"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 3603
Aprel döyüşləri zamanı şəhid olmuş hərbçilərin xatirəsinə hörmət və ehtiramın ifadəsi
Mətbuat xidmətinin məlumatı 04 Aprel, 2017
Aprelin 3-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Füzuli rayonunun Bala Bəhmənli kəndində Azərbaycan Ordusunun zabiti, aprel döyüşləri zamanı şəhid olmuş Elnur Əliyevin il mərasimində iştirak edib. Rayon rəhbərliyinin, hərbçilərin və ictimaiyyət nümayəndələrinin də iştirak etdikləri mərasimdə Əli Həsənov Azərbaycan Ordusunun aprel döyüşlərində qazandığı qələbədən, bu qələbənin Ermənistanı təşvişə salmasından danışdı. Diqqətə çatdırıldı ki, Azərbaycan əsgərinin ötən ilin aprelində əldə etdiyi qələbə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün ordumuzun dünyanın ən güclü ordularından biri olduğunu sübut etdi. Ordumuz istənilən an düşmənə sarsıdıcı zərbə vurmağa hazırdır. Əli Həsənov vurğuladı ki, xalqımız torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsini daim dərin hörmətlə anır. Aprel şəhidləri hərb tariximizə yeni şanlı səhifələr yazdı. Məhz bu qələbə nəticəsində bu gün Cəbrayılın Cocuq Mərcanlı kəndində geniş tikinti-quruculuq işləri aparılır. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıdan danışdı, buna görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər. Daha sonra Biləsuvarda 2 saylı qəsəbədə məskunlaşmış Cəbrayıl rayon sakini, məcburi köçkün, müddətdən artıq hərbi qulluqçu, aprel şəhidi Ruhin Qəhrəmanovun məzarı ziyarət olundu. Qəbiristanlıq ərazisində cəbrayıllı məcburi köçkünlərlə görüşən Baş nazirin müavini bildirdi ki, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə rəsmi şəxslər aprel şəhidlərinin il mərasimlərində iştirak edirlər. Bu, Ali Baş Komandanın aprel şəhidlərinin xatirəsinə yüksək ehtiramından xəbər verir. Əli Həsənov qeyd etdi ki, ötən ilin aprel zəfəri Azərbaycan Ordusunun tarixi qələbəsidir. Bu qələbə ordu ilə xalqın birliyini əyani şəkildə sübut etdi. Baş nazirin müavini Cocuq Mərcanlıda dövlətimizin başçısının sərəncamlarına əsasən aparılan tikinti işlərindən danışaraq dedi ki, bu rayondan olan məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Bu gün Azərbaycanda qaçqın və məcburi köçkün ailələrinə, həmçinin şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir. Məcburi köçkünlər bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə etdi, dövlətimizin başçısı tərəfindən aparılan siyasət nəticəsində tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyinə inandıqlarını bildirdilər. Sonra Baş nazirin müavini, hərbçilər, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri şəhidin yaşadığı evdə keçirilən il mərasimində iştirak etdilər.
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”
06 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Fəxrəddin Manafov: Ruhumuz hər zaman Vətənimizdə idi