"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1118
Yaponiyanın “Fuji Optical” şirkəti Azərbaycanda xeyirxah missiyasını uğurla davam etdirir
Mətbuat xidmətinin məlumatı 26 May, 2015
Mayın 26-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Yaponiyanın “Fuji Optical” şirkətinin rəhbəri, 2006-cı ildə “Nansen qaçqın mükafatı”na layiq görülmüş dünya şöhrətli optometrist Akio Kanai ilə görüşüb. Görüşdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı, həmçinin Azərbaycan Hökumətinin dəstəyi ilə Yaponiyanın “Fuji Optical” şirkətinin 2005-ci ildən etibarən hər il məcburi köçkünlərə, aztəminatlı əhaliyə optometrik xidmət göstərdiyi xatırlanıb. Baş nazirin müavini Əli Həsənov Azərbaycandakı qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə göstərilən təmənnasız optometrik xidmətə görə Akoi Kanaiyə təşəkkürünü bildirərək qeyd edib ki, bu xeyirxah missiya artıq 10 ildir həyata keçirilir. Ötən müddətdə şirkət tərəfindən 43 minə yaxın yüksək keyfiyyətli optik eynək və digər vasitələr ölkəyə gətirilərək bu təbəqədən olan soydaşlarımıza paylanılıb. Ümumilikdə 22 mindən çox qaçqın, məcburi köçkün və aztəminatlı şəxs “Fuji Optical” şirkətinin bu xeyirxah missiyasından yararlanıb. 2005-2015-ci illərdə şirkət tərəfindən Azərbaycandakı fəaliyyətin yerinə yetirilməsi üçün 2 milyon dollara yaxın vəsait xərclənib. Əli Həsənov Akio Kanainin hazırkı səfəri zamanı Ağdam, Tərtər rayonlarında, Bakı şəhərində 3 minə yaxın bu qəbildən olan insana optik, günəş eynəkləri, eşitmə aparatları və digər müxtəlif vasitələr paylamasını yüksək qiymətləndirib. Akio Kanainin 2006-cı ildə “Nansen qaçqın mükafatı”na layiq görüldüyünü xatırladan Baş nazirin müavini bildirib ki, dünya şöhrətli optometrist məhz o mükafatı da Beyləqan rayonunun Yeni Xocavənd qəsəbəsində azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün su artezian quyusunun qazılmasına sərf edib. Əli Həsənov bu xeyirxah missiyanın uğurla davam etdirilməsi üçün Azərbaycan Hökuməti tərəfindən hərtərəfli şərait yaradıldığını vurğulayıb. Qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyondan artıq azərbaycanlıya ən çox hərtərəfli yardım edən ölkələrdən biri də məhz Yaponiya olub. 2004-cü ildə ölkəmizdə Yaponiya Hökumətinin vəsaiti hesabına 412 evdən ibarət qəsəbə tikilib. Komitə sədri Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündən bəhs edib, Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmamasının təəssüf doğurduğunu bildirib. Akio Kanai Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün yaradılan hərtərəfli şəraitdən məmnunluğunu qeyd edib. O, missiyanın uğurla həyata keçirilməsinə lazımi kömək göstərdiyinə görə Azərbaycan Hökumətinə, yerli icra strukturlarına minnətdarlığını bildirib, builki missiyanın da uğurla keçirildiyini qeyd edib. Akio Kanai deyib: “Bu il keçirdiyimiz missiya zamanı bizə daha çox insan müraciət etdi. Deyə bilərəm ki, ən uğurlu missiyamızı məhz bu il yerinə yetirdik”. Artıq 10 ildir ölkəmizə mütəmadi olaraq səfər etdiyini deyən optometrist Azərbaycanda gördüyü qonaqpərvərliyin, mehribanlığın onda xoş təəssüratlar yaratdığını söyləyib. O, gələcəkdə də bu missiyanın davam etdiriləcəyini bildirib.
26 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
25 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb