|
|
|||||||||||||||||||||||||||||||||||||||||
|
|
MƏŞĞULLUQ PROBLEMİ Dövlət Proqramının 2.12 və 2.20-ci bəndləri üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində qaçqın və məcburi köçkünlərin məşğulluğunun gücləndirilməsi, onların işlə təmin olunması, müasir peşələr üzrə hazırlıq kurslarına, müvəqqəti xarakterli haqqı ödənilən ictimai işlərə cəlb olunması sahəsində müəyyən işlər görülür. Belə ki, 2003-cü ilin oktyabr ayından 2009-cu ilin dekabr ayınadək 9872 nəfər qaçqın və məcburi köçkün münasib işlə təmin olunmuş, 3030 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmiş, 1583 nəfər qaçqın və məcburi köçkün əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına, 1265 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur.
2010-cu ildə 2360 nəfər, o cümlədən məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdıqları ərazilərdə 735 nəfər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyəti nəticəsində isə 1625 nəfər daimi işlə, 4458 nəfər isə mövsümü işlə təmin olunmuşdur. Bundan əlavə 104 nəfərə işsiz statusu verilmiş, 123 nəfərə işsizlik müavinəti təyin edilmişdir. 363 nəfər əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına, 312 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur. 2011-ci ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində 742 nəfər daimi işlə təmin olunmuş, 258 nəfərə işsiz statusu verilmiş, 296 nəfərə işsizlik müavinəti təyin edilmişdir. 284 nəfər əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına cəlb olunmuşdur. Əməkqabiliyyətli məcburi köçkünlərin məşğulluğunun təmin olanması ilə bağlı M Ə L U M A T
2003-cü il oktyabr ayından 2009-cu il dekabr ayınadək məşğulluğu təmin olunmuş məcburi köçkünlərin sayı
Əməkqabliyyətli məcburi köçkünlər haqqında məlumat Əməkqabliyyətli məcburi köçkünlər-378505 nəfər, 63 % O cümlədən: -kişilər 197322 nəfər, 52 % -qadınlar 181183 nəfər, 48 % Daimi işlə təmin olunanlar- 160895 nəfər, 42 % Mövsümü işlə təmin olunanlar- 181738 nəfər, 48 % İşləməyənlər-35872 nəfər, 10 % |
||||||||||||||||||||||||||||||||||||||||
Copyright © 2008AZƏRBAYCAN RESPUBLİKASININ QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57 Tel/fax: (99412) 430 09 21, 430 09 25 Elektron ünvan: info@refugee.gov.az |
|||||||||||||||||||||||||||||||||||||||||