|
|
|||
|
|
Təbliğat Materialları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqşəsi haqqında həqiqətlərin dünya içtimaiyyətinin diqqətinə müntəzəm çatdırılması məqsədi ilə bu sahədə görülmüş bütün işləri əhatə edən kitab 4 dildə nəşr olunmuş, xarici ölkələrin, beynəlxalq təşkilatların nümayəndələri ilə çoxsaylı görüşlər keçirilmiş, ölkəmizdə səfərdə olan nüfuzlu nümayəndə heyətlərinin məcburi köçkünlərlə görüş məqsədi ilə rayonlara səfəri təşkil edilmişdir.
Eyni zamanda məcburi köçkünlər haqqında iki dildə " Ümid və İnam" adlı film hazırlanmış, filmlə bağlı müvafiq bukletlər və " Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı" adlı kitab nəşr edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə görülmüş tədbirləri əhatə edən hesabat toplusu və 10 dəqiqəlik film hazırlanmışdır. Problemin tarixi köklərinə , qaçqın və məcburi köçkünlərin mövcud problemlərinə və onların aradan qaldırılması üçün görülən işlərə həsr olunmuş genişhəcimli, 52 dəqiqəlik " Vətən həsrəti və Sönməyən Ümidlər ..." adlı filmi də hazırlanaraq bütün telekanallarda nümayiş etdirilmiş, xarici ölkələrdə yayılması məqsədi ilə isə 7 dildə 10 dəqiqəlik qısametrajlı film , həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2 dildə vebsaytı hazırlanmışdır. Həmçinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən nəşr etdirilmiş və dövlətimizin başçısı cənab İlham Əliyevin qaçqın və məcburi köçkünlərə qayğısından bəhs edən " Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı" kitabının təqdimatı da olmuşdur. |
||
Copyright © 2008AZƏRBAYCAN RESPUBLİKASININ QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57 Tel/fax: (99412) 430 09 21, 430 09 25 Elektron ünvan: info@refugee.gov.az |
|||