"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1287
Qazanılan nailiyyətlər aparılan uğurlu siyasətin nəticəsidir
Mətbuat xidmətinin məlumatı 21 Aprel, 2017
Dövlətqaçqınkomda kollegiya iclası keçirilmişdir Aprelin 20-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində cari ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibdə kollegiya iclası keçirilmişdir. Kollegiya iclasını giriş sözü ilə açan Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri cənab Əli Həsənov əsas diqqəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı geniş və proqram xarakterli çıxışında səsləndirdiyi müddəalara və qarşıya qoyduğu vəzifələrə yönəldərək bildirib ki, cənab Prezidentin rəhbərliyi ilə aparılan uğurlu sosial-iqtisadi islahatlar və məqsədyönlü siyasət nəticəsində ölkəmizin iqtisadi potensialı daha da güclənmiş, davamlı inkişaf dinamikası təmin olunmuşdur. Baş nazirin müavini Əli Həsənov cənab Prezidentin həmin iclasdakı çıxışına və statistik rəqəmlərə istinad edərək bu ilin birinci rübündə ölkədə iqtisadi inkişafın təmin olunduğunu, sosial məsələlərin həllini tapdığını, ordu quruculuğunun uğurla getdiyini, Azərbaycanın dünyada nüfuzunun getdikcə artdığını diqqətə çatdıraraq 2017-ci ilin ölkəmiz üçün uğurlu il olacağını deyib. Cənab Prezidentin siyasətinin, bu siyasət nəticəsində əldə olunan uğurların mərkəzində Azərbaycan vətəndaşının dayandığını deyən Əli Həsənov bildirib ki, bütün obyektiv çətinliklərə baxmayaraq dövlət başçısının rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı inkişaf etdiyindən bütün əsas vəzifələr icra olunub. Dünyada neftin qiymətinin bir neçə dəfə aşağı düşməsinə baxmayaraq indiyədək neftdən asılılığın aradan qaldırılması, kənd təsərrüfatının, digər sahələrin inkişafı məqsədilə görülmüş tədbirlər, aparılan dərin islahatlar nəticəsində bu inkişaf təmin olunub. Ölkənin iqtisadi inkişafının qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həllində də mühüm önəm daşıdığını diqqətə çatdıran Baş nazirin müavini Əli Həsənov hesabat dövrü ərzində cənab Prezidentin müvafiq sərəncamı ilə Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunmasını dövlət idarəetmə strukturunda aparılmış ən uğurlu islahat və vaxtında atılmış addım kimi dəyərləndirmişdir. Qeyd etmişdir ki, böyük nüfuza və dövlətçilik təcrübəsinə malik olan, uzun müddət Azərbaycanı yorulmadan və layiqincə təmsil edən, ölkəmizin beynəlxalq nüfuzunun artmasında müstəsna xidmətlər göstərən hörmətli Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi haqqında cənab Prezidentin 21 fevralda imzaladığı sərəncam ölkədə çevik idarəetmə sisteminin tətbiqinə, iqtisadi və siyasi islahatların mövcud tələblərə uyğun aparılmasına, xalqın sosial rifahının daha da yaxşılaşdırılmasına, mümkün çağırışların qarşısının vaxtında alınmasına və dövlətçilik maraqlarının qorunmasına hesablanmış ən mühüm bir addım oldu. Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilərkən bildirmişdi ki, o, öz fəaliyyətini sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həllinə yönəldəcəkdir. Məhz elə bunun nəticəsi olaraq Mehriban xanım Əliyeva ilk müşavirəsini ölkə əhalisinin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə həsr etdi. Martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yararsız, qəzalı vəziyyətdə olan yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə bu təbəqədən olan soydaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəratinin yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulandı və görülməsi nəzərdə tutulan tədbirlər diqqətə çatdırıldı. Bu müşavirədə Mehriban xanım məsələnin həlli yollarını da müəyyənləşdirdi. Bu bir daha onu göstərdi ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin də fəaliyyətinin prioritetidir və Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən ilk müşavirənin bu problemə həsr olunması bunun əyani sübutudur. Cənab Prezidentin də bütün mötəbər tədbirlərdə, yığıncaqlarda olduğu kimi, Nazirlər Kabinetinin son iclasında da ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemlərini, onların həlli yollarını önə