Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№132 Bakı şəhəri, 13 oktyabr 2003-cü il
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində struktur və kadr dəyişikliyi ilə əlaqdar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
- Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi kollegiyasının aşağıdakı tərkibdə təsdiq edilməsi barədə Dövlətqaçqınkomun təklifi qəbul edilsin:
Həsənov Əli Şamil oğlu – Dövlətqaçqınkomun sədri
Rəhimov Sahib Səttar oğlu – Dövlətqaçqınkom sədrinin müavini
İsmayılov Elman Behbud oğlu – Dövlətqaçqınkomun Repatriasiya departamentinin direktoru
Fərhadov Gəray Fərhad oğlu – Dövlətqaçqınkomun sosial-təminat şöbəsinin rəisi
Əsgərov Fuad Səməndər oğlu – Dövlətqaçqınkomun maliyə-mühasibat şöbəsinin rəisi
Ağayev Mübariz İspəndiyar oğlu – Dövlətqaçqınkomun məskunlaşma, miqrasiya və məşğulluq şöbəsinin rəisi
Axundov Şöhlət Əşrəf oğlu – Dövlətqaçqınkomun Ağcabədi rayon şöbəsinin müdiri
- “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyası haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 19 noyabr tarixli, 179 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
Azərbaycan Respublikasının Baş nazirinin
birinci müavini A.Rasi-zadə