"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1207
Atılan bütün addımlar əhalinin, o cümlədən qaçqın və məcburi köçkünlərin rifah halının yaxşılaşdırılmasına xidmət edir.
Mətbuat xidmətinin məlumatı 03 Fevral, 2016
Dövlətqaçqınkomda kollegiya iclası keçirilmişdir Fevralın 1-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində geniş kollegiya iclası keçirilmişdir. Son günlər Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirələrdə, xüsusən regionların sosial-iqtisadi inkişafı üzrə 3-cü Dövlət Proqramının ikinci ilinin icrasının yekunlarına həsr olunmuş konfransdakı nitqindən irəli gələn və qarşıya qoyulan vəzifələrin, onların yerinə yetirilməsi istiqamətində görülən işlərin və Komitənin ötən ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında birinci məsələ ətrafında çıxış edən Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov qeyd etmişdir ki, bu gün dünyada iqtisadi böhranın daha da dərinləşməsinə baxmayaraq Azərbaycanda dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində bir çox məsələlər özünün müsbət nəticəsini tapmış, sosial layihələrin icrası davam etdirilmişdir. Ölkəmizdə nəzərdə tutulan bütün proqramların icra edildiyini, hələ 2008-ci ildən dünyada bir neçə ildən sonra başlayacaq iqtisadi böhran barədə ölkə başçısı tərəfindən proqnoz verildiyini, və onun qarşısının alınması məqsədi ilə konkret tapşırıqlar verildiyini qeyd edən Əli Həsənov bu böhranın 2015-ci ildə də Azərbaycana ciddi təsir etmədiyini, əksinə bir çox sahələrdə inkişafa nail olunduğunu diqqətə çatdırmışdır. Baş nazirin müavini vurğulamışdır ki, o qədər də asan olmayan geosiyasi vəziyyət və qlobal iqtisadi böhran fonunda bunlar ölkəmiz üçün böyük uğurdur. Dövlətimizin başçısının da dediyi kimi, 2015-ci ildə bütün sosial proqramlar icra olunub və bu işlər hazırda da uğurla davam etdirilir. Dünya bazarında neftin qiymətinin dörd dəfə aşağı düşməsi, manatın devalvasiyası müəyyən problemlər yaratmasına baxmayaraq, dövlətimizin başçısının rəhbərliyi altında aparılan dərin iqtisadi islahatlar, həyata keçirilən digər zəruri tədbirlər ölkəmizin bu vəziyyətdən də uğurla çıxmasına imkan verəcək. Prezident İlham Əliyevin bildirdiyi kimi, 2016-cı il ciddi iqtisadi islahatlar ili olacaq, bu il bizim iqtisadiyyatımız daha da güclənəcək. Artıq bu istiqamətdə mühüm addımlar atıldığını diqqətə çatdıran Baş nazirin müavini Ə.Həsənov demişdir ki, müxtəlif təbəqədən olan insanlara, aztəminatlı ailələrə, eləcə də məcburi köçkünlərə verilən müavinətlərin və digər imtiyazların artırılması sosial sahədə dövlətin nəzərdə tutduğu prioritet istiqamətlərdəndir. Ötən il ümumi daxili məhsul, sənaye istehsalı, qeyri-neft sənayesi sahələrində artıma nail olunduğunu, xüsusilə son 12 ildə regionların elektrik enerjisi, içməli su, təbii qazla təmin olunmasında, abadlıq və quruculuq işlərinin, sosial-infrastruktur layihələrinin geniş vüsət almasında hərtərəfli inkişafa nail olunduğunu bildirən Ə.Həsənov Prezident İlham Əliyevin ölkəmizdəki qaçqın və məcburi köçkünlərə hərtərəfli qayğı və diqqətindən də danışaraq bildirmişdir ki, cənab Prezidentin sərəncamı ilə təsdiq olunmuş müvafiq Dövlət Proqramlarına və onlara edilmiş əlavələrə uyğun olaraq indiyədək onların sosial-məişət şəraitlərini yaxşılaşdırımaq məqsədilə müxtəlif ərazilərdə salınmış bütün sosial-texniki infrastruktura malik 94 müasir tipli qəsəbələrdən 89-u məhz son 12 ildə tikilib istifadəyə verilibdir və bu qəsəbələrə köçürülmüş 243 min məcburi köçkündən 225 min nəfəri son 12 ilin payına düşür. Bütün bunları ölkə rəhbərinin respublikanın iqtisadi uğurlarından bəhrələnməklə ilk növbədə xalqın həyat səviyyəsini yüksəltməyə, onun güzəranını yaxşılaşdırmağa önəm verdiyinin, sosial məsələlərin həllinə böyük diqqət yetirdiyinin bariz nümunəsi kimi dəyərləndirən Ə.Həsənov bildirmişdir