|
|
|||
|
|
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2009 - cu il ərzində görülmüş işlər barədə M Ə L U M A T
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın, həmin Dövlət Proqramına Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Əlavələrin icrası, 2007-ci il 4 sentyabr tarixdə Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı keçirilmiş müşavirədə Ölkə başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələrin, habelə bu sahədə mövcud olan nörmativ-hüquqi sənədlərin yerinə yetirilməsi ilə əlaqədar 2009-cu il ərzində aşağıdakı işlər görülmüşdür:
- 2009- cu ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə 309,9 milyon manat vəsait sərf edilmişdir. (192,9 milyon manat büdcə, 90 milyon manatı Dövlət Neft Fondunun, 27 milyon manatı isə beynəlxalq humanitar və inkişaf təşkilatlarının vəsaiti). Büdcədə nəzərdə tutulmuş 192,9 milyon manat vəsait il ərzində təyinatı üzrə xərclənmişdir. - Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev 2009-cu il 17 noyabr tarixdə Bakı şəhəri, Binəqədi rayonundakı 2 saylı Evtikmə Kombinatının ərazisində 369 məcburi köçkün ailəsi üçün 5 ədəd hər biri 63 mənzildən və 1 ədəd 54 mənzildən ibarət doqquzmərtəbəli yaşayış binalarının və 260 şagirdyerlik orta məktəb binasının, həmçinin 2009-cu il 20 noyabr tarixdə Goranboy rayonundakı fin tipli qurma evlərdən ibarət qəsəbədə müvəqqəti məskunlaşmış 596 məcburi köçkün ailəsi üçün həmin rayonun inzibati ərazisində salınmış qəsəbənin açılış mərasimlərində iştirak və çıxış etmişdir. - Xocalı rayonundan olan məcburi köçkünlər üçün Goranboy rayonu ərazisində salınan 500 ailəlik 4 qəsəbədən qalan Yuxarı Ağcakənd qəsəbəsində 120 ailəlik qəsəbənin, Göygöl rayonu ərazisində 26 məcburi köçkün ailəsi üçün məhəllənin tikintisi başa çatdırılmış və məcburi köçkünlərin həmin qəsəbələrə köçürülməsi təmin edilmişdir. - Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində Elmi-Tədqiqat Əkinçilik İnstitutunun yardımçı binalarında müvəqqəti məskunlaşmış, əsasən Zəngilan rayonundan olan 31 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Abşeron rayonunun Fatmayi qəsəbəsi ərazisində salınan qəsəbənin tikintisi başa çatmış və məcburi köçkünlər qəsəbədəki evlərə köçürülmüşdür. - Füzuli rayonunun Horadiz şəhərində İdman Kompleksinin tikintisinə başlanılmış, işğaldan azad olunmuş yaşayış məntəqələrində isə 1500 evin bərpası işləri həyata keçirilir. - Biləsuvar rayonu ərazisində Jəbrayıl rayon İcra Hakimiyyətinin İnzibati binasının tikintisi başa çatmaq üzrədir. - Bakı şəhərində təcili köçürülməsinə zərurət yaranmış obyektlərdən (əsasən metro stansiyaları) köçürülməsi nəzərdə tutulan 70 məcburi köçkün ailəsi üçün Abşeron rayonunun Ramana qəsəbəsində beşmərtəbəli yaşayış binasının tikintisinə başlanmış və 2010-cu ilin fevral ayında başa çatdırılaraq məcburi köçkünlərin həmin binaya köçürülməsi təmin ediləcəkdir. - Bakı, Sumqayıt, digər şəhər və rayonlarda məcburi köçkünlərin sıx məskunlaşdıqları yataqxana, ictimai bina, sanatoriya və sağlamlıq düşərgələrindən təcili təmirə ehtiyacı olan 130 məskunlaşma obyektinin 50-də təmir işləri başa çatdırılmış, qalan 80 obyektdə isə təmir işlərinin sifarişçi təşkilat olan Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Dunya Bankının kredit vəsaiti hesabına icma mikrolayihələri çərçivəsində həyata keçirilməsinə razılıq əldə edilmişdir. - İmişli rayonunun inzibati ərazisində 983 məcburi köçkün ailəsi(birinci mərhələdə 550 ev) üçün 197 hektar torpaq sahəsi ayrılmışdır.Layihə-smeta sənədlərinin tərtibatı başa çatmış və sənədlər Baş Ekspertiza İdarəsinə təqdim edilmişdir. Lakin məcburi köçkünlərin İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsinin yaxınlığında müvəqqəti məskunlaşdıqlarını və onların müraciətlərini nəzərə alaraq - torpaqayırma, texniki şərtlərin alınması və layihənin tərtibatının yenidən aparılmasının zəruriyyəti yaranmışdır. Bununla əlaqədar torpaq sahəsi ayrılmış, texniki şərtlər alınmış və hazırda qəsəbənin baş planının tərtibatı davam edir. - Yevlax rayonu ərazisində 612 məcburi köçkün ailəsinə çoxmərtəbəli binaların inşası üçün 10 ha torpaq sahəsi ayrılmış və texniki şərtlər alınmışdır. Layihə sənədlərinin hazırlanması üçün müqavilə bağlanmış, sənədlər Baş Ekspertiza İdarəsinə təqdim edilmişdir. - Mingəçevir şəhərində (502 ailə üçün 8,0 ha) ayrılmış sahəyə texniki şərtlər alınmış və layihə işlərinin aparılması üçün layihəçi təşkilatla müqavilə bağlanmışdır. Layihə-smeta sənədlərinin hazırlanması davam edir. - Şəki şəhərində (423 ailə üçün 84,0 ha) ayrılmış sahəyə texniki şərtlər müvafiq təşkilatlardan alınmışdır. - Ağcabədi rayonu üzrə (rayondakı fin qəsəbələrində məskunlaşmış 994 və məktəb binalarında 114 məcburi köçkün ailələri üçün (cəmi -1108 ailə): bundan Laçın rayonundan olan 552 ailə üçün yeni qəsəbənin salınması, digər rayonlarından olan 556 ailə üçün çoxmərtəbəli evlərin tikintisi) torpaq sənədləri, texniki şərtlər alınmış, layihə-smeta sənədlərinin tərtibatına başlanmışdır. - Ağdam (651 ailə üçün yeni qəsəbənin salınması) və Balakən rayonları üzrə (rayondakı məktəb binalarında müvəqqəti məskunlaşmış 43 ailə üçün beşmərtəbəli evlərin tikintisi) torpaq sənədləri alınmış, texniki şərtlərin alınması üçün müraciətlər edilmişdir. - Qəbələ rayonu ərazisində 152 məcburi köçkün ailəsi üçün iki beş mərtəbəli binanın tikintisinə başlanmış və hazırda tikinti işləri davam edir. - Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar Goranboy rayonu ərazisində 164 məcburi köçkün ailəsi üçün 3 ədəd (2 ədəd 60 mənzilli və 1 ədəd 45 mənzilli) 5 mərtəbəli binaların layihələndirilməsinə və eyni zamanda tikntisinə başlanmışdır. Məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə 2009-cu ildə dövlət Neft Fondundan 90 mln.manat vəsait ayrılmışdır. 2009-cu ildə 5710 nəfərdən ibarət 1142 məcburi köçkün ailəsi yeni tikilmiş evlərə köçürülmüşdür. - 1747 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində işlə təmin olunmuşlar. Bundan əlavə 563 nəfərə işsiz statusu verilmiş, 680 nəfərə işsizlik müavinəti təyin edilmişdir. 467 nəfər qacqın və məcburi köckün əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına, 253 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur. Əvvəllər büdcədən maliyyələşdirilən müəssisələrdə çalışmış və işlə təmin olunmamış 14 min nəfərdən çox məcburi köçkünə orta aylıq əmək haqqının ödənilməsi davam etdirilmişdir. - Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın və ona Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı ilə edilmiş əlavələrin icrası nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi 74%-dən 25%-ə enmişdir. - Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndi üzrə il ərzində Komitəyə 776 müraciət daxil olmuş, onlardan 568 müraciət qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları yerlərdən köçürülməsi, 208 müraciət isə vətəndaşlar tərəfindən evlərinin və ya mənzillərinin məcburi köçkünlər tərəfindən zəbt olunması ilə əlaqədar olmuşdur. Məcburi köçkünlərin məskunlaşdıqları yerlərdən çıxarılmalarına dair 88 məhkəmə prosesində Komitənin nümayəndəsi iştirak etmiş, daxil olan müraciətlərə Sərəncamın 2-ci bəndinə uyğun olaraq baxılaraq köçürülmələrin qarşısı alınmış, vətəndaşlara müvafiq cavablar verilmişdir. - Qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 16 obyektdə 450 min manat vəsait həcmində cari, 500 min manat vəsait həcmində isə 18 məskunlaşma obyektində əsaslı təmir işləri aparılmışdır. Dövlət investisiya xərcləri hesabına Sabirabad, Saatlı, Şəmkir, Ağcabədi və Xaçmaz rayonlarında məskunlaşmış məshəti türkləri üçün 49 tikintisi yarımçıq qalmış ev tikilmişdir. - Məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər üçün 2009-cu ildə təsdiqlənmiş 81,1 milyon manat vəsaitdən 74,6 milyon manatı müəyyən