| |
|
PROBLEMLƏR
1992-1993-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü, onun vurduğu maddi və mənəvi zərər və bu günə kimi həll olunmayan problemlər dövlətin bir nömrəli problemi olaraq qalır. Qaçqın və məcburi köçkünlərin bütün sosial problemləri Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və həmin Sərəncamın icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 noyabr tarixli 232s nömrəli sərəncamı ilə təsdiq edilmiş TƏDBİRLƏR PLANI-nında öz əksini tapmışdır. Bunlara misal olaraq aşağıdakı problemləri göstərmək olar:
| YAŞAYIŞ YERLƏRİ |
MƏŞĞULLUQ PROBLEMİ |
 |
 |
Görülən bütün tədbirlərə baxmayaraq qaçqın və məcburi köçkünlərin humanitar və sosial vəziyyəti mürəkkəb olaraq qalır. Hazırda məcburi köçkünlərin 50 min nəfəri yataqxanalarda, 25550 mini fin evlərdə, qalanlar isə ictimai binalarda, tikintisi yarımçıq qalmış binalarda, sanatoriya, pansionat və sair kommunal şəraiti olmayan sanitar normalara cavab verməyən yerlərdə çox ağır, olduqca dözülməz bir şəraitdə yaşayırlar.
Nəticədə, qaçqın və məcburi köçkünlərin yaşayış vəziyyətinin yaxşılaşdırılması istiqamətində 2001-2010-cu illər ərzində qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün 20 min ailəlik 67 yeni qəsəbə və fərdi evlər tikilərək onların istifadəsinə verilmişdir. |
Hal-hazırda Azərbaycan Respublikasının ərazisində 378 min 505 nəfər əmək qabiliyyətli məcburi köçkündən 35 min 872 nəfər işsizdir. İş yerlərinin azlığından, maddi vəsait olmadığından yeni iş yerlərinin yaranması sahəsində problemlərin yaranması, aqrar sənayedə görülən işlərə baxmayaraq işsizlik probleminin tamamilə aradan qaldırılması bir sıra maneələrlə üzləşir.
Ümumilikdə 2001-2008-ci illərdə 277 min 174 nəfər qaçqın və məcburi köçkün işlə təmin olunmuş, 2467 nəfər işsizlik statusu almış, 932 nəfər haqqı ödənilən içtimai işlərə cəlb olunmuş, 1116 nəfər peşə-hazırlıq kurslarına göndərilmiş, 5099 ailəyə ünvanlı sosial yardım edilmişdir.
2009 cu ildə 1747 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində işlə təmin olunmuşlar. Bundan əlavə 563 nəfərə işsiz statusu verilmiş, 680 nəfərə işsizlik müavinəti təyin edilmişdir.
467 nəfər qacqın və məcburi köckün əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına, 253 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur.
Əvvəllər büdcədən maliyyələşdirilən müəssisələrdə çalışmış və işlə təmin olunmamış 14 min nəfərdən çox məcburi köçkünə orta aylıq əmək haqqının ödənilməsi davam etdirilmişdir.
2010-cu ildə 2360 nəfər, o cümlədən məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdıqları ərazilərdə 735 nəfər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyəti nəticəsində isə 1625 nəfər daimi işlə, 4458 nəfər isə mövsümü işlə təmin olunmuşdur. Bundan əlavə 104 nəfərə işsiz statusu verilmiş, 123 nəfərə işsizlik müavinəti təyin edilmişdir. 363 nəfər əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına, 312 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur.
-Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın və ona Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı ilə edilmiş əlavələrin icrası nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi 75%-dən 23%-ə enmişdir.
Yeni salınmış qəsəbələrdə 27814 yeni iş yeri yaradılmış, AR-sı Nazirlər Kabinetinin 2000-ci il 6 noyabr tarixli 204 nömrəli «Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə kreditlərin verilməsi Qaydalarının və şərtlərinin təsdiq edilməsi haqqında» qərarına uyğun olaraq 2001-2002-ci illərdə büdcədən ayrılmış 2 milyard manat vəsait hesabına 1000 nəfərdən çox məcburi köçkünə kənd təsərrüfatı ilə məşğul olmaq üçün mikrokreditlər verilmişdir.
Ötən müddət ərzində MKSİF tərəfindən 950 məcburi köçkün ailəsinə 2,5 mld manat, Sahibkarlığa Yardım Milli Fond tərəfindən isə 150 ailəyə 3,4 mld manat kredit verilmişdir.
Məcburi köçkünlərə müvəqqəti istifadə üçün dövlət və bələdiyyə ehtiyat fondlarından 60 min hektar torpaq sahəsi ayrılmış, 47 min məcburi köçkünün əhatə olunduğu 760 fermer təsərrüfatı yaradılmışdır.
Həmin təsərrüfatlarda 800 min başdan çox iri və xırda buynuzlu mal-qara vardır.
Yeni salınmış qəsəbələrə köçürülmüş qaçqın və məcburi köçkün ailələrinə kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsi ayrılmış və hər bir ailəyə bir milyon manat məbləğində əvəzsiz maliyyə yardımı göstərilmişdir. Həmin qəsəbələrdə 60-dan çox fermer təsərrüfatları yaradılmışdır.
Beynəlxalq və yerli humanitar təşkilatlar tərəfindən müxtəlif layihələr üzrə təxminən 17 milyon ABŞ dolları məbləğində vəsait xərclənmiş, onların təsis etdikləri qeyri-bank kredit təşkilatlarının xətti ilə qaçqın, məcburi köçkün və az təminatlı əhalidən olan 31013 nəfərə 9,7 milyon ABŞ dolları həcmində yardım edilmişdir.
|
| |
| SOSİAL PROBLEMLƏR |
 |
Son illər ərzində donorlar tərəfindən qaçqın və məcburi köçkünlərə göstərilən ərzaq və qeyri-ərzaq yardımının həcmi əhəmiyyətli dərəcədə (4 dəfə) azaldılmışdır. Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 230 min nəfədən çox məcburi köçkün 1992-1993-cü illərdən etibarən ərzaq yardımı ilə təmin olunmur. Ümumiyyətlə, 1 milyondan çox qaçqın və məcburi köçkündən hazırda yalnız 30 faizi aylıq ərzaq yardımı ilə təmin olunur. 2001-ci ildə beynəlxalq humanitar təşkilatlar tərəfindən 214 min nəfər məcburi köçkünə ərzaq yardımı dayandırılmışdır.
Maliyyə imkanları məhdud olduğundan məcburi köçkünlərin müvəqqəti istifadə üçün ayrılmış torpaq sahələrindən səmərəli istifadə olunmasının təmin edilməsində çətinliklər vardır.
Yeni xırda istehsal sahələrinin yaradılması kiçik və orta biznesin inkişafı, kənd təsərrüfatı, mikro maliyyə və sair dairələrin həyata keçirilməsinə böyük tələbat yaranmışdır.
Məcburi köçkünlərin sıx məskunlaşma yerlərində - femalarda, yataqxalanarda, tikintisi yarımçıq qalmış binalarda, uşaq sağlamlıq düşərgələrindəvə sair yerlərdə infrastruktur, elektrik xətləri, içməli su kəmərləri, daxili yollar, dam örtükləri, təhsil, səhiyyə obyektlərinin vəziyyətinin yaxşılaşdırılmasına ciddi ehtiyac duyulur. |
|
|