"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1860
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş keçirilmişdir.
Mətbuat xidmətinin məlumatı 24 İyun, 2016
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov iyunun 24-də BMT-nin Azərbaycan Respublikasındakı yeni Rezident Əlaqələndiricisi və “İnkişaf Proqramı”nın Rezident nümayəndəsi Qulam İshaqzaini qəbul etmişdir. Görüşdə Baş nazirin müavini Əli Həsənov BMT-nin Baş katibi Pan Ki-Monla, BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiriciləri ilə görüşlərini xatırlamış, ölkəmiz ilə BMT arasındakı əməkdaşlığımızın səviyyəsindən və müxtəlif əhəmiyyətli layihələrin praktiki surətdə həyata keçirilməsindən məmnunluğunu ifadə etmiş və qeyd etmişdir ki, BMT agentlikləri 20 il ərzində ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlar arasında ən nüfuzlu qurumlar olmuşdur. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Baş nazirin müavini Əli Həsənov Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan hökuməti ilə BMT agentlikləri arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğunu, əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, bunun bariz nümunəsi kimi Azərbaycanın BMT QAK-ın İcraiyyə Komitəsinin tam hüquqlu üzvü seçildiyini vurğulayıb. O, bir daha bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük işlər görüb. Bütün bunlar da istər BMT QAK-ın ali komissar, istərsə də digər yüksək rəsmiləri tərəfindən daim yüksək qiymətləndirilib və oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilib. Baş nazirin müavini münaqişə nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızla bağlı ölkəmizdə fəaliyyət göstərən BMT agentliklərinin həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, olkəmizdə fəaliyyət göstərən BMT agentlikləri 1992-2015- ci illər ərzində Azərbaycanda humanitar və inkişaf layihələrinə təxminən 290 milyon ABŞ dollarından çox həcmində vəsait ayrılmış, ondan 115 milyon ABŞ dolları BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) Azərbaycandakı Nümayəndəliyinin xətti ilə, 112 milyon ABŞ dolları BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (BMTQAK) Azərbaycandakı Nümayəndəliyi xətti ilə sırf qaçqın, məcburi köçkün və «qaçqın» statusu almaq niyyətində olan şəxslərin sosial müdafiəsinə, qalan vəsait isə digər BMT agentlikləri tərəfindən müxtəlif humanitar və inkişaf layihələrinə sərf edilmişdir. Görüşdə Əli Həsənov bildirib: ”Problem yarananda ilk ölkəyə gələn BMT qurumları olubdur. O zaman Azərbaycan hökumətinin iqtisadi baxımdan heç bir imkanı olmayıbdır. Əgər bu humanitar təşkilatlar o vaxt ölkəyə gəlməsəydilər ölkədə humanitar fəlakət yaranardı. Bu gün Azərbaycan Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. Müxtəlif xalqların və millətlərin mehriban şəraitdə yaşadığı Azərbaycandakı mövcud tolerantlıq dünyaya nümunə göstərilir. 2003-cü ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faiz idi. Hazırda bu göstərici 5 faiz səviyyəsindədir. Bu göstərici qaçqın və məcburi köçkünlər üçün 75 faizdən 12 faizə enib. Azərbaycanda neftdən əldə edilən vəsait böyük ölçüdə sosial proqramların icrasına yönəldilib. Ölkəmizdə neftdən asılılıq ildən-ilə azalır. Bu gün ümumi daxili məhsulun 70 faizdən çoxu qeyri-neft sektorunda istehsal olunur. 2020-ci ilədək iqtisadiyyatın neftdən asılılığının, yoxsulluğun aradan qaldırılacağı nəzərdə tutulur.Bu gün Azərbaycanı mühüm beynəlxalq təbdirlərə ev sahibliyi edən bir ölkə kimi tanıyır və qəbul edirlər. Buna misal olaraq, “Eurovision” mahnı müsabiqəsini, ilk dəfə Bakıda keçirilən birinci Avropa Oyunlarını, dünyanı narahat edən çox önəmli məsələlərin müzakirə edildiyi Qlobal Forumları, bu günlərdə keçirilən “Formula 1” və bu qəbildən olan digər çoxsaylı tədbirləri göstərmək olar. Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin gördüyü konkret işlərin nəticələridir.” Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərin problemləri, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı geniş müzakirələr aparılmışdır. Əli Həsənov vurğulayıb ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bu gün bizim 1 milyon 200 min qaçqın və məcburi köçkünümüz var. ATƏT-in Minsk qrupu yarandığı vaxtdan indiyədək bu problemi həll etmək üçün heç bir konkret addım atmayıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışlarında dəfələrlə deyib ki, biz müharibə istəmirik və münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Ermənistandakı faşist rejimi düz yola gəlməyəcəyi təqdirdə Azərbaycan məcburiyyət qarşısında qalaraq beynəlxalq hüquqa söykənərək öz torpaqlarını istənilən yolla azad edəcək. Münaqişənin həll edilməməsinin yeganə səbəbi Ermənistan rejiminin konstruktiv mövqe tutmamasıdır, çünki onlar bu münaqişə üzərindən hakimiyyətə gəliblər. Dünyanın böyük dövlətləri isə bu problemin həll edilməsinə laqeyid yanaşırlar. Nə üçün BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamə və qərarlar icra olunmur? Azərbaycan Prezidenti beynəlxalq tədbirlərdə həmişə müsəlman-islam ölkələrinin həmrəyliyinin vacibliyini vurğulayıb.Əgər bu gün dünyadakı konflikt zonalarına nəzər salsaq görərik ki, bu problemlərdən daha çox ziyan çəkən müsəlman ölkələridir. Nəticədə günahsız insanlar əziyyət çəkirlər. Ancaq hesab edirəm ki, dünyada bu ədalətsizliklər daim davam edə bilməz. Bu gün dünyada münaqişələrin heç birinin həll edilməməsinə toxunan Baş nazirin müavini deyib: “Qaçqın, miqrant, məcburi köçkün problemi dünyada həmişə olub. İkinci Dünya müharibəsindən sonra münaqişələrin sayı artdıqca qaçqın və miqrantların sayı da get-gedə artmağa başladı. Son 20-30 ildə dünyada hansı problem həll olunub? İraqda, Əfqanıstanda, Liviyada, Misirdə guya özlərinin dedikləri kimi diktatura rejimini dəyişdilər. Bu ölkələrdə vəziyyət xalqın xeyrinəmi dəyişdi? Hər gün yüzlərlə insan ölür. Bizə isə demokratiya, insan hüquqlarının qorunması dərsi keçmək istəyirlər. “ BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına qaytarılmasına hər zaman xüsusi diqqət verdiyini deyən Qulam İshaqzai Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirmişdir. O, həmçinin qeyd etmişdir ki, fəaliyyəti dövründə dünyanın bir çox konflikt zonalarında çalışmış, lakin Azərbaycan Prezidentinin ölkədə olan qaçqın və məcburi köçkünlərə göstərdiyi qayğı bütün dünya üçün təqdir olunur. Sonda diplomat səmimi qəbula görə minnətdarlığını çatdırmış, növbəti 5 il ərzində ölkəmizdə fəaliyyət göstərəckləri sahələrlə bağlı təkliflər hazırladıqlarını bildirmiş və Azərbaycan ilə BMT arasında əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini ifadə etmişdir.
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”