çəkməsini bu təbəqədən olan soydaşlarımıza hərtərəfli dövlət qayğısının təzahürü kimi dəyərləndirən Əli Həsənov deyib ki, cənab Prezident çıxışında bu iclasda da məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, bu sahədə nəzərdə tutulan tədbirlərdən danışaraq problemin həlli yollarını da müəyyənləşdirib. Bildirib ki, bu il məcburi köçkünlər üçün digər yerlərdə yeni binalar tikilir, qəsəbələr salınır. Onlardan biri Tərtər rayonunda inşa edilən böyük qəsəbədir, yaxın aylarda istifadəyə veriləcək. Eyni zamanda, Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin problemlərinin də yaxın vaxtlarda öz həllini tapacağına əminliyini bildirən dövlətimizin başçısının da vurğuladığı kimi, ilk növbədə, ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcəkdir. Bu proses mərhələli yollarla həll ediləcək, həm yeni binalar tikilir, eyni zamanda, vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınacaq və məcburi köçkünlər orada yerləşdiriləcəkdir. Artıq cənab Prezidentin və Birinci vitse-prezidentin tapşırıqlarına əsasən bu istiqamətdə işlərə başlandığını, bunlarla bağlı hərtərəfli müzakirələr aparıldığını diqqətə çatdıran Əli Həsənov deyib ki, ilkin mərhələdə Masazırda məcburi köçkünlər üçün salınmış məhəllənin ərazisində 3 ədəd, Ramana qəsəbəsi ərazisində isə 1 ədəd beşmərtəbəli binalar inşa olunur.Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan bərpa işləri də sürətlə davam etdirilir. Kollegiya iclasında ümumilikdə götürdükdə cari ilin ötən rübünün ölkəmiz üçün çox böyük tarixi əhəmiyyət kəsb edən hadisələrlə yadda qaldığını, o cümlədən bu dövr ərzində ölkəmizin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirlməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən fərman və sərəncamlar imzalandığını deyən Ə.Həsənov xüsusilə cənab Prezidentin yanvarın 24-də imzaladığı «İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında» sərəncamını ölkəmizin həyatında tarixi hadisə kimi dəyərləndirmişdir. Cocuq Mərcanlının bərpasını Böyük Qayıdışın başlanğıcı adlandıran Baş nazirin müavini Əli Həsənov Nazirlər Kabinetinin son iclasındakı çıxışında cənab Prezidentin də bu tarixi hadisəyə xüsusi önəm verdiyini diqqətə çatdıraraq bildirib ki, hazırda kənddə aparılan bərpa işləri, dövlət başçısının müvafiq sərəncamına uyğun kəndə yol çəkilişi, həmçinin Şuşa məscidinə oxşar məscidin tikintisi və digər işlər cənab Prezidentin tapşırığı və nəzarəti altında həyata keçirilir. Ən başlıcası isə dövlətimizin başçısının uğurlu ideoloji siyasətinin nəticəsidir ki, artıq bütün dünya Cocuq Mərcanlı kəndi, vaxtilə onun işğala məruz qalaraq vəhşicəsinə dağıdılması, bu gün isə işğaldan azad olunaraq bərpa edilməsi, bu yerlərin Azərbaycan torpağı olması barədə tam məlumatlıdır ki, bunlar da olduqca mühüm önəm daşıyır. Kollegiya iclasında həmçinin Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixdə imzaladığı «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» fərmanı və həmin fərmana dəyişikliklər edilməsi barədə dövlət başçısının 14 fevral 2017-ci il tarixli fərmanında qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Qaydalara uyğun həyata keçirilən və nəzərdə tutulan tədbirlər və digər məsələlər də müzakirə olunmuşdur. Kollegiya iclasında vurğulanmışdır ki, cənab Prezidentin ölkəmizin bir saylı problemi elan etdiyi və gündəlik diqqət mərkəzində saxladığı qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı mühüm tapşırıq və göstərişlərinin, bu sahə ilə bağlı ölkə başçısının müvafiq sərəncamları ilə təsdiqlənən Dövlət Proqramı və ona edilmiş əlavələrdə, digər normativ-hüquqi sənədlərdə nəzərdə tutulmuş bütün tədbirlərin həyata keçirilməsinin ardıcıl və tam şəkildə təmin edilməsi üçün Dövlətqaçqınkomun kollektivi bundan sonra da əzmlə çalışacaq, bu təbəqədən olan soydaşlarımızın müxtəlif problemlərinin həlli ilə bağlı qarşıya qoyulmuş vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirəcək.
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”
06 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Fəxrəddin Manafov: Ruhumuz hər zaman Vətənimizdə idi