"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 956
Ölkəmizin sürətli inkişafı qaçqın və məcburi köçkünlərimizin də həyatında özünü büruzə verir
Mətbuat xidmətinin məlumatı 13 Fevral, 2015
Azərbaycan Respublikası Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov fevralın 13-də Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkunu qəbul etmişdir. Əsasən ölkəmizdəki qaçqın və məcburi köçkünlərin ümumi vəziyyəti və gələcək əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılan görüşdə qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərinin əsasında qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olduğunu diqqətə çatdıran Baş nazirin müavini Əli Həsənov bildirib ki, iki dost və qardaş ölkənin rəhbərləri və xalqları arasındakı münasibətlərin yüksək səviyyədə olmasının tarixi kökləri var. Bu gün dünyada Azərbaycan və Türkiyə qədər yaxın əlaqələrə malik olan başqa dövlət yoxdur, - deyən Əli Həsənov əlaqələrin məhz həmin tarixi kökə və qardaşlığa söykəndiyini diqqətə çatdıraraq qeyd etmişdir ki, bu əlaqələrin hazırkı səviyyəyə gəlib çatmasında dövlət başçılarının qarşılıqlı səfərləri, Türkiyənin daim Azərbaycanın, Azərbaycanın da Türkiyənin yanında olması önəmli əhəmiyyət kəsb edir. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də söz açan Əli Həsənov bu sahədə də qardaş Türkiyənin dəstəyini yüksək qiymətləndirərək öz havadarlarına arxalanan Ermənistanın işğalçılıq siyasətindən əl çəkmədiyindən təəssüfləndiyini bildirmiş, bu münaqişənin regional əməkdaşlığın inkişafına ən ciddi təhdid olduğunu bir daha vurğulamışdır. Lakin bunlara, dünyada cərəyan edən ictimai-siyasi proseslərin gərginliyinə, hökm sürən iqtisadi böhrana baxmayaraq Azərbaycan Prezidentinin uğurla həyata keçirdi balanslaşırılmış siyasət nəticəsində ölkəmizdə sürətli inkişaf prosesinin getdiyini bildirən Baş nazirin müavini Azərbaycanda son illər ərzində güclü iqtisadi inkişaf fonunda sosial durumun xeyli dəyişdiyini, əhalinin, o cümlədən qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin kifayət qədər yaxşılaşdığını da səfirin diqqətinə çatdırmış, bu sahədə işlərin indi də uğurla davam etdiyini bildirmişdir. Görüşdə həmçinin Kəlbəcərə doğmalarının məzarlarını ziyarət etmək məqsədilə gedərkən Ermənistan Silahlı Qüvvələrinin girov götürdüyü və Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən qondarma ittihamlarla «məhkəmə»yə çəkilən Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyinə qardaş Türkiyə tərəfinin biganə qalmadığına və bununla bağlı verdikləri dəstəyə görə də səfirə təşəkkürünü bildirən Əli Həsənov Ermənistanın girovlarımıza qarşı davranışlarının dünyanın gözü qarşısında baş verdiyindən, hər zaman işğalçı Ermənistanın maraqlarını müdafiə edən beynəlxalq qurumların Azərbaycan tərəfinin müraciətlərinə obyektiv cavab vermədiklərindən təəssüfünü bildirmişdir. Səmimi qəbula və hərtərəflm məlumata görə minnədarlığını bildirən diplomat bütün sahələr üzrə əməkdaşlığın, o cümlədən humanitar əməkdaşlığın inkişafı üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayaraq bundan sonra da mövcud imkanlardan səmərəli istifadə olunacağına əminliyini bildirmiş, bu baxımdan qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinin böyük önəm daşıdığını vurğulamışdır.
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam