"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2618
Ukrayna qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllində Azərbaycanın təcrübəsindən istifadədə maraqlıdır
Mətbuat xidmətinin məlumatı 31 Avqust, 2017
Avqustun 30-da Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilər və Daxili Köçürülmüş Şəxslərin Məsələləri üzrə nazir müavini Georgi Tukanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub. Görüşün məqsədi Ukraynada qaçqın və məcburi köçkünlərin dəstəklənməsi və müvafiq sahədə normativ-qanunverici bazanın yaradılması ilə bağlı Azərbaycanın təcrübəsinin öyrənilməsi olub. Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan dövlətinin gördüyü işlər barədə danışıb. Qonaqların diqqətinə çatdırılıb ki, bu gün etnik təmizləməyə, əraziləri işğala məruz qalan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə hazırda bir milyon iki yüz mindən çox qaçqın və məcburi köçkün var. Azərbaycan adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük didərgin yükünə sahib ölkələrdən biridir. Hazırda Dövlət Komitəsində qaçqınlar və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı kitab hazırlanır. Bu kitabda bütün proseslər, 25 il ərzində baş verən hadisələr öz əksini tapıb. Əli Həsənov qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev şəxsən qaçqınların və məcburi köçkünlərin problemləri ilə yaxından maraqlanırdı, onlara hər zaman diqqət və qayğı ilə yanaşırdı. Ulu Öndərin bu istiqamətə gördüyü işlər Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən böyük səylə davam etdirilir. Azərbaycan dövləti öz yurdlarından didərgin düşmüş soydaşlarımızın problemlərinin həllini hər zaman bir nömrəli vəzifə hesab edib. Bu problemlərin həlli istiqamətində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi irimiqyaslı tədbirlər xüsusi önəm kəsb edir. Ümummilli Liderin qaçqın və məcburi köçkünlərə daimi diqqət və qayğısı, çadır düşərgələrinin ləğvi istiqamətində atılan ilk addımlar sonrakı işlər üçün təməl olub. Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial, mənzil-məişət problemlərinin həlli ilə bağlı beynəlxalq normalara uyğun tam hüquqi baza yaradılıb, bu istiqamətdə dövlət proqramı təsdiq edilib. Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirdiyi tədbirlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir və oxşar problemlə üzləşən ölkələr üçün nümunə göstərilir. Azərbaycan dövləti bir milyondan çox qaçqın və məcburi köçkününün bütün problemlərini özü həll edir. Komitə sədri vurğulayıb ki, Azərbaycanda sabitlik hökm sürür, siyasi, iqtisadi və sosial inkişaf var. Buna görə də ölkəmizə miqrant axını mövcuddur. Əli Həsənov qonaqları Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ağır nəticələri barədə ətraflı məlumatlandırıb. O deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu gün Azərbaycanın ən başlıca problemidir. Baş nazirin müavini qeyd edib ki, Azərbaycan və erməni xalqları arasındakı problemi erməni millətçiləri, şovinistləri, faşist Köçəryan-Sarkisyan rejimi yaradıb. Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilər və Daxili Köçürülmüş Şəxslərin Məsələləri üzrə nazir müavini Georgi Tuka ölkəmizdə gedən sürətli iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək dəyərləndirib. O bildirib ki, ölkəsi qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluqlarının artırılması, onların hüquqlarının və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə beynəlxalq hüququn normaları çərçivəsində normativ hüquqi sənədlərin hazırlanıb tətbiqi sahəsində Azərbaycanın qazandığı təcrübədən yararlanmağa xüsusi əhəmiyyət verir. Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko da iştirak edib. Qeyd edək ki, nümayəndə heyəti səfər proqramı çərçivəsində Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna, Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) baş çəkəcək, həmçinin məcburi köçkünlərlə görüşüb onların həyat şəraiti ilə yaxından tanış olacaq.
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”
06 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Fəxrəddin Manafov: Ruhumuz hər zaman Vətənimizdə idi