ki, son 12 ilin reallıqları göstərir ki, ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividentlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Minimum əmək haqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin, tələbə təqaüdlərinin artırılması, sosial müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür. Baş nazirin müavini Ə.Həsənov kollegiya iclasında həmçinin Prezident İlham Əliyevin çıxışlarında yer alan ən mühüm məsələlərdən danışaraq qeyd etmişdir ki, ölkəmizdə biznes mühitinin yaradılması, bunun üçün sahibkarlara kömək göstərilməsi, iş adamlarına qarşı maneələrin aradan qaldırılması, ixracyönümlü məhsulların istehsalına xüsusi diqqət ayrılması və digər məsələlərlə bağlı dövlətimizin başçısı konkret vəzifələr müəyyənləşdirməklə müvafiq qurumlara xüsusi tapşırıqlar vermişdir. O, çıxışında mühüm bir məqama da toxunaraq qeyd etmişdir ki, dövlətimizin başçısı tutduğu vəzifədən asılı olmayaraq hər bir məmurdan vətəndaşa həssas münasibət, insanlara qayğı göstərməsini bir tələb kimi qarşıya qoyur və bildirir ki, bütün vəzifəli şəxslər, məmurlar insanlara ləyaqətlə xidmət etməli, onlara kömək göstərməlidirlər: «Hər bir məmur xalqın xidmətçisidir. Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar» mesajı bu gün hər bir məmur üçün ciddi siqnal olmalıdır. Ona görə də Prezidentin bütün vəzifəli şəxslər qarşısında qoyduğu bu tələblərə ciddi əməl edilməlidir ki, vətəndaşlarımız əziyyət çəkməsinlər. Çünki bu gün atılan bütün addımlar da məhz əhalinin rifah halının daha da yaxşılaşmasına xidmət edir. Ölkəmizin bir saylı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının bəzi qüvvələrin maraqlarına xidmət etdiyini deyən Ə.Həsənov onu da bildirib ki, bu işdə biz özümüzə və öz gücümüzə arxalanmalıyıq, problemin həllində Azərbaycan xalqının, o cümlədən məcburi köçkünlərin yeganə ümid yeri hər bir azərbaycanlının Prezidenti cənab İlham Əliyevdir! Baş nazirin müavini diqqətə çatdırmışdır ki, bu günlərdə Ermənistanın işğalçılıq siyasətini ifşa edən mühüm qətnamənin AŞPA-nın Strasburqda keçirilən qış sessiyasında müzakirəyə çıxarılarkən Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycana qarşı ikili standart mövqeyində olduğunu bir daha nümayiş etdirdi. AŞPA bu addımı ilə Ermənistanın Azərbaycan torpaqlarının işğal etdiyinə dair özünün qəbul etdiyi qərarlara, eləcə də BMT qətnamələrinə, Avropa Parlamentinin və ATƏT Parlament Assambleyasının qərar və qətnamələrinə qarşı çıxmaq kimi dəyərləndirilir. Təbii ki, burada ATƏT-in Minsk Qrupunun da fəaliyyətsizliyi özünü göstərdi. Bununla yanaşı, keçən dövr ərzində ATƏT-in Minsk qrupu münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərməyiblər. Kollegiya iclasında həmçinin ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunaraq bildirilmişdir ki, həmişə olduğu kimi, 2015-ci ildə də qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli dövlət başçısının ən çox diqqət yetirdiyi prioritet sahələrdən biri olmaqla cənab Prezidentin müvafiq sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramına və ona edilmiş əlavələrə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilmişdir. Bunların nəticəsidir ki, ötən il məcburi köçkünlər üçün daha 5 müasir tipli qəsəbə istifadəyə verilmiş, 15 min nəfər məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Kollegiya iclasında həmçinin diqqətə çatdırılmışdır ki, təqaüd yaşlarına çatdıqları üçün bir sıra əməkdaşlar təqaüdə göndərilmiş və bu sahədə işlər davam etdiriləcəkdir. Ümumilikdə götürdükdə ötən il Dövlətqaçqınkomun kollektivi qarşıya qoyulmuş vəzifələrin uğurlu icrasına nail olmuşdur. Kollegiya iclasında əminliklə vurğulanmışdır ki, cari ildə də bu sahəyə müntəzəm qayğı və diqqət göstərilməklə qarşıya qoyulan vəzifələr öz həllini tapacaqdır.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb