Elektron Xidmətlər
 
 
“Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində didərgin düşmüş, Bərdə və Ağcabədi rayonları ərazisində çadır düşərgələrində, eləcədə Bərdə rayonu ərazisində dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti yerləşdirilmiş Ağdam və digər rayonlardan olan məcburi köçkünlərin sosial,mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 4 fevral tarixli 80 nömrəli sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin TƏDBİRLƏR PLANI

Azerbaijan Gerb
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 24 fevral tarixli 37s nömrəli
Sərəncamı ilə təsdiq edilmişdir

Tədbirlərin adı İcra orqanları İcra müddəti
1. Dövlət Komissiyasının təqdimatına əsasən Bərdə, Ağcabədi rayonları ərazisində çadır düşərgələrində və Bərdə rayonu ərazisində dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti yerləşdirilmiş Ağdam rayonundan olan 3674 məcburi köçkün ailəsi üçün həmin rayonun ərazisində Kəlbəcər rayonundan olan 149 məcburi köçkün ailəsi üçün Goranboy rayonunun Aşağı və Yuxarı Ağcakənd qəsəbələrinin ərazisində, Laçın rayonundan olan 37 məcburi köçkün ailəsi üçün isə Ağcabədi rayonu ərazisindəki Laçın qış yataqlarında elektrik enerjisi , su təchizatı, təhsil ,səhiyyə və digər zəruri sosial-texniki infrastrukturu olan yeni qəsəbələrin salınması, o cümlədən müəyyən olunmuş qaydada həyatyanı, əkin və otlaq torpaq sahəsinin ayrılmasının təmin edilməsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu,Ağdam, Goranboy, Kəlbəcər və Laçın rayon İcra hakimiyyətləri Fevral-mart
2004-cü il
2. Yeni salınacaq qəsəbələrin layihələndirmə sifarişinin verilməsi üçün aidiyyəti nazirlik, komitə və şirkətlərdən müvafiq infrastruktur obyektlərinin texniki şərtlərinin alınması Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,Meliarasiya və Su Təsərrüfatı Komitəsi, “Azərenerji” SC, “Azəriqaz” SC, “Bayva Enerji” İM Fevral-mart
2004-cü il
3. Bərdə, Ağcabədi rayonları ərazisində çadır düşərgələrində və Bərdə rayonu ərazisində dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti yerləşdirilmiş və yeni qəsəbələrə köçürülməsi nəzərdə tutulan məcburi köçkün ailələrinin dəqiqləşdirilmiş siyahısının tərtib edilməsi, ailələrin tərkibinə uyğun tikiləcək evlərin qruplaşdırılması Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, Ağdam, Bərdə, Ağcabədi, Kəlbəcər və Laçın rayon İcra Hakimiyyətləri Fevral-mart
2004-cü il
4. Lahiyyələndirmə və qəsəbələrin salınması ilə əlaqədar:
-tender komissiyasının yaradılması
-layihə və tikinti işlərinin yerinə yetirilməsi üçün tenderin (müsabiqənin)elan olunması və qalibin müəyyən edilməsi
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Fevral-may
2004-cü il
5. Təkliflərin qiymətləndirilməsi meyarları müəyyənləşdirilərkən Dövlət Neft Fondunun vəsaiti hesabına qəsəbələrin salınmasında mövcud olan təcrübənin nəzərə alınması,həmin qəsəbələrdə məskunlaşdırılacaq məcburi köçkünlərin inşaat işlərinə cəlb edilməsi və məskunlaşdırıldıqdan sonra iş yerləri ilə təmin edilməsi şərtlərinin nəzərdə tutulması Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 4 fevral tarixli 80 nömrəli sərəncamı ilə yaradılmış Dövlət Komissiyası, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, Müntəzəm
6. Yeni salınacaq qəsəbələrdə səhiyyə ocaqlarının (Ağdam rayonunda 25 çarpayılıq xəstəxana, Goranboy rayonunda həkim ambulatoriyası, Ağcabədi rayonu ərazisində Laçın qış yataqlarında tibb məntəqəsi) tikilməsi Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 4 fevral tarixli 80 nömrəli sərəncamı ilə yaradılmış Dövlət Komissiyası, Səhiyyə Nazirliyi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 2004-cü il
7. Bərdə, Ağcabədi rayonları ərazisində çadır düşərgələrində və Bərdə rayonu ərazisində dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti yerləşdirilmiş 3860 məcburi köçkün ailəsinin Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 4 fevral tarixli 80 nömrəli sərəncamında nəzərdə tutulmuş qəsəbələrin tikintisi başa çatdıqdan sonra oradakı yaşayış evlərinə köçürülməsinin təmin edilməsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Müvafiq rayon İcra Hakimiyyətləri 2005-ci il
8. Yeni salınan qəsəbələrin tikintisi başa çatdıqdan sonra onların istismara qəbul edilməsi üçün Dövlət Komissiyasının yaradılması Azərbaycan Respublikasının Nazirlər Kabineti 2005-ci il
9. Tikintisi başa çatmış sosial və texniki infrastruktur obyektlərinin aidiyyəti nazirlik və təşkilatların, mənzil fondunun isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansına verilsin Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi,Dövlət Tikinti və Arixtektura Komitəsi, Meliarasiya və Su Təsərrüfatı Komitəsi, “Bayva Enerji”İM, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, 2005-ci il
10. Bərdə, Ağcabədi rayonları ərazisində çadır düşərgələrində və Bərdə rayonu ərazisində dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti yerləşdirilmiş 3860 məcburi köçkün ailəsinin yeni qəsəbələrdəki yaşayış evlərinə köçürülməsi həyata keçirildikdən sonra Bərdə və Ağcabədi rayonlarındakı çadır düşərgələrinin ləğv edilməsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Müvafiq rayon İcra Hakimiyyətləri 2005-ci il
11. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2004-cü il üçün təsdiq edilmiş büdcəsi çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 4 fevral tarixli 80 nömrəli sərəncamında nəzərdə tutulmuş qəsəbələrin layihələndirilməsi və salınması ilə bağlı tədbirlərin , o cümlədən tenderin (müsabiqənin) hazırlanması və keçirilməsi məcburi köçkünlərin yeni yaşayış qəsəbələrinə köçürülməsi onların kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 19 noyabr tarixli 182 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaya uyğun olaraq birdəfəlik əvəzsiz maliyə yardımının, sifarişçi təşkilatın müvafiq işçi qrupunun saxlanılması, müəllif nəzarəti, bank və digər xərclərin maliyyələşdirilməsinin təmin edilməsi. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 4 fevral tarixli 80 nömrəli sərəncamı ilə yaradılmış Dövlət Komissiyası, Maliyyə Nazirliyi, Dövlət Neft Fondu Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, Müntəzəm
12. Sifarişçi funksiyalarının həyata keçirmək üçün ayrılmış vəsait hesabına tikinti –quraşdırma işlərinə daima nəzarət etmək məqsədilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun mərkəzi aparatında, Ağdam, Goranboy rayonlarının və Ağcabədi rayonu ərazisindəki Laçın qış yatağında yerli ofislərin açılması üçün ştat vahidlərinin və xərclər smetasının müvafiq qaydada razılaşdırmaqla təsdiq edilməsi Dövlət Neft Fondu Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, Dövlət Neft Fondu Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Mart-aprel
2004-cü il
13. Layihədə nəzərdə tutulan işlərin yerinə yetirilməsi məqsədi ilə sifarişçi təşkilat olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun mərkəzi ofisinə əlavə sahənin ayrılmasının təmin edilməsi İqtisadi İnkişaf Nazirliyi, Dövlət Tikinti və Arixtektura Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, Mart 2004-cü il
14. Yeni salınmış qəsəbələrə köçürülən məcburi köçkünlərin məşğulluğunun artırılması məqsədi ilə xüsusi proqramın hazırlanması, onların kənd təsərrüfatı işlərinə cəlb olunmaları və yeni iş yerlərinin, kiçik sexlərin , istehsalı sahələrinin yaradılması, donrların , beynəlxalq maliyyə qrumlarının , humanitar və inkişaf təşkilatlarının bu sahədə aparılan işlərə cəlb olunması Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Xarici İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi,müvafiq rayon icra hakimiyyətləri, 2004-cü il və sonrakı illər
15. Yeni salınmış qəsəbələrə köçürülən məcburi köçkün ailələrinin kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün dizel yanacağı , gübrə, kənd təsərrüfatı texnikası və digər zəruri vasitələrlə təmin edilmnəsi, ərazilər üzrə aqrotexservis müəssisələrinin yaradılması Kənd Təsərrüfatı Nazirliyi,Dövlət Neft Şirkəti, Maliyyə Nazirliyi, əhər və rayon icra hakimiyyətləri 2005-ci il
16. Beynəlxalq humanitar, inkişaf və maliyyə təşkilatlarının fəaliyyət proqramlarında yeni salınbmış qəsəbələrə köçürülmüş məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi ilə bağlı inkişaf proqramlarına üstünlük verilməsi Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Xarici İşlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 2004-cü il və sonrakı illər
17. Yeni salınmış qəsəbələrdə məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar donr dövlətlərə, beynəlxal humanitar və inkişaf təşkilatlarına təqdim olunması məıqsədi ilə müxtəliof kiçik həcimli layihə təkliflərinin hazırlanması və həyat keçirilməsi Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Xarici İşlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Müntəzəm
18. Məcburi Köçkünlərin müvəqqəti məskunlaşdırılması məqsədi ilə yeni salınban qəsəbələrdə mövcud tələbata uyğun bütün sosial obyektlərin və infrastrukturun yaradılması, onların kadrlarla