"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1978
Fələstinin Azərbaycandakı səfiri ilə görüş keçirilmişdir.
Mətbuat xidmətinin məlumatı 17 İyul, 2017
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov iyulun 17-də Fələstin Dövlətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Nasir Əbdül Kərim Əbdülrəhimlə görüşmüşdür. Görüşdə iki müsəlman ölkə olan Fələstin dövləti ilə Azərbaycan Respublikası arasındakı münasibətlərindən danışan Əli Həsənov qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluğunu ifadə edərək bu əməkdaşlığın genişləndirilməsinin vacibliyini önə çəkmişdir. Nasir Əbdül Kərim Əbdülrəhim ikitərəfli əlaqələrimizin inkişaf etdirilməsi ilə bağlı sabit və inkişaf edən ölkə olan Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd etdi və Azərbaycan hökumətinin göstərdiyi dəstəyə görə təşəkkürünü çatdırdı. Bu gün Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olduğunu, nəhəng layihələrə imza atdığını, paytaxtla yanaşı regionların da gündən-günə inkişaf etdiyini deyən Səfir müsəlman ölkəsi olaraq bunların onlarda da xoş təəssürat yaratdığını bildirdi. Görüşdə Səfirə Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün problemlərinin aradan qaldırılması istiqamətində ölkə başçısının rəhbərliyi altında dövlətimizin gördüyü işlər barədə ətraflı məlumat verən Əli Həsənov bildirdi: “Hər iki ölkə uzun müddətdir ki, eyni problemdən əziyyət çəkir. Bu problemin həll olunmaması isə bizlərdən asılı deyil. Əgər bu gün dünyadakı münaqişə zonalarına baxsaq görərik ki, bu problemlərdən daha çox ziyan çəkən müsəlman ölkələridir. Bu gün bizim problemin həll olunmasına dünya birliyi laqeyd yanaşır. Belə bir vəziyyətdə müsəlman ölkələrinin həmrəyliyinə və əməkdaşlığına ciddi ehtiyac var. Azərbaycan Prezidenti beynəlxalq tədbirlərdə həmişə müsəlman-islam ölkələrinin həmrəyliyinin vacibliyini vurğulayıb. Bu il Prezident İlham Əliyev Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edib. Məhz Cənab Prezidentin təşəbbüsü ilə tolerantlığın və multikulturalizmin mərkəzi olan Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bunun əyani sübutudur”. Baş nazirin müavini həmçinin qeyd etdi ki, Prezident İlham Əliyevin uzaqgörən, balanslı siyasəti və gərgin fəaliyyəti nəticəsində bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən və sabitlik hökm sürən dövlətlərindən birinə çevrilib. Azərbaycan tolerant ölkə kimi bütün dünya dövlətləri ilə bərabər əməkdaşlıq edir. Ölkəmizdə cənab Prezidentin təşəbbüsü ilə yaradılan yeni modellər artıq dünya dövlətləri üçün nümunəyə çevrilir. Ətraflı məlumata və səmimi görüşə görə minnətdarlığını bildirən Səfir Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. “Ancaq bunu da unutmaq olmaz ki, bu insanlara nə qədər diqqət göstərilsə də, onlar öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar”,- deyə Səfir əlavə edib. O eyni zamanda məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirdi. Görüşdə Əli Həsənov, həmçinin Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin öldürülməsi faktından da danışıb. O vurğulayıb ki, Azərbaycan Prezidenti törədilmiş bu faktın təbliğatını elə təşkil etdi ki, bütün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar buna reaksiya verdilər və onlar Ermənistanın cinayətkar rejiminin iç üzünü bir daha gördülər.
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”
06 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Fəxrəddin Manafov: Ruhumuz hər zaman Vətənimizdə idi