"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 939
Baş nazirin müavini Əli Həsənov: Azərbaycan öz torpaqlarını nəyin bahasına olursa-olsun işğaldan azad edəcək
Mətbuat xidmətinin məlumatı 24 Avqust, 2015
Avqustun 24-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri Maykl Tatham ilə görüşüb. Görüşdə Əli Həsənov Böyük Britaniya Krallığından Azərbaycana mütəmadi olaraq nümayəndə heyətlərinin səfər etdiklərini bildirib. Biz bunu yüksək qiymətləndiririk. Bu görüşlərin hamısında Azərbaycanın əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə müzakirələr aparırıq. Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal edilib, 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Ancaq Azərbaycan beynəlxalq aləmdə ikili standartlarla üzləşir. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə qətnamə və qərarlarını Ermənistan hələ də yerinə yetirmir. Problemin həlli ilə ATƏT-in Minsk qrupu məşğuldur. Lakin o da indiyədək heç bir səmərəli iş görməyib. Əli Həsənov bildirib ki, biz ədalətin bərpa olunmasını istəyirik. Biz regionda sülhün bərqərar olmasını, təcavüzkarın öz adı ilə çağırılmasını istəyirik. Azərbaycan öz torpaqlarını nəyin bahasına olursa-olsun işğaldan azad edəcək. Baş nazirin müavini deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev müstəqil siyasət yürüdür. Azərbaycan öz müstəqil siyasətindən əl çəkməyəcək. Biz bu müstəqilliyi tökülən qanlar bahasına əldə etmişik. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən narkotiklərin becərilməsi və daşınması üçün istifadə etdiyini deyən Əli Həsənov ölkəmizin bununla bağlı müvafiq beynəlxalq qurumlara, xüsusən BMT-nin Vyana ofisinə müraciət etdiyini bildirib. Lakin Ermənistan digər beynəlxalq qurumlar kimi, BMT-nin Vyana ofisinin bununla bağlı qərarına da məhəl qoymayaraq, bu çirkin əməllərini davam etdirir. Baş nazirin müavini deyib ki, Azərbaycan Prezidenti bir neçə mühüm strateji vəzifə müəyyənləşdirib: yoxsulluğun həddinin minimuma endirilməsi. Bu rəqəm artıq 5 faiz həddindədir. Neft amilindən asılılığın azaldılması da bu vəzifələr sırasındadır. Nəticələr göz qabağındadır: BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. Nəhayət, insan hüquqlarının qorunması və korrupsiyaya qarşı ardıcıl mübarizə aparılması da diqqət mərkəzində olan vəzifələrdəndir. Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri Maykl Tatham görüşdə deyib ki, bu Azərbaycana ilk səfəridir və Bakıda gedən inkişaf prosesi onda xoş təəssüratlar yaradıb. O deyib: “Eyni zamanda, Azərbaycanın son illərdə artan beynəlxalq nüfuzu da diqqətimdədir. Son illər ərzində Azərbaycan nümayəndə heyəti ilə sıx təmasda olmuşam. Böyük Britaniya Azərbaycan ilə əlaqələrə xüsusi önəm verir. Azərbaycan ilə mövcud olan əlaqələrin daha da dərinləşdirilməsində maraqlıyıq. Xüsusilə ticarət, iqtisadi, enerji sektorunda bizim çox gözəl münasibətlərimiz var. Tərəflər bu münasibətlərdən ötən illər ərzində faydalanıblar”. Maykl Tatham bildirib ki, Azərbaycan həssas regionda yerləşir. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün nə qədər önəmli olduğunu dərk edirik. Bu məsələ bizi də narahat edir. Bizim mövqeyimiz aydındır: işğala son qoyulmalıdır, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar. Biz ATƏT-in Minsk qrupunun fəaliyyətinə çox böyük dəstək veririk. Bununla belə bizi də məyus edən odur ki, qrupun fəaliyyətində hələ ciddi irəliləyiş yoxdur. Görüşün sonunda qonağa “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və disk təqdim edilib.
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”
06 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Fəxrəddin Manafov: Ruhumuz hər zaman Vətənimizdə idi