|
|
||||||||||||
|
Ermənistan-Azərbaycan münaqişəsi
|
Ölkəmizdə səfərdə olan Almaniyanın kütləvi informasiya vasitələrinin nümayəndələrini Baş nazirin müavini cənab Əli Həsənov qəbul etmişdir. Avropa –Azərbaycan Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan Almaniyanın “ Redaktion und Altag” informasiya agentliyinin redaktoru Tobias Asmus, “ Neue Zürcher Zeitung” qəzetinin redaktoru Daniel Veçlin,” Berliner Zeitung” qəzetinin xarici siyasət məsələləri üzrə redaktoru Damir Fras , müstəqil jurnalist Klaus Heymaç, peşəkar fotoqraf Tomas Qrabka iyunun 7-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizdə yaranmış qaçqın və məcburi köçkün problemi, bu sahə ilə bağlı dövlətin həyata keçirdiyi tədbirlər, bu soydaşlarımızın sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə qonaqlara ətraflı məlumat verilmiş, onların sualları cavablandırmışdır. Görüşdə həmçinin qonağı maraqlandıran müxtəlif məsələlərlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılmışdır. Almaniyalı qonaqlar geniş məlumata və səmimi qəbula görə minnətdarlığını bildirmişdir. Səfər proqramı çərçivəsində Almaniyanınn kütləvi informasiya vasitələrinin təmsilçiləri iyunun 8-9 da məcburi köçkünlərin vəziyyəti ilə tanış olmaq məqsədi ilə onların müvəqqəti məskunlaşdıqları Ağcabədi, Ağdam, Tərtər və Yevlax rayonlarına səfər etmişlər və həmin səfərdə qonaqları Dövlətqaçqınkomun əməkdaşı müşaiyət etmişdir. |
|||||||||||
Copyright © 2008AZƏRBAYCAN RESPUBLİKASININ QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57 Tel/fax: (99412) 430 09 21, 430 09 25 Elektron ünvan: info@refugee.gov.az |
||||||||||||