"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1224
Türkiyəli jurnalistlər Cocuq Mərcanlı kəndinə səfər ediblər
Mətbuat xidmətinin məlumatı 19 Mart, 2017
Milli Məclisin deputatı, Beynəlxalq Avrasiya Araşdırmaları İnstitutu İctimai Birliyinin rəhbəri Qənirə Paşayevanın dəvəti ilə Azərbaycanda olan Türkiyənin bir qrup tanınmış media qurumunun və jurnalist təşkilatlarının rəhbərləri martın 19-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Cəbrayıl rayonunun işğaldan olunan Cocuq Mərcanlı kəndinə səfər ediblər. Antalya Jurnalistlər Cəmiyyətinin, Akdəniz Jurnalistlər Federasiyasının (AJF) sədri və Türkiyə Jurnalistlər Konfederasiyası baş direktorunun müavini Mövlud Yeninin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri “Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri: jurnalistlərin gözü və sözü ilə...” layihəsi çərçivəsində təşkil olunub. Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, deputatlar Qənirə Paşayeva və Astan Şahverdiyev Cocuq Mərcanlı kəndinə gələn nümayəndə heyətinə ermənilərin işğal olunmuş torpaqlarımızda törətdikləri vəhşiliklər, Azərbaycan Respublikası Prezidentinin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamına əsasən, ərazidə aparılan minatəmizləmə əməliyyatları və tikinti işləri barədə məlumat veriblər. Bildirilib ki, işğalçı Ermənistan ordusu tərəfindən tamamilə dağıdılan Cocuq Mərcanlıda birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi həyata keçiriləcək. Növbəti mərhələdə isə 150 evin və digər infrastrukturun tikintisi və bərpası nəzərdə tutulur. Sonra nümayəndə heyəti 24 ildir Cocuq Mərcanlıda atəş altında yaşayan Oqtay Həziyevin evinə baş çəkiblər. Ailə üzvləri ilə söhbət zamanı 80 yaşlı Minarə Hakiyeva bildirib ki, onlar doğma yurdlarını bir an da olsun tərk etməyiblər. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov qeyd edib ki, Oqtay Həziyevin ailəsi xalqımızın öz doğma torpağına necə bağlı olduğunu bütün dünyaya göstərib. Kənddə aparılan tikinti-quruculuq işlərini müşahidə edən türkiyəli qonaqlar münaqişənin sülh yolu ilə həllinə ümid bəslədiklərini bildiriblər.
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”
06 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Fəxrəddin Manafov: Ruhumuz hər zaman Vətənimizdə idi