyinatın Azərbaycanla Norveç arasında, dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə əlaqələrin inkişafında mühüm önəm daşıyacağına əminliyini ifadə etmişdir. Baş nazirin müavini Əli Həsənov qarşılıqlı fikir mübadiləsi zamanı bir sıra sahələrlə yanaşı, səfirin ölkəmizə yeni təyin olunmasını nəzərə alaraq ona Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun tarixi kökləri, bu münaqişə nəticəsində 1 milyon 200 mindən çox vətəndaşımızın 22 ildən çoxdur ki, qaçqın və məcburi köçkün şəraitində yaşaması, Azərbaycan dövlətinin istər münaqişənin, istərsə də ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlər barədə də ətraflı məlumat vermişdir. Ermənistanın Azərbaycan qarşı zaman-zaman ərazi iddiasında olduğunu diqqətə çatdıran Baş nazirin müavini Əli Həsənov işğalçı ölkənin artıq neçə illərdir ki, münaqişənin həllində göstərdiyi qeyri-konstruktiv mövqeyə beynəlxalq qurumların, münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu həmsədrlərinin laqeyd münasibətindən, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də kağız üzərində qalmasından təəssüfləndiyini bildirərək qeyd etmişdir ki, vəziyyətin bu cür davam etməsi uzun sürə bilməz və Azərbaycanın da səbri tükənməz deyil. Norveçli diplomatın ölkəmizdəki qaçqın və məcburi köçkünlərin real vəziyyəti ilə yerində tanış olmaq istəyini nəzərə alan Baş nazirin müavini Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi tədbirlər barədə də ətraflı məlumat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gündəlik qayğı və diqqətinin nəticəsidir ki, bu təbəqədən olan soydaşlarımız artıq dövlətin tam himayəsindədir və onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüş, Dövlət Neft Fondunun vəsaiti hesabına indiyədək respublikamızın müxtəlif bölgələrində və Bakı şəhəri ətrafında bütün sosial-texniki infrastrukturu ilə birlikdə 89 müasir tipli qəsəbə və məhəllələr istifadəyə verilmiş, artıq 240 min qaçqın və məcburi köçkün bu qəsəbələrdəki mənzillərə köçürülmüşdür. Bununla yanaşı, hələ də 370 mindən çox soydaşımızın ağır şəraitdə yaşadığını, onların da doğma ocaqlarına qayıdanadək mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlərin mərhələli şəkildə davam etdirildiyini vurğulayan Əli Həsənov bu istiqamətdə Norveçin ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlarının reallaşdırdıqları layihələri də müsbət dəyərləndirmişdir. Ətraflı məlumata görə minnətdarlığını bildirən norveçli diplomat ölkəmizdəki qaçqın və məcburi köçkünlərin real vəziyyəti ilə daha yaxından tanış olmaq üçün onların məskunlaşdıqları ərazilərə də baş çəkəcəyini bildirmiş, Azərbaycana hər gəlişində ölkəmizin hərtərəfli inkişafından məmnunluğunu dilə gətirmiş, fəaliyyəti dövründə ümumi mənafelər naminə əməkdaşlıq əlaqələrinin genişləndiriləcəyinə əminliyini ifadə etmişdir. Ölkələrimiz arasındakı iqtisadi əlaqələrdən danışan səfir bu münasibətlərin gələcək illərdə də yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirmişdir.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb