Elektron Xidmətlər
 
 
Beynəlxalq İnkişaf Assosasiyyası ilə Azərbaycan Respublikasının MKSİF arasında Layihə Sazişinin (Məcburi köçkünlərin İqtisadi inkişafına Yardım Layihəsi üçün Əlavə Maliyyələşdirilməsi) imzalama səlahiyyətləri Baş nazirin müavini Dövlət Qaçqınkomun sədri cənab Ə. Həsənova verilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı

Azerbaijan Gerb


N136 22 aprel 2008-ci il
  1. ”Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosasiyyası arasında Maliyyələşdirilmə Sazişini (Məcburi köçkünlərin İqtisadi inkişafına Yardım Layihəsi üçün Əlavə Maliyyələşdirmə)” və Beynəlxalq İnkişaf Assosasiyyası ilə Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu arasında layihə Sazişini (Məcburi köçkünlərin İqtisadi inkişafına Yardım Layihəsi üçün Əlavə Maliyyələşdirmə)” Azərbaycan Respublikası adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Şamil oğlu Həsənova verilsin.
     
  2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırəlsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən sazişləri Azərbaycan Respublikası adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Şamil oğlu Həsənova verilməsi barədə Beynəlxalq İnkişaf Assosasiyyasına müvafiq bildiriş göndərsin.
     
  3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri A.Rasi-zadə
 
 
idpsCopyright © 2008
AZƏRBAYCAN RESPUBLİKASININ
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az