|
|
|||
|
PREZİDENTİN PROBLEMƏ MÜNASİBƏTİ Doğma ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkün soydaşlarımızın bütün qayğıları, problemləri xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycan dövlətinin gündəlik probleminə çevrilmişdir. Bu bir həqiqət idi ki, bütün həyatının Azərbaycana və xalqımıza həsr edən ümummilli liderimiz Heydər Əliyevin ən böyük arzusu zəbt olunmuş torpaqlarımızın işğaldan azad edilməsi idi. O, bunun üçün var qüvvəsi ilə çalışır, qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayırdı. Heydər Əliyev xalqın tələbiylə hakimiyyətə qayıtdıqdan sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə əlaqədar ATƏT rəhbərliyi, Minsk qrupunun təmsilçiləriylə keçirdiyi 200-dən artıq, 80 ölkənin dövlət başçıları ilə isə 500-dən çox görüşlərində, beynəlxalq və yerli qurumların tədbirlərində bu problemə toxunaraq, onu ölkədə bir nömrəli problem adlandırmışdı. Məhz ulu öndərin diplomatiyası sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əks mahiyyəti dünya ictimaiyyətinə çatdırıldı münaqişənin siyasi həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı beynəlxalq hüquq normalarına uyğun qərarlar – BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul edildi. Eyni zamanda ATƏT-in 1994-cü ildə Budapeşt, 1996-cı ildə Lissabon, 1999-cu ildə İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində tədbirlər müəyyənləşdirildi, həmçinin, ABŞ konqresinin müstəqil Azərbaycana yardım göstərilməsinin qadağan edən ədalətsiz 907-ci düzəlişinin icrası dayandırıldı. 1998-ci ildə Azərbaycan Respublikası prezidentinin sərəncamına əsasən “Qaçqınların və Məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq edildi.
1999-cu ildə ölkə prezidentinin fərmanı ilə dünya təcrübəsində ilk olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil edildi. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2004-cü il 1 iyul tarixli 298 saylı sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğullunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2004-cü il 1 iyul tarixli 298 saylı sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Məhz bu proqram və orada nəzərdə tutulmuş geniş tədbirlər ölkəmizdəki qaçqın və məcburi köçkülərə daim dövlət qayğısının bir daha əyani təsdiqidir. Ümumilikdə Dövlət Proqramında 22921 ailə - 110 min məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması, o cümlədən 21354 ailənin yeni qəsəbələrə köçürülməsi, 1567 ailənin isə müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, 30 min iş yerinin (onlardan 25 mini inşaat işlərində, 5 mini isə yeni təşkil olunacaq kiçik sexlərdə) yaradılması nəzərdə tutulmuşdur. Cənab İlham Əliyev 2004-cü il sentyabr ayının 11-də Bərdə rayonuna səfəri zamanı həmin rayonun ərazisindəki çadır düşərgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşündə demişdi: «Ölkədə mövcud olan çadır düşərgələri tezliklə ləğv olunacaq və məcburi köçkünlər yeni qəsəbələrə köçürüləcəkdir». Ötən 3 ilə nəzər salsaq görərik ki, çadır düşərgələrinin ləğvi dövlətin prioritet məsələsi olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 4 fevral tarixli 80 nömrəli Sərəncamına və yeni Dövlət Proqramına uyğun olaraq Dövlət Neft Fondundan ayrılan vəsait hesabına sifarişçi təşkilat olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Ağdam rayonunda 12 və Ağcabədi rayonunda 1 qəsəbənin tikintisi başa çatdırılmış, məcburi köçkünlərin həmin qəsəbələrə köçürülməsi və 4 çadır düşərgəsinin ləğv edilməsi təmin edilmişdir. Qeyd etmək lazımdır ki, cənab İlham Əliyev 2006-cı il matrın 1-də Ağdam rayonuna səfəri zamanı orada məcburi köçkünlər üçün salınan yeni qəsəbələrdə tikinti işlərinin gedişi ilə tanış olmuş, Quzanlı İdman Kompleksinin təməlqoyma mərasimində və «Bənövşələr» qəsəbəsinin açılışında iştirak və çıxış etmişdir. Ağdam və Ağcabədi rayonlaroında yeni salınmış qəsəbələrdə ümumi sahəsi 190632 kv.metr olan 3860 yaşayış evi ilə yanaşı 15 məktəb binası, 5 uşaq bağçası, 1 xəstəxana, 9 tibb məntəqəsi, 8 klub-icma mərkəzi, 7 poçt və rabitə şöbəsi, 11 hamam, 10 inzibati binan, 1 yanğın postu tikinmiş, 113,8 km yol, 139,2 km su xətti, 43,2 km qapalı irriqasiya sistemi, 211,9 km elektrik hava xətti çəkilmiş, 124 artezian quyusu qazılmışdır. Burada inşaat işlərinə respublikanın 30-dan artıq şəhər və rayonundan təxminən 20 min nəfər cəlb olunmuşdur. Bundan başqa Naxçıvan Muxtar Respublikasında 100 qaçqın və məcburi köçkün ailəsi üçün yaşayış evləri tikilib istifadəyə verilmiş, Saatlı rayonunda Yunanıstanın Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Azərbaycan sektorunun tikintisini həyata keçirən «Contractors İnternational Company» (CCİC) şirkətinin vəsaiti hesabına salınmış 100 ailəlik qəsəbəyə məcburi köçkünlərin köçürülməsi təmin edilmişdir. Ümumiyyətlə, 2001-2006-cı illərdə Dövlət Neft Fondundan qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar yeni qəsəbələrin salınması məqsədi ilə ayrılmış vəsait hesabına 10371 ev, ümumi yaşayış sahəsi 598300 kv.metr olan 45 qəsəbə, 5184 yerlik 33 məktəb, 3 musiqi məktəbi, 751 yerlik 23 uşaq bağçası, 3 xəstəxana, 25 feldşer-mama məntəqəsi, 18 klub icma mərkəzi, 18 rabitə evi, 29 hamam, 24 inzibati bina, 5 yanğın postu, 72 su anbarı (50-2000 kub metr), 9 yarımstansiya tikilmiş, 5400 ha. iriqasiya sistemi, 317 km. yol, 301 km. su xətti, 566 km. elektrik hava xətti çəkilmiş, 111 artezian quyusu qazılmış, 295 müxtəlif transformator quraşdırılmışdır. Ümumiyyətlə, 2001-2007-cи illərdə Dövlət Neft Fondundan qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar yeni qəsəbələrin salınması məqsədi ilə ayrılmış 360,4 milion manat vəsait hesabına 15713 ev, ümumi yaşayış sahəsi 838,5 min kv.metr olan 49 qəsəbə, 106 məktəb, 4 musiqi məktəbi, 1276 yerlik 34 uşaq bağçası, 4 xəstəxana, 37 feldşer-mama məntəqəsi, 29 klub-icma mərkəzi, 30 rabitə evi, 31 hamam, 36 inzibati bina, 7 yanğın postu,103 su anbarı (50-2000 kub metr), 11 yarımstansiya tikilmiş, 9883,0 ha iriqasiya sistemi,465 km yol, 540 km su xətti, 808,7 km elektrik hava xətti çəkilmiş, 128artezian quyusu qazılmış, 402 müxtəlif transformator quraşdırılmışdır. O cümlədən Ermənistandan qaçqın düşmüş soydaşlarımızın məskunlaşdırılması üçün respublikanın müxtəlif şəhər və rayonlarının ərazilərində 1330 ev tikilərək onların istifadəsinə verilmişdir. Yeni qəsəbələrə köçürülmüş məcburi köçkünlərə Nazirlər Kabinetinin qərarı ilə kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün müəyyən edilmiş miqdarda əvəzsiz maliyyə yardımı verilir. Görülən tədbirlər nəticəsində Azərbaycanda mövcud olmuş 12 çadır düşərgəsindən 2003-cü ildə Biləsuvar rayonu ərazisindəki 5-i, 2006-cı ildə isə Bərdə və Ağcabədi rayonlarındakı 4-ü ləğv edilmişdir. Saatlı və Sabiradbad rayonları ərazisindəki qalan 3 çadır düşərgəsinin ləğvi üzrə hazırda müvafiq işlər aparılır. Bakı şəhəri, Sabunçu rayonu ərazisindəki «Qərənfil» sanatoriyasında müvəqqəti məskunlaşmış 39 məcburi köçkün ailəsi üçün 2006-cı ilin oktyabrında Abşeron rayonunun Mehdiabad qəsəbəsində fərdi evlər tikilərək istifadəyə verilmişdir. Bakı şəhəri , Əzizbəyov rayonu ərazisindəki «Zuğulba» sanatoriyasında müvəqqəti məskunlaşmış 450 məcburi köçkün ailəsi üçün Sabunçu rayonu, Ramana qəsəbəsində salınmış yeni qəsəbənin 2007-ci il 4 may tarixdə açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak və çıxış etmişdir. Həmçinin Yeni Dövlət Proqramına uyğun olaraq Xocalı rayonundan olan 500 ailə üçün Goranboy rayonu ərazisində, Xocavənd rayonundan olan 500 ailə üçün isə Beyləqan rayonu ərazisində yeni qəsəbələrin salınması məqsədi ilə müvafiq torpaq sahələri ayrılmışdır. Hazırda həmin qəsəbələrin tikintisinin maliyyələşdirilməsi məsələsinə baxılır. Azərbaycan Respubliikasının Prezidenti İ.Əliyev yüksək səviyyəli beynəlxalq və ölkədə keçirilən tədbirlərdəki çıxışlarında ölkəmizin ərazi bütövlüyü ilə bağlı dəfələrlə vurğulayıb ki, Azərbaycanın bir qarış torpağı belə heç kimə bağışlanmayacaq. Sülh yolu ilə azad edilməsə, istənilən vasitə ilə azad ediləcəkdir. Cənab İlham Əliyev 2003-2007-cı illər ərzində bu münaqişənin həlli ilə əlaqədar Ermənistan Respublikasının Prezidenti ilə 8, ATƏT-in həmsədrləri ilə 22, xarici ölkələrə 78 səfəri zamanı müxtəlif ölkələrin dövlət rəhbərləri ilə çoxsaylı görüşlər keçirmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yanında 2007-ci il 4 sentyabr tarixdə bütün aidiyyatı nazirlik, komitə və şirkət rəhbərlərinin iştirakı ilə qaçqınların və məcbur köçkünlərin problemlərinə həsr olunmuş müşavirə keçirilmişdir. |
|||
Copyright © 2008AZƏRBAYCAN RESPUBLİKASININ QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57 Tel/fax: (99412) 430 09 21, 430 09 25 Elektron ünvan: info@refugee.gov.az |
|||