edilmiş normativlər üzrə faktiki istehlaka görə mərkəzləşmiş qaydada, birbaşa xəzinadarlıq vasitəsilə xidmət təşkilatlarına ödənilmişdir. - 2009-cu il üzrə “Bakıelektrikşəbəkə”, “Sumqayıtelektrikşəbəkə” ASC tərəfindən fərdi evlərdə və 570 kompakt yaşayış yerlərində elektrik sayğaclarının quraşdırılması işi tam başa çatdırılmışdır. Azərenerci ASC-nin “Regional Enerci Təchizat ” MMC-ləri tərəfindən isə nəzərdə tutulan ümumi 83730 sayğacdan fərdi evlərdə 36193, 1180 kompakt məskunlaşma obyektlərində olan 32182 mənzildən isə 23914 mənzildə sayğac quraşdırılmışdır. Azərenerci ASC üzrə ümumilikdə cəmi 60107 ədəd (71,8%) sayğac quraşdırılmışdır. - Kompakt məskunlaşma obyektlərinin elektrik təchizatlarının sərbəstləşdirilməsi sahəsində-“Bakıelektrikşəbəkə”, “Sumqayıtelektrikşəbəkə” ASC üzrə nəzərdə tutulan 570 obyektdən indiyədək 566, “Regional Enerci Təchizat” MMC-ləri üzrə isə nəzərdə tutulan 1055-dən 950 (90%) məskunlaşma obyektləri sərbəstləşdirilmişdir. - “Azəriqaz” Səhmdar Cəmiyyəti tərfəindən Bakı şəhərində və respublikanın digər rayon və şəhərlərində fərdi və kompakt məskunlaşma obyektlərində nəzərdə tutulan 47194 sayğacın quraşdırılması tam başa çatmışdır(100%). - müxtəlif rayonlar üzrə 90 məskunlaşma obyektlərinə 39 ədəd müxtəlif markalı güc transformatorları, 26 ədəd şkaf KTP, 66 ədəd su nasosları, 2925 metr kabel, 67000 metr elektrik naqili verilmişdir. - Dövlət büdcəsindən 2009-cu il üçün yemək xərci müavinətinin ödənilməsi məqsədilə təsdiqlənmiş 87,1 milyon manat vəsaitdən 86,8 milyon manatı məcburi köçkünlərə bankomatlar vasitəsi ilə verilmişdir. - Soba yanacağının alınması üçün təsdiqlənmiş 7,9 milyon manat vəsaitdən 80 min məcburi köçkün ailəsinə payız-qış mövsümündə (yanvar-fevral, oktyabr-dekabr aylarında) hər ailəyə 40 litr ağ neft paylanılmış və 7,2 milyon manat vəsait sərf olunmuşdur. - BMT-nin «Ümumdünya Ərzaq Proqramı» təşkilatının Azərbaycanda ərzaq yardımı üzrə proqramı 2008-ci ilin sonunda başa çatmışdır. Artıq məcburi köçkünlərə münasibətdə humanitar yardımdan sosial inkişaf layihələrinə keçid başlanmışdır. - Nazirlik, komitə, şirkət, konsern və səhmdar cəmiyyətləri tərəfindən bayramlar ərəfəsində məcburi köçkünlərə 3 milyon manat həcmində müxtəlif yardımlar göstərilmişdir. Ölkəmizdəki 72 beynəlxalq humanitar və bu sahədəki inkişaf təşkilatları tərəfindən 30 milyon ABŞ dolları həcmində müxtəlif layihələr həyata keçirilmişdir. Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanmış Kredit Sazişi üzrə 2009-cu ildə MKSİF tərəfindən 107 icma mikro-layihəsi qeydiyyata alınmışdır. Bundan 2009-cu il ərzində dəyəri - 1 208,23 min AZN (1 515,10 min ABŞ dolları) olan 30 mikrolayihənin icrası artıq başa çatmışdır ki, bundan da faydalanan əhalinin sayı 17507 nəfər təşkil edir. Eyni zamanda, dəyəri - 791,46 min AZN (992,73 min ABŞ dolları) olan 11 mikrolayihənin icrasına başlanmış və faydalanan əhalinin sayı 7469 nəfər olacaqdır. Dünya Bankı və Azərbaycan Hökumətinin maliyyə vəsaiti hesabına Azərbaycanın müxtəlif rayon və şəhərlərində məcburi köçkünlər üçün ümumi məbləği 2,1 milyon ABŞ dolları təşkil edən mikrokredit proqramları həyata keçirilir. 2009-cu il ərzində mikrokredit proqramları çərçivəsində 2200 nəfərə ümumi həcmi 1,5 milyon ABŞ dolları məbləğində mikrokreditlər verilmişdir. Ümumiyyətlə, MKSİF-in mikrokredit proqramlarından 15 mindən artıq adam faydalanmışdır.Faydalanan əhalinin 60%-i, yəni 9000 nəfəri məcburi köçkünlərdir. - Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri tərəfindən xarici ölkələrin, beynəlxalq maliyyə qurumlarının, humanitar və inkişaf təşkilatlarının nümayəndələri ilə 185- dən çox görüş keçirilmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya içtimaiyyətinin diqqətinə müntəzəm çatdırılması ilə bağlı müvafiq tədbirlər həyatat keçirilmiş və davam etdirilir. Məcburi köçkünlər haqqında iki dildə «Ümid və İnam» adlı film hazırlanmış, filmlə bağlı müvafiq bukletlər və «Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı» adlı kitab nəşr edilmişdir. - Komitə üzrə 18 rayon (şəhər) icra hakimiyətlərinə 606,4 min manat məbləğində, qaçqın və məcburi köçkünlərdən daxil olmuş müraciətlər əsasında 314 ailəyə 23,3 min manat, cəmi 629,7 min manat məbləğində humanitar yardım verilmişdir. - Qurban bayramı münasibətilə 10289 ailəyə İslam İnkişaf Bankının xətti ilə 36,9 ton ət payı verilmişdir. - Komitənin nəzdində olan Aqrar Sənaye və Aqrar Fermer Təsərrüfatları tərəfindən 2009-cu ilin məhsulu üçün 188 hektar sahədə taxıl əkilmiş və 207 ton taxıl biçilmişdir. Sənaye, AS və AFT-da 810 min manatlıq sənaye malı istehsal edilmişdir. - 18230 şəxsə, o cümlədən 54 şəxsə qaçqın, 18176 şəxsə məcburi köçkün statusu və bu barədə müvafiq vəsiqə verilmişdir. - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mərkəzi Aparatında 8699 nəfər vətəndaş qəbul olunmuş, qaçqın, məcburi köçkünlərdən və müxtəlif təşkilatlardan daxil olmuş 35218 yazılı və şifahi müraciətə baxılmış, müraciətlərin 98,4 % icra olunub, 74,7 %-i müsbət həll edilmişdir. - Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin qəbulunda 150 nəfər qaçqın və məcburi köçkün, o cümlədən 5 kollektiv olmuşdur. - Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 fərman, 2 sərəncam Nazirlər Kabineti tərəfindən 14 qərar və sərəncam qəbul edilmişdir. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2010 - cu il ərzində görülmüş işlər barədə
M Ə L U M A T
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın, həmin Dövlət Proqramına Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Əlavələr»in icrası, 2007-ci il 4 sentyabr tarixdə Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı keçirilmiş müşavirədə Ölkə başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələrin, habelə bu sahədə mövcud olan normativ-hüquqi sənədlərin yerinə yetirilməsi ilə əlaqədar 2010-cu il ərzində aşağıdakı işlər görülmüşdür:
- 2010- cu ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə 339,1 milyon manat vəsait sərf edilmişdir (207,1 milyon manat büdcə, 105 milyon manatı Dövlət Neft Fondunun, 27 milyon manatı isə beynəlxalq humanitar və inkişaf təşkilatlarının vəsaiti). Dövlət büdcəsində xərclənməsi nəzərdə tutulmuş 207,1 milyon manat vəsaitdən 202,0 milyon manatı cari il ərzində təyinatı üzrə xərclənmişdir.
- Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev 2010-cu il fevralın 27-də Qəbələ rayonu ərazisində 155 məcburi köçkün ailəsi üçün tikilmiş iki beşmərtəbəli binanın, 2010- cu il noyabrın 10-da Yevlax rayonu ərazisində 612 məcburi köçkün ailəsi üçün tikilmiş çoxmərtəbəli binalardan ibarət (10 ədəd 5 mərtəbəli binaların, 440 şagird yerlik məktəbin, 50 yerlik uşaq bağçasının və s.) məhəllənin, 2010- cu il noyabrın 11-də Ağdam rayonu ərazisində 689 məcburi köçkün ailəsi üçün (rayondakı fin qəsəbəsində məskunlaşmış 651 və məktəb binalarında 38 məcburi köçkün ailələri üçün) Quzanlı qəsəbəsinin yaxınlığında tikilmiş yeni qəsəbənin, Füzuli rayonunun Horadiz şəhərində tikilmiş yeni Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak və çıxış etmişdir. Hazırda məcburi köçkün ailələrinin həmin çoxmərtəbəli binalarda olan mənzillərə və qəsəbədəki evlərə köçürülməsi təmin edilmişdir. - Bakı şəhərində təcili köçürülməsinə zərurət yaranmış obyektlərdən (əsasən metro stansiyaları) köçürülməsi nəzərdə tutulan 70 məcburi köçkün ailəsi üçün Abşeron rayonunun Ramana qəsəbəsində beşmərtəbəli yaşayış binasının tikintisi başa çatdırılmış və məcburi köçkünlərin həmin binadakı mənzillərə köçürülməsi təmin edilmişdir. - Qəbələ rayonunun Zarağan kəndində kimyəvi maddələr tullantısı olan ərazidə yerləşən keçmiş Sovet ordusunun hospitalında müvəqqəti məskunlaşmış 40 məcburi köçkün ailəsinin köçürülməsi ilə əlaqədar, Zarağan bələdiyyəsi tərəfindən ayrılmış və bu ərazidə tikilmiş 155 məcburi köçkün ailəsi üçün 2 ədəd 5 mərtəbəli binanın məhəlləsində 1 ədəd 5 mərtəbəli40 mənzilli binanın tikintisi başa çatdırılmış və məcburi köçkünlərin həmin binadakı mənzillərə köçürülməsi təmin edilmişdir. - Biləsuvar rayonu ərazisində Jəbrayıl rayon İcra Hakimiyyətinin İnzibati binasının tikintisi başa çatdırılmışdır. Hazırda binanın otaqlarının mebel və avadanlıqlarla təchizatına başlanmışdır. - Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar Goranboy rayonu ərazisində 164 məcburi köçkün ailəsi üçün tikilən 3 ədəd (2 ədəd 60 mənzilli və 1 ədəd 45 mənzilli) beşmərtəbəli yaşayış binalarının və 360 şagird yerlik məktəbin tikintisi başa çatmışdır. Hazırda Dövlət Qəbul Komissiyasının Aktı rəsmiləşdirilir. Uşaq bağçasında və mühəndis kommunikasiyalarında işlər davam edir. Goranboy rayonu ərazisində inşa edilən məhəllədə əlavə binaların (musigi məktəbi, inzibatı bina) tikintisi və razılaşdırılmış baş planda düzəlişlərin edilməsi məqsədi ilə müvafiq layihə-smeta sənədlərinin hazırlanması üçün hazırlıq işləri aparılır. - İmişli rayonunun inzibati ərazisində 500 məcburi köçkün ailəsi üçün qəsəbə salınması məqsədi ilə 100 hektar torpaq sahəsi ayrılmışdır. - Mingəçevir şəhərində (502 ailə üçün 8,0 ha) ayrılmış sahəyə texniki şərtlər alınmış və layihə işlərinin aparılması üçün layihəçi təşkilatla müqavilə bağlanmışdır. Layihə-smeta sənədlərinin hazırlanması başa çatmış və Dövlət Ekspertiza Baş İdarəsinə sənədlərin təqdim edilməsi üçün müvafiq razılaşdırmaların alınması ilə bağlı müraciətlər edilmişdir. - Şəki şəhərində (423 ailə üçün 84,0 ha) ayrılmış sahəyə texniki şərtlər alınmış, layihə-smeta sənədlərinin hazırlaması üçün müqavilə bağlanmışdır. Obyektdə mühəndis-axtarış işləri başa çatmış, hazırda qəsəbənin baş planı, evlərin (1,2,3,4 otaqlı evlərin) layihələri və smetaları hazırlanmış, sosial və infrastruktur kommunikasiyalarının layihələri hazırlanır. - Ağcabədi rayonu üzrə (rayondakı fin qəsəbələrində məskunlaşmış 994 və məktəb binalarında məskunlaşmış 114 məcburi köçkün ailələri üçün cəmi -1108 ailə): bundan Laçın rayonundan olan 552 ailə üçün yeni qəsəbənin salınması, digər rayonlarından olan 556 ailə üçün çoxmərtəbəli evlərin tikintisi) torpaq sənədləri və texniki şərtlər alınmışdır. «Azərdövləttikintilayihə» DLİ ilə hər iki obyekt üzrə müqavilələr bağlanmış və hazırda layihə-smeta sənədlərinin hazırlanması davam edir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinə məxsus binalarda müvəqqəti məskunlaşmış və köçürülməyə ehtiyacı olan 1410 məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan yeni mikrorayonun layihələndirilməsi və tikintisi ilə bağlı Bakı şəhəri, Qaradağ rayonunun inzibati ərazisindəki 14 nömrəli qış yatağından 22,0 hektar (örüş) torpaq sahəsi (Müşviqabad qəsəbəsinin yaxınlığındva) ayrılmışdır. «Azərsu» ASJ, «Azeriqaz» İB və «Azərenerci» ASJ-dən texniki şərtlər alınmış, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən «İnşaat Pasport»-u hazırlanmış və layihə təşkilatı ilə müqavilənin bağlanması ilə əlaqədar hazırlıq işləri aparılır. - Balakən rayonu üzrə (rayondakı məktəb binalarında müvəqqəti məskunlaşmış 43 ailə üçün beşmərtəbəli evin tikintisi) torpaq sənədləri alınmış, texniki şərtlərin alınması üçün müraciətlər edilmişdir. - Ağdam rayonunun «Dördyol»adlanan ərazisində yeraltı qazmalarda, qamış və çiy kərpiç daxmalarda ağır şəraitdə yaşayan 932 məcburi köçkün ailəsi üçün həmin rayonun Bənövşələr (30 hektar) və İmamqulubəyli (70 hektar) qəsəbələri ərazisində torpaq sahələri ayrılmışdır. Hazırda texniki şərtlər alınmış və «İnşaat Pasportu» hazırlanmışdır. - Beyləqan rayonu ərazisində Xocavənd rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, texniki şərtlər alınmış, layihə-smeta sənədlərinin tərtibatı başa çatdırılmış, Dövlət Ekspertiza Baş İdarəsindən müsbət rəy alınmış və podrat təşkilatı ilə müqavilə bağlanmışdır. - Bakı Dövlət Universitetinin 7 yataqxanasında məskunlaşmış 758 məcburi köçkün ailəsinin çoxmərtəbəli yaşayış binaları tikilməklə köçürülmələri üçün Abşeron rayonunun Masazır kəndi ərazisində 12 ha torpaq sahəsi ayrılmışdır. Yeni məhəllənin müvafiq mühəndis kommunikasiyalarla təmin edilməsi üçün MKSİF tərəfindən aidiyyəti təşkilatlara müraciətlər edilmiş və texniki şərtlər alınmışdır. “İnşaat Pasportu”-nun hazırlanması ilə əlaqədar Abşeron rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. Layihə işlərinə başlanması üçün hazırlıq işləri aparılır. 2010-cu ildə məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına Dövlət Neft Fondundan 105 milyon manat vəsait sərf edilmişdir. 2010-cu ildə 7047 nəfərdən ibarət 1566 məcburi köçkün ailəsi yeni tikilmiş qəsəbələrdə və hündürmərtəbəli binalarda olan mənzillərə köçürülməklə mənzil-məişət şəraitləri yaxşılaşdırılmışdır.
- Ümumilikdə cari ildə 2360 nəfər, o cümlədən məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdıqları ərazilərdə 735 nəfər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində isə 1625 nəfər daimi işlə, 4458 nəfər isə mövsümi işlə təmin olunmuşdur. Bundan əlavə 104 nəfərə işsiz statusu verilmiş, 123 nəfərə işsizlik müavinəti təyin edilmişdir. 363 nəfər əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına, 312 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur. - Əvvəllər büdcədən maliyyələşdirilən müəssisələrdə çalışmış və işlə təmin olunmamış 14 min nəfərdən çox məcburi köçkünə orta aylıq əmək haqqının ödənilməsi davam etdirilmişdir. - Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndi üzrə Komitəyə 770 müraciət (579 müraciət qaçqın və məcburi köçkünlərdən, 191 müraciət isə vətəndaşlardan) daxil olmuş, məcburi köçkünlərin məskunlaşdıqları yerlərdən çıxarılmalarına dair 144 məhkəmə prosesində Komitənin nümayəndəsi iştirak etmişdir. - Dövlət investisiya xərcləri hesabına Sabirabad, Saatlı,Ağcabədi və Şəmkir rayonlarında məskunlaşmış məshəti türkləri üçün tikintisi yarımçıq qalmış 54 evdə inşaat işləri başa çatdırılmışdır. - Qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 44 obyektdə cari təmir işləri aparılmışdır. - Məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər üçün 2010-cu ildə təsdiqlənmiş 80,3 milyon manat vəsaitdən 77,1 milyon manatı müəyyən edilmiş normativlər üzrə faktiki istehlaka görə mərkəzləşmiş qaydada, birbaşa xəzinadarlıq vasitəsilə xidmət təşkilatlarına ödənilmişdir. - 2010–cu il ərzində «Azərenerci» ASJ tərəfindən nəzərdə tutulmuş 83730 elektrik sayğacından fərdi evlərdə 45360, kompakt məskunlaşma obyektlərində isə 23300 mənzildə sayğac quraşdırılmışdır. «Azərenerci» ASJ üzrə ümumilikdə cəmi 68660 ədəd (82%) sayğac quraşdırılmışdır. «Bakıelektrikşəbəkə» ASJ tərəfindən fərdi və kompakt yaşayış yerlərində elektrik sayğaclarının quraşdırılması tam başa çatdırılmışdır. - Respublikanın bütün ərazilərində nəzərdə tutulmuş kompakt məskunlaşma obyektlərinin elektrik təchizatının sərbəstləşdirilməsi («Bakıelektrikşəbəkə» ASJ üzrə 570, «Azərenerci» ASJ üzrə 1055) tamamilə 100% başa çatdırılmışdır. Respublikanın bütün şəhər və rayonlarında məskunlaşmış məcburi köçkün ailələri elektrik enercisi ilə fasiləsiz təchiz olunurlar və enerci təchizatında heç bir məhdudiyyətlərə yol verilmir. - «Azəriqaz» İB üzrə respublikanın bütün şəhər və rayonlarında (o cümlədən Bakı şəhərində) fərdi və kompakt məskunlaşma obyektlərində nəzərdə tutulmuş (kompakt- 1535, fərdi- 45659, ümumilikdə- 47194) qaz sayğaclarının quraşdırılması işi tamamilə başa çatdırılmışdır. Məcburi köçkünlərin məskunlaşdıqları yaşayış məntəqələri və qəsəbələri sürətlə qazlaşdırılır. Yeni binalar istismara verilərkən sayğaclaşdırılır. Hazırda respublika üzrə məcburi köçkün ailələrinin təxminən yarısı (260933 nəfər) təbii qazla təchiz olunurlar. - Son zamanlar məcburi köçkünlər üçün tikilmiş hündürmərtəbəli binalarda olan ınənzillərin qızdırılması üçün müasir istilik sistemi quraşdırılır və məcburi köçkünlərin mənzilləri istiliklə təchiz edilir. Müxtəlif rayonlar üzrə 74 məskunlaşma obyektlərinə 35 ədəd müxtəlif markalı güc transformatoru, 25 ədəd KTP şkafı, 48 ədəd su nasosu, 2200 metr güc kabeli, 67900 metr elektrik naqili verilmişdir. - Dövlət büdcəsindən 2010-cu il üçün yemək xərci müavinətinin ödənilməsi məqsədilə təsdiqlənmiş 92,1 milyon manat vəsaitdən 90,9 milyon manatı məcburi köçkünlərə bankomatlar vasitəsi ilə verilmişdir. - Soba yanacağının alınması üçün təsdiqlənmiş 7,5 milyon manat vəsaitdən 80 min məcburi köçkün ailəsinə payız-qış mövsümündə (yanvar-fevral aylarında) hər ailəyə 40 litr ağ neft paylanılmış və 7,1 milyon manat vəsait sərf olunmuşdur. - Nazirlik, komitə, şirkət, konsern və səhmdar cəmiyyətləri tərəfindən bayramlar ərəfəsində məcburi köçkünlərə 3,3 milyon manat həcmində müxtəlif yardımlar göstərilmişdir. - Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanmış Kredit Sazişi üzrə 2010-cu il ərzində MKSİF tərəfindən 97 müxtəlif növ icma mikrolayihəsi (mikrolayihələrin ümumi dəyəri 5,5 mln manat təşkil etmişdiro cümlədən 47,14 min (84,0%) məcburi köçkün faydalanmışdır. ) başa çatdırılmışdır. Bu mikrolayihələrdən 56,12 min nəfər əhali. Dünya Bankı və Azərbaycan Hökumətinin maliyyə vəsaiti hesabına Azərbaycanın müxtəlif rayon və şəhərlərində 2383 nəfərə, o cümlədən 1906 nəfər məcburi köçkünə, ümumi məbləği 2,8 milyon manat (məcburi köçkünlərə – 2,2 milyon manat) təşkil edən mikrokreditlər verilmişdir. Bu mikrokredit proqramlarından 9,5 min nəfər əhali faydalanmışdır ki, onların 80%-i, yəni 7,6 min nəfəri məcburi köçkünlərdir. - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya içtimaiyyətinin diqqətinə müntəzəm çatdırılması ilə bağlı müvafiq tədbirlər həyatat keçirilmiş və davam etdirilir.2010-cu il yanvarın 19-da Baş nazirin müavini-Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri tərəfindən “Euronevs” telekanalının müxbirinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, bunun nəticəsində ölkədə yaranmış bir milyondan çox qaçqın və məcburi köçkünlərin problemi, onların üzləşdikləri çətinliklər, dövlət tərəfindən qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir. 2010-cu il yanvarın 20-21-də isə müxbir Füzuli, Ağdam, Beyləqan və Goranboy rayonlarının ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrlə tanış olmuş, məcburi köçkünlərlə görüşüb söhbət etmiş, həmçinin Tərtər və Ağdam rayonlarının təmas xəttindəki hərbi hissələrə baş çəkərək vaxtilə ermənilər tərəfindən işğal olunmuş, sonradan azad edilmiş Şıxarx qəsəbəsində olmuş, dağıdılmış evləri, ermənilərin törətdikləri vəhşilikləri öz gözləri ilə görüb lentə almış və “Dağlıq Qarabağ: Azərbaycandakı qaçqınlar düşərgəsində” adlı reportac hazırlamış və həmin reportac “Euronevs” telekanalında yayımlanmışdır. Ölkəmizdə səfərdə olan BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin mayın 21-də məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları bölgələrə səfr etmiş, havadan Füzuli rayonunda məcburi köçkünlər üçün salımış Zobucuq qəsəbələrinə baxmış, Beyləqan rayonu ərazisində “Xocavənd-500” qəsəbəsində sakinlərlə görüşmüş, Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Taxta körpü ərazisində Vağazin obasında məskunlaşan məcburi köçkünlərin həyat şəraiti ilə yaxından tanış olmuşdur. BMT Baş katibinin müavini xanım Aşa Rouz Migiro Binəqədi rayonunda İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında məskunlaşmış məcburi köçkünlərlə görüşmüş, iki nömrəli evtikmə kombinatının ərazisində yeni salınmış kompleksdə olmuşdur. Fransa senatının üzvü xanım Natali Quli Binəqədi rayonunun Dərnəgül qəsəbəsində İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşmüş, Xocavənd rayonundan olan məcburi köçkünlər üçün Beyləqan rayonu ərazisində salınmış yeni qəsəbəyə səfər etmişdir.
Almaniyanın KİV-nin təmsilçiləri iyunun 7-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin lşləri üzrə Dövlət Komitəsinin sədri ilə görüşmüş, məcburi köçkünlərin vəziyyəti ilə yerində tanış olmaları üçün Ağcabədi, Ağdam, Tərtər və Yevlax rayonlarına səfərləri təşkil edilmişdir.
Baş nazirin müavini - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri 2010-cu il oktyabrın 18-də Ukraynanın “1+1” telekanalının müxbirinə müsahibə vermiş və Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, ölkəmizdə olan 1 milyondan çox qaçqın və məcburi köçkünlərin problemləri, son illərdə dövlət tərəfindən onların problemlərinin həlli istiqamətində həyata keçirilən geniş miqyaslı tədbirlər barədə ətraflı məlumat vermişdir. Həmçinin müxbir oktyabrın 19-da Füzuli rayonu ərazisində yeni salınmış qəsəbələrdə məcburi köçkünlər üçün yaradılmış şəraitlə tanış olmaq məqsədilə həmin rayona səfər etmişdir. İran İslam Respublikasının səhiyyə nazirinin müşaviri, Respublika Saglamlıq Xeyriyyə Birliyinin baş katibi Seyyid Rza Nəyyiri 2010-cu il dekabrın 24-də Bakının Binəqədi rayonundakı 2 nömrəli evtikmə kombinatının ərazisində inşa olunmuş doqquzmərtəbəli yaşayış binaları kompleksində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür. -Komitə üzrə 24 rayon (şəhər) icra hakimiyətlərinə 772,9 min manat, qaçqın və məcburi köçkünlərdən daxil olmuş müraciətlər əsasında isə 198 ailəyə 18,8 min manat, cəmi 791,7 min manat məbləğində humanitar yardım verilmişdir.
- Qurban bayramı münasibətilə 18650 ailəyə İslam İnkişaf Bankının xətti ilə 186,5 ton ət payı verilmişdir. - Komitənin nəzdində olan Aqrar Sənaye və Aqrar Fermer Təsərrüfatları tərəfindən 2010-cu ilin məhsulu üçün əkilmiş 166 hektar sahədən 168 ton taxıl məhsulu yığılmışdır. 2010-cu ilin payız səpini və 2011-ci ilin məhsulu üçün 136 ha sahədə səpin işləri aparılmışdır.Həmçinin Sənaye, AS və AFT-da 900,0 min manatlıq sənaye malı istehsal edilmişdir. - 16941 şəxsə, o cümlədən 6 şəxsə qaçqın, 16935 şəxsə məcburi köçkün statusu və bu barədə müvafiq vəsiqə verilmişdir. - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mərkəzi Aparatında 6817 nəfər vətəndaş qəbul olunmuş, qaçqın, məcburi köçkünlərdən və müxtəlif təşkilatlardan daxil olmuş 35201 yazılı və şifahi müraciətə baxılmış, müraciətlərin 99 % icra olunub, 66 %-i müsbət həll edilmişdir. - Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin qəbulunda 189 nəfər qaçqın və məcburi köçkün, o cümlədən 1 kollektiv olmuşdur. - Qaçqınlar və məcburi köçkünlərlə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 4 fərman və sərəncam, Nazirlər Kabineti tərəfindən 15 qərar və sərəncam qəbul edilmişdir. |
||
Copyright © 2008AZƏRBAYCAN RESPUBLİKASININ QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57 Tel/fax: (99412) 430 09 21, 430 09 25 Elektron ünvan: info@refugee.gov.az |
|||