|
|
|||
|
|
Prezidentin qayğısı
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası öz bəhrəsini verməyə başlayan andan, iqtisadi imkanlar yarandıqca dövlət tərəfindən, digər sahələrdə olduğu kimi, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə də bağlı geniş tədbirlərin həyata keçirilməsinə başlanıldı. Azərbaycan Respublikası Prezidentinin (prezidenti Heydər Əliyevin)2001-ci il 22 avqust tarixli 562 nömrəli, 2001-ci il 7 sentyabr tarixli 577 nömrəli və 2002-ci il 13 may tarixli 700 nömrəli fərmanlarına əsasən Dövlət Neft Fondundan ayrılmış 359 milyard manat vəsait hesabına ümumi sahəsi 392 min kv.metr olan 6410 fərdi yaşayış evi ilə yanaşı 3150 yerlik 18 məktəb, 16 tibb məntəqəsi, 18 uşaq bağçası, 13 hamam, 75 çarpayılıq xəstəxana, 195 km. uzunluğunda qəsəbələrdaxili və xarici yollar, 188 km. uzunluğunda xarici və daxili içməli su xətləri, 350 km. elektrik hava xətləri, 133 km. irriqasiya su kəməri, 10 klub-icma mərkəzi, 11 rabitə evi və digər həyat üçün vacib olan sosial obyektlər tikilib istifadəyə verilmişdir.
![]() Nəticədə Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi ləğv edilmiş, 1329 qaçqın və 5081 məcburi köçkün ailəsinin (32 min nəfər) mənzil şəraiti yaxşılaşdırılmışdır. Yeni salınmış qəsəbələrdə 6000-dən çox iş yerləri yaradılmış, 5 mindən çoxu ayrılmış torpaq sahələrində, 1000 nəfəri isə büdcə təşkilatlarında çalışır. Yeni qəsəbələrə köçürülmüş məcburi köçkünlərə Nazirlər Kabinetinin 2002-ci il 19 noyabr tarixli 182 nömrəli qərarı ilə kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün müəyyən edilmiş miqdarda əvəzsiz maliyyə yardımı verilir. 1993-cü ildə məcburi köçkünlərin aylıq yemək xərcləri üçün verilən müavinətin adambaşına miqdarı 500 manat olmuş, bu rəqəm son 12 ildə 100 dəfə artırılmış və Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 26 avqust tarixli Sərəncamına əsasən isə 2008-ci il sentyabrın 1-dən etibarən 67 min 500 manat (13,50 YAM) müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanına uyğun olaraq Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 15 nömrəli “Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi qaydasının tətbiq edilməsi barədə” qərarına əsasən məcburi köçkünlərin istifadə etdikləri kommunal və digər xidmət haqları mərkəzləşmiş qaydada birbaşa müvafiq xidmət təşkilatlarına vaxtlı-vaxtında ödənilir. Təbii qazla təmin olunmayan şəhər və rayonlarda müvəqqəti məskunlaşmış 90 min məcburi köçkün ailəsinə payız-qış mövsümündə verilən (hər ailəyə ayda 30 litr) ağ neft yanacağının aylıq norması Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun olaraq 2005-ci ildən 40 litr miqdarında müəyyən edilmişdir. Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış 13,9 min nəfər məcburi köçkünə orta aylıq əmək haqqı ödənilməsi davam etdirilir. Nazirlər Kabinetinin 2000-ci il 6 noyabr tarixli 204 nömrəli “Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə kreditlərin verilməsi qaydalarının və şərtlərinin təsdiq edilməsi haqqında” qərarına uyğun olaraq 2001-2002-ci illərdə büdcədən ayrılmış 2 milyard manat vəsait hesabına 1000 nəfərdən çox məcburi köçkünə kənd təsərrüfatı ilə məşğul olmaq üçün güzəştli kredit verilmişdir. Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerləri üzrə təşkil edilmiş 90 min şagirdi olan və 12 min müəllimin çalışdığı 699 ümumtəhsil məktəbinin, 4300 işçisi olan 169 səhiyyə və 1350 mədəniyyət müəssisənin normal fəaliyyətinin təmin olunması məqsədi ilə müntəzəm olaraq müvafiq tədbirlər görülür. Məcburi köçkünlərin sağlamlığının qorunması məqsədi ilə Səhiyyə Nazirliyi, beynəlxalq humanitar təşkilatlar vasitəsilə xüsusilə sıx məskunlaşma yerlərində yaradılmış səhiyyə ocaqlarında, yaxud səyyar tibbi heyətlər vasitəsilə vaxtaşırı olaraq onların müayinə və müalicəsi həyata keçirilir. |
||
Copyright © 2008AZƏRBAYCAN RESPUBLİKASININ QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57 Tel/fax: (99412) 430 09 21, 430 09 25 Elektron ünvan: info@refugee.gov.az |
|||