Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı
Zəmanənin əvəzolunmaz dahi şəxsiyyəti, xalqımızın ümummilli lideri Heydər Əliyevin öz yurdlarından didərgin salınmış həmvətənlərimizə dövlət qayğısı və himayədarlıq siyasəti
bu gün də layiqincə davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərman və sərəncamlarına əsasən qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlər
(oktyabr 2003 - oktyabr 2008-ci illər)
Bakı şəhəri, oktyabr 2008-ci il
|
- … işğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir.
HEYDƏR ƏLİYEV
(Xalqımızın ümummilli lideri Heydər Əliyevin çıxışlarından)
|
|
... Qaçqın və məcburi köçkün soydaşlarımızın problemləri bizim üçün həmişə gündəlikdə bir nömrəli problemdir.
... Bizim qarşımızda duran ən vacib, ən önəmli məsələ Azərbaycan torpaqlarının işğalçı qüvvələrdən təmizlənməsi, soydaşlarımızın, qaçqın-köçkün bacı- qardaşlarımızın öz doğma torpaqlarına qayıtmasıdır. Bizim qarşımızda duran bundan başqa, bundan daha önəmli vəzifə yoxdur. Çünki bütün başqa məsələlər öz həllini tapır və tapacaqdır.
... 7 rayon qeyd-şərtsiz qaytarılmalıdır, eyni zamanda, azərbaycanlılar Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıtmalıdırlar.
İLHAM ƏLİYEV
(Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarından)
|
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerləri
a) Azərbaycan torpaqlarının 20 faizi, o cümlədən Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayon (Ağdam -ərazisinin 77,4 faizi işğal altındadır, 22,6 faiz ərazidə isə 76830 nəfər yaşayır), Cəbrayıl, Füzuli (ərazisinin 81,3 faizi işğal altındadır, 18,7 faizində isə 54670 nəfər yaşayır), Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan) və Ermənistanla həmsərhəd bir sıra yaşayış məntəqələri -Naxçıvan Muxtar Respublikasının 1 (Kərki), Tərtər rayonunun 13 (Çardaxlı, Umudlu, Ortakənd, Talış, Həsənqaya, Şıxarx, Çanyataq, Çaylı, Ağdərə, Kiçikqarabəy, Qızıloba, Ağabəyyalı, Uluqarabəy) və Qazax rayonunun 7 (Yuxarı Əskipara, Aşağıəskipara, Baqanis Ayrum, Xeyrimli, Barxudarlı, Soflu, Qızılhacılı) kəndi artıq 16 ildir ki, Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
b) Hal-hazırda ölkədə 986 586 min nəfər qaçqın və məcburi köçkün vardır:
-250 min nəfər 1988-1993-cü illərdə Ermənistandan qovulmuş qaçqınlar;
-50 min nəfər 1990-cı ildə Orta Asiyadan didərgin salınmış məshəti türk qaçqınları;
- 700 min nəfərədək Ermənistan silahlı qüvvələrinin 1988-1993-cü illərdə ölkəmizə hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağdan, eləcə də ona bitişik olan 7 rayondan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən zorla qovulmuş məcburi köçkünlər.
Bütün qaçqın və məcburi köçkünlər ölkənin 69 şəhər və rayonunda müvəqqəti məskunlaşmışlar.
c) Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində ölkəyə dəymiş ziyan təxminən 60 milyard ABŞ dollarından çoxdur (bu rəqəm «Böyük Qayıdış» proqramı hazırlanarkən dəqiqləşdiriləcəkdir).
ç) Hərbi təcavüz nəticəsində respublikamızın 17 min kv.km. ən məhsuldar torpaqları, 900 yaşayış məntəqəsi, 130939 ev, 2389 sənaye və kənd təsərrüfatı obyekti, 1025 təhsil, 798 səhiyyə ocağı, 1510 mədəniyyət müəssisəsi, 5198 km. avtomobil yolları, 348 körpü, 7568 km. su və 76940 km. elektrik xətləri dağıdılmışdır. Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edilmiş, 12 muzey və 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 sarayı qarət edilmiş və yandırılmışdır. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunmuş, 44 məbəd və 18 məscid təhqir edilmişdir. Dağıdılan və yandırılan 927 kitabxanada 4,600 (dörd milyon altı yüz) min kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdir.
d) Hal-hazırda 700 min nəfər məcburi köçkün 1600-dan çox sıx məskunlaşma obyektində, o cümlədən çadır düşərgələrində, fin tipli qəsəbələrdə, dəmir yolu yük vaqonlarında, ictimai binalarda, yataqxanalarda, yeraltı qazmalarda, təhsil müəssisələrində, tikintisi yarımçıq qalmış binalarda, sanatoriya, pansionat, istirahət evlərində, turist bazalarında və s. müvəqqəti məskunlaşmışdır.
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma obyektləri üzrə
D İ S L O K A S İ Y A S I (DP-nın icrası)
№
№ |
Obyektin adı |
Obyektlərin
sayı |
2003-cü ildə
məcburi köçkünlər |
2008-ci ildə
məcburi köçkünlər |
| Ümumi |
Bakı şəhəri |
ailə |
nəfər |
ailə |
nəfər |
| |
Məcburi köçkünlərin ümumi sayı |
4197 |
|
132021 |
547758 |
139754 |
563316 |
| O cümlədən, Bakı şəhərində |
|
627 |
37940 |
148409 |
45950 |
186909 |
| 1 |
İctimai binalarda |
739 |
|
22191 |
81917 |
22191 |
81917 |
| O cümlədən, Bakı şəhərində |
|
108 |
2810 |
10716 |
3241 |
12932 |
| 2 |
Yataqxnalarda ümumi sayı |
288 |
|
20471 |
80443 |
22213 |
87631 |
| O cümlədən Bakı şəhərində |
|
195 |
12901 |
53369 |
13903 |
57777 |
| 3 |
Təhsil müəssisələrində |
290 |
|
4254 |
17070 |
4155 |
15495 |
| O cümlədən, Bakı şəhərində |
|
6 |
|
|
189 |
898 |
| 4 |
Sanatoriya, pansionat, istirahət evləri, turbaza |
91 |
|
6675 |
25184 |
6541 |
24634 |
| O cümlədən, Bakı şəhərində |
|
66 |
3328 |
13471 |
3014 |
12266 |
| 5 |
Çadır düşərgələrində |
|
|
10358 |
46221 |
|
|
| 6 |
Vaqonlarda |
|
|
1086 |
4658 |
|
|
| 7 |
Fin tipli evlərdən ibarət qəsə-bələrdə |
15 |
|
6404 |
28170 |
6315 |
27734 |
| 8 |
Uşaq bağçalarında |
646 |
|
5215 |
18252 |
5438 |
19392 |
| O cümlədən, Bakı şəhərində |
|
22 |
|
|
1732 |
6619 |
| 9 |
Başqalarına məxsus şəxsi mənzillərdə, bağ evlərində və qohum evlərində |
|
|
22681 |
117076 |
15304 |
70151 |
| O cümlədən, Bakı şəhərində |
|
3500 |
4803 |
17931 |
4515 |
17437 |
| Hərbi hissənin binalarında olan mənzil və evlərdə məskunlaşmış |
1212 |
|
1448 |
5792 |
1479 |
6060 |
| O cümlədən Bakı şəhərində |
|
230 |
289 |
1152 |
289 |
1152 |
| 10 |
Tikintisi yarımçıq qalmış bina-larda |
111 |
|
2124 |
9234 |
3327 |
13544 |
| O cümlədən, Bakı şəhərində |
|
20 |
1352 |
6181 |
2498 |
10463 |
| 11 |
Ferma, qazma və yol kənar-larında |
|
|
15454 |
59259 |
23510 |
88936 |
| 12 |
Respublika Prezidentinin Fər-manlarına əsasən və Dövlət-qaçqınkomun tərəfindən tikilmiş qəsəbə və evlərdə |
|
|
2465 |
10386 |
18086 |
83726 |
| 13 |
Beynəlxalq humanitar təşkilatların xətti ilə tikilmiş evlərdə |
805 |
|
11195 |
44096 |
11195 |
44096 |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qaçqın və məcburi köçkünlərlə keçirdiyi görüşlər, nitq və çıxışları
(oktyabr 2003 – oktyabr 2008-ci illər)
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev 5 il ərzində 11 dəfə
məcburi köçkünlərlə görüşmüşdir
Cənab İlham Əliyev 2003-cü il 1 oktyabr tarixdə Prezident seçkiləri ərəfəsində seçicilərlə ilk görüşünü məhz Biləsuvar rayonu ərazisində salınmış qəsəbələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə keçirərək geniş nitqlə çıxış etdi.
Cənab İlham Əliyev 2004-cü il iyunun 8-də Yoxsulluğun Azaldılması üzrə Yaponiya Fondu hesabına maliyyələşdirilən «Mingəçevir şəhərində məskunlaşmış məcburi köçkünlərə yardım» layihəsi çərçivəsində Mingəçevir şəhərində 412 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbə açılış mərasimində iştirak etdi.
Cənab İlham Əliyev 2004-cü il sentyabr ayının 11-də Bərdə rayonuna səfəri zamanı həmin rayonun ərazisindəki çadır düşərgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşdü.
Cənab İlham Əliyev 2006-cı il martın 1-də Ağdam rayonuna səfəri zamanı orada məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin - «Bənövşələr» qəsəbəsinin açılışında iştirak, çıxış etdi, həmçinin Quzanlı idman kompleksinin təməlini qoydu.
Cənab İlham Əliyev «Zuğulba» sanatoriyasında müvəqqəti məskunlaşmış 450 məcburi köçkün ailəsi üçün Sabunçu rayonunun Ramana qəsəbəsində yeni salınmış qəsəbənin 2007-ci il mayın 4-də keçirilmiş açılış mərasimində iştirak etdi.
Cənab İlham Əliyev 2008-ci il yanvarın 17-də Ağdam rayonunu Quzanlı kəndində Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak etdi.
Cənab İlham Əliyev 2008-ci il 18 aprel tarixdə Füzuli rayonunun Zobucuq qəsəbəsində orta məktəb binasının açılışında çıxış etdi.
Cənab İlham Əliyev 2008-ci il 18 aprel tarixdə Biləsuvarda Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə keçirilmiş görüşdə çıxış etdi.
Cənab İlham Əliyev 2008-ci il 4 oktyabr tarixdə Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşdü.
Cənab İlham Əliyev 2008-ci il 4 oktyabr tarixdə Ağdam rayonunun Quzanlı qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə keçirilmiş görüşdə çıxış etdi.
Cənab İlham Əliyev 2008-ci il 4 oktyabr tarixdə Füzuli rayonunun Horadiz şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə keçirilmiş görüşdə çıxış etdi.