Elektron Xidmətlər
 
 
Beynəlxalq humanitar və yerli təşkilatlar

BMTQAK Azərbaycanda

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı özünün Azərbaycandakı Nümayəndəliyini 1992-ci ilin dekabr ayında, Azərbaycan hökumətinin müraciəti və BMT Baş katibinin təsdiqi ilə açılmışdır. Dağlıq Qarabağ münaqişəsinin doğurduğu minlərlə məcburi köçkünün kəskin ehtiyacına cavab olaraq BMTQAK təcili xilas əməliyyatına başladı. Bu müddət ərzində məcburi köçkünlərə, sığınacaq axtaran şəxslərə, qaçqınlara və vətəndaşlığı olmayan şəxslərə yardım, himayə və mümkün olan yerlərdə davamlı həll yollarını təqdim etməklə yanaşı, BMTQAK həmçinin Azərbaycan hökumətinə milli sığınacaq sisteminin yaradılmasına, vətəndaşlıq haqqında və vətəndaşsızlığın aradan qaldırılması ilə bağlı qanunvericiliyin təkminləşdirilməsinə yardım etmiş, QHT sektorunun inkişafını dəstəkləmiş və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə məsələyə birgə yanaşmaları gücləndirmişdir.

Məcburi köçkünlərə yardım

İlkin olaraq, BMTQAK fövqəladə hallarda yardımı təmin etmək üçün öz yardım səylərini məcburi köçkünlərin ən ümdə ehtiyaclarını ödəmək işinə cəmləşdirdi. 1995-ci ildən başlayaraq BMTQAK -ın fəaliyyətinin əsas istiqaməti ümumilikdə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və onların ailələrinin yaşayış səviyəsini gəlir gətirən fəaliyyət növləri vasitəsilə inkişafına doğru dəyişdi. BMTQAK 39,600-dan çox insana (9,400 ailəyə) sığınacaq şəraiti verdi və ya bu şəraiti yaxşılaşdırdı. 1995 və 2001-ci illər arasında BMTQAK özünün icra edici partnyor təşkilatları vasitəsilə 11,800 insanı yerləşdirmək üçün 2,800-dən çox evin tikilməsini monitorinq etmişdir. Bundan başqa, 1996 və 1999-cu illər arasında BMTQAK Fizuli, Ağdam, Tərtər və Ağcabədi rayonlarında müharibədə dağılmış lakin gedilməsi mümkün olan ərazilərdə evlərinə qayıdan 12,200-ə qədər məcburi köçkün (2,900 ailə) üçün şəxsi evlərin bərpasına yardım göstərmişdir. Eyni zamanda, BMTQAK məcburi köçkünlər üçün əsas sanitar standartların, içməli suyun, təhsil şəraitinin və gəlir gətirmə imkanlarının yaradılması üçün yaxından cəhd göstərmişdir.

Regionda məcburi köçkünlərlə işləyən digər təşkilatlarla Hökumət didərgin düşmüş əhali ilə bağlı daha çox məsuliyyəti öz üzərinə götürmüş və onlardan bəziləri üçün yeni evlər tikmiş, 2002-ci ildən bəri BMTQAK diqqətini eyni zamanda şəhər ərazilərindəki yararsız və yaşayış üçün nəzərdə tutulmayan ictimai binalarda (keçmiş yataqxanalar, inzibati binalar, məktəblər və s.) yaşayan məcburi köçkünlərin şəraitlərinin yaxşılaşdırılmasına yönəltmişdir. BMTQAK-ın 2002 və 2003-cü illərə təsadüf edən İctimai Binaların Birləşmiş Reabilitasiyası (İBBR) layihəsi ildə 45,000-ə qədər məcburi köçkünün yaşadığı Sumqayıtda 10-15 belə binanın (2,500-dək insanın sığınacağı) bərpasına yönəlmişdir.


Azərbaycan Respublikasında fəaliyyətləri Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilən BMT-nin agentlikləri, beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatları haqqında MƏLUMAT

pdf icon TESHKILATLAR Siyahi 2010.pdf (download, 198kb)

word icon BT.doc (download, 41kb)
 
 
idpsCopyright © 2008
AZƏRBAYCAN RESPUBLİKASININ
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az