|
|
|||
|
|
Qaçqın və məcburi köçkünlərlə bağlı normativ hüquqi sənədlər Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Prezidentliyi dövründə qaçqın və məcburi köçkünlərin statusu və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qəbul olunan normativ-hüquqi sənədlər
Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə əlaqədar qəbul edilmiş normativ-hüquqi sənədlər (oktyabr 2003- oktyabr 2008-ci illər)
Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə ölkə Prezidenti tərəfindən 18 fərman və sərəncam imzalanmış, Milli Məclis tərəfindən 2 qanun, Nazirlər Kabinetinin isə 64 qərar və sərəncamı qəbul edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı» və 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı ilə həmin Dövlət Proqramına edilmiş Əlavələr təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə təsdiq edilmişdir. Beynəlxalq təcrübə nəzərə alınmaqla, yaradılmış milli qanunvericilikdə qaçqınların və məcburi köçkünlərin aşağıdakı imtiyazları təsbit edilmişdir: Qaçqınların və məcburi köçkünlərin imtiyazları
Qaçqınlar:
- «Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar Azərbaycan Respublikasının vətəndaşları hesab edilirlər, lakin onlar siyasi mənada «qaçqın» statusunu və öz ölkələrinə qayıtmaq hüququnu saxlayırlar;
- mənzil və ya ev alqı-satqısı zamanı notarial rüsumlardan azaddırlar; - Təhsil Nazirliyinin 2004-cü il kollegiya qərarına əsasən Ermənistandan olan, 1988-1992-ci illərdə anadan olmuş qaçqınlar dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqını ödəməkdən azaddırlar; - Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 3-cü bəndinə əsasən özəl müəssisələrin, ali və orta ixtisas təhsili məktəblərinin rəhbərlərinə tövsiyə olunmuşdur ki, qaçqın və məcburi köçkünlərin işlə təmin olunması və təhsil haqqının ödənilməsində güzəştlərin verilməsi məsələlərində onlara lazımi kömək etsinlər. Məcburi köçkünlər: - Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında Sərəncamının 2-ci bəndinə əsasən məcburi köçkünlərin 1992-1998-ci illərdə mülkiyyət formasından asılı olmayaraq müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması onlar öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək dayandırılır;
- Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 3-cü bəndinə əsasən özəl müəssisələrin, ali və orta ixtisas təhsili məktəblərinin rəhbərlərinə tövsiyə olunmuşdur ki, qaçqın və məcburi köçkünlərin işlə təmin olunması və təhsil haqqının ödənilməsində güzəştlərin verilməsi məsələlərində onlara lazımi kömək etsinlər; - kommunal və digər xidmət haqları (elektrik enerjisi, təbii qaz, içməli su, telefon abunə haqqı) ödəməkdən azaddırlar; - təbii qazla təmin olunmayan şəhər və rayonlarda müvəqqəti məskunlaşanlara payız-qış mövsümündə 40 litr miqdarında aylıq ağ neft yanacağı verilir; - Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli Sərəncamına əsasən dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqını ödəməkdən azaddırlar; - Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olunmaqla, respublikanın digər ərazilərində müvəqqəti məskunlaşmış 146 min məcburi köçkünə aylıq ərzaq yardımı göstərilir; - orta ümumtəhsil məktəblərində təhsil alan məcburi köçkün şagirdlər dərsliklərlə pulsuz təmin olunurlar; - büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış 15 min nəfər məcburi köçkünə 1994-cü ilin may ayından orta aylıq əməkhaqqı ödənilməsi təmin edilmişdir. Milli Məclisin Qanun və Qərarları
Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları
Azərbaycan Respublikası Prezidentinin Fərmanları
Azərbaycan Respublikası Prezidentinin Sərəncamları
Nazirlər Kabinetinin qərar və sərəncamları
Nazirlər Kabinetinin Qərarları
Nazirlər Kabinetinin Sərəncamları
|
||
Copyright © 2008AZƏRBAYCAN RESPUBLİKASININ QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57 Tel/fax: (99412) 430 09 21, 430 09 25 Elektron ünvan: info@refugee.gov.az |
|||