"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1003
Azərbaycan BMT Baş Məclisinin dünya narkotiklər probleminə həsr edilən xüsusi sessiyasında təmsil olunur
Mətbuat xidmətinin məlumatı 20 Aprel, 2016
Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində BMT Baş Məclisinin dünya narkotiklər probleminə və onunla mübarizəyə həsr olunan 30-cu xüsusi sessiyası keçirilir. Ölkəmizi bu tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Xüsusi tədbirdə bir sıra ölkələrin dövlət başçıları, administrasiya rəhbərləri, narkomanlığa qarşı mübarizə qurumlarının rəhbərləri və müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər. Aprelin 19-da başlayan üç günlük sessiya narkomafiya ilə uzun illər mübarizə aparan Kolumbiya, Meksika və Qvatemalanın təşəbbüsü ilə keçirilir. Sessiyanın açılışında bir neçə gün öncə Ekvadorda baş vermiş zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Baş nazirin müavini Əli Həsənov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra BMT-nin hər üç müvafiq konvensiyasına qoşulduğunu, ölkəmizdə müasir tələblərə cavab verən qanunvericilik bazasının mövcud olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan müvafiq sahədə BMT və onun qurumları, Avropa Şurası, GUAM və Mərkəzi Asiya Əlaqələndirmə və Məlumat Mərkəzi ilə sıx əməkdaşlıq edir. Əli Həsənov qeyd edib ki, narkomanlıq və narkotiklərlə mübarizədə indiyə qədər məlum olan üsullara yenidən baxmaq lazımdır, çünki narkomafiya öz mənafelərini, bazarlarını, müştərilərini qoruyub saxlamaq üçün yeni yollar axtardığı kimi, ona qarşı mübarizə də təkmilləşməlidir. Bu xüsusda, BMT Baş Məclisinin 30-cu xüsusi sessiyasında qəbul olunacaq yekun sənəd bu bəlaya qarşı dünya ölkələrinin ümumi mübarizəsinin təşviqində önəmli rol oynamalıdır. Sonra Əli Həsənov Azərbaycan ərazisinin narkotrafikinq üçün istifadə edilməsinin qarşısının alınmasında ölkəmizin müvafiq orqanlarının rolunu qeyd edib. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının ərazisinin 20 faizının işğal olunduğunu qeyd edən Baş nazirin müavini ölkənin 10 milyon əhalisinin bir milyonunun qaçqın və məcburi köçkün olmasını diqqətə çatdırıb. Həmçinin təcavüz nəticəsində dövlət sərhədimizin cənub hissəsinin 132 kilometrinin Ermənistanın nəzarəti altında olduğunu vurğulayıb. İşğal olunmuş ərazilərdə ermənilər tərəfindən narkotik maddələrin əkilib-becərilməsi, xüsusi laboratoriyalarda emal edilməsi və müxtəlif ölkələrə göndərilməsi qeyd olunub. Nümayəndə heyətinin rəhbəri deyib ki, bu problemlə bağlı Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən kifayət qədər məlumat bazası toplanılıb və BMT-nin müvafiq strukturlarına təqdim edilib. Narkotiklər probleminə qarşı mübarizənin əsasında dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi durur və bununla əlaqədar, Azərbaycan Respublikası dünya ictimaiyyətini BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnaməsinin icra edilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırır. Əli Həsənov bundan sonra da Azərbaycan Respublikasının narkotiklərlə mübarizədə qonşu və digər dövlətlərlə məlumat və təcrübə mübadiləsi istiqamətində sıx əməkdaşlıq edəcəyini vurğulayıb. Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli HƏSƏNOVUN bəyanatı BMT Baş Assambleyasının Dünya Narkotiklər Probleminə və onunla mübarizəyə həsr olunmuş 30-cu Xüsusi Sessiyası 19-21 aprel 2016-cı il Hörmətli cənab Baş Katib, Hörmətli cənab Sədr! Müstəqillik əldə etdikdən sonra Azərbaycan BMT-nin hər üç müvafiq Konvensiyasına qoşulmuş, ölkədə müasir tələblərə cavab verən qanunvericilik bazası yaradılmışdır. Azərbaycan BMT və onun qurumları, Avropa Şurası, GUAM və Mərkəzi Asiya Əlaqələndirmə və Məlumat Mərkəzi (CARICC) ilə sıx əməkdaşlıq edir. Qeyd etmək istərdim ki, narkomanlıq və narkotiklərlə mübarizədə indiyə qədər məlum olan üsullara yenidən baxmaq lazımdır. Çünki narkomafiya öz mənafelərini, bazarlarını, müştərilərini qoruyub saxlamaq üçün yeni yollar axtardığı kimi, ona qarşı mübarizə də təkmilləşməlidir. Bu xüsusda, BMT Baş Assambleyasının cari 30-cu xüsisi sessiyasında qəbul olunacaq yekun sənəd bu bəlaya qarşı bizim ümumi mübarizəmizin təşviqində əhəmiyyətli rol oynamalıdır. Ölkəmizdə son illər irihəcmli beynəlxalq tikinti layihələrinin icrası ölkəyə beynəlxalq yükdaşınma həcminin və gələn xarici vətəndaşların sayının artırılmasına səbəb olmuşdur. Bu da beynəlxalq narkomafiyada narkotiklərin ölkəyə daşınması və ölkə ərazisindən tranzit kimi istifadə olunmasına maraq doğurub. Təhlillər göstərir ki, hüquq mühafizə orqanları tərəfindən aşkar olunan narkotik vasitələrin 95 faizdən çoxu ölkə ərazisinə cənub zonasından daxil olur. Son iki belə hal 2016-cı ilin mart və aprel aylarında olmuş, yük aparan nəqliyyat vasitələri Azərbaycan ərazisindən tranzit keçərkən ümumi çəkisi bir tona yaxın heroin aşkar edilərək götürülmüşdür. Məlumdur ki, Azərbaycan ərazisinin 20 %-i 24 ildir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və 10 milyon əhalimizin bir milyonu qaçqın, məcburi köçkündür. Bundan əlavə, təcavüz nəticəsində dövlət sərhədimizin cənub hissəsinin 132 km-i Ermənistanın nəzarəti altındadır. İşğal olunmuş ərazilərdə ermənilər tərəfindən narkotik əkilib-becərilir, xüsusi laboratoriyalarda emal edilir və müxtəlif ölkələrə göndərilir. Qeyd edilən problem ilə bağlı Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən kifayət qədər məlumat bazası toplanılmış və BMT-nin müvafiq strukturlarına təqdim edilmişdir. Narkotiklər probleminə qarşı mübarizənin əsasında dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipləri durur. Bununla əlaqədar, Azərbaycan Respublikası, dünya ictimaiyyətini BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnaməsinin icra edilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırır. Bundan sonra da Azərbaycan Respublikası narkotiklərlə mübarizədə qonşu və digər dövlətlərlə məlumat və təcrübə mübadiləsi istiqamətində sıx əməkdaşlıq edəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm!
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”
06 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Fəxrəddin Manafov: Ruhumuz hər zaman Vətənimizdə idi