"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1367
Dövlət Komitəsi tərəfindən Cocuq Mərcanlıda şagirdlərə məktəbli forması paylanılıb
Tədbirlər 15 Sentyabr, 2018

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndindəki şəhid Novruz Aslanov adına tam orta məktəbin şagirdlərini məktəbli geyimi ilə təmin edib. Məktəbli geyimləri sentyabrın 15-də Bilik günü münasibəti ilə keçirilən tədbirdə şagirdlərə təqdim olunub. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov müəllimləri, şagirdləri və valideynləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edərək bildirib ki, Cocuq Mərcanlı Azərbaycan xalqının əyilməzliyinin və işğal altında olan torpaqlarımıza “Böyük qayıdış”ın simvoludur. İşğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında tamamilə yenidən qurulan və bütün lazımi infrastrukturu bərpa olunan kənddə daha güllə səsləri deyil, məktəb zənginin və məsciddən ucalan azanın sədaları eşidilir. Doğma yurda köçmüş sakinlər təhlükəsiz və rahat həyat şəraitində yaşayırlar. Onların məşğulluğunun təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Xatırladaq ki, Cocuq Mərcanlı kəndi 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilsə də, 1994-cü ilin yanvarında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi uğurlu Horadiz əməliyyatı zamanı azad olunub. Lakin yaxınlıqdakı Lələtəpə yüksəkliyində düşmən mövqeləri yerləşdiyindən kənddə yaşamaq qeyri-mümkün idi. Yalnız 2016-cı ilin aprel döyüşlərində qəhrəman döyüşçülərimizin bu yüksəkliyi geri almasından sonra mövcud təhlükə aradan qalxıb. Məcburi köçkün sakinlərin Cocuq Mərcanlıya qayıdışı davam edir.

19 Aprel, 2024 / Tədbirlər 1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib
17 Aprel, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib