Dövlət proqramına uyğun olaraq məşğulluğun artırılması və yoxsulluğun azaldılması məqsdilə meyvə, üzüm bağlarının salınması üçün Füzuli rayonu ərazisində torpaq sahələrinin ayrılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı
N186 Bakı şəhəri, 09 iyul2007-ci il
- Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 6-cı maddəsinin beşinci abzasına, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial- iqtisadi inkişafı Dövlət Proqramı”na (2004-2008-ci illər) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 noyabr tarixli 232 s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət poqramı”nın təsdiq edilməsi haqqında“ Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 4 noyabr tarixli 232 s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət poqramı”nın təsdiq edilməsi haqqında“Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1iyul tarixli 298 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin Tədbirlər Planı”na əsasən məcburi köçkünlərin məşğulluğunun artırılması və yoxsulluğun azaldılması, rayonda yeni iş yerlərinin yaradılması, habelə meyvə- tərəvəz məhsulları istehsalının və emalının dəstəklənməsi ilə əlaqədar meyvə və üzüm bağları salınması məqsədi ilə Füzuli rayonunun inzibati ərazisinin “Harami” adlı qış otlaq sahəsindən 11789,0 ha, ocümlədən 3h nömrəli qışlaqdan 181,0 ha, 4h nömrəli qışlaqdan 913,0ha, 5h nömrəli qışlaqdan 100,0 ha, 6h nömrəli qışlaqdan 2819,0 ha, 7h nömrəli qışlaqdan 150,0 ha, 9h nömrəli qışlaqdan 2338,0 ha və 10h nömrəli qışlaqdan 5288,0 h torpaq sahələsinin daim istifadə üçün Füzuli rayon İcra Hakimiyyətinə verilməsi barədə həmin rayon icra hakimiyyətinin Azərbaycan Respublikasını İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilsin.
- Füzuli rayon İcra Hakimiyyətinə tapşırılsın ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-cı maddəsinin üçüncü və altıncı bəndlərinə əsasən bu sərəncamın birinci bəndində göstərilmiş torpaq sahələrinin meyvə və üzüm bağları salınması məqsədi ilə icarəyə verilməsini təmin etsin.
- Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri A.Rasi-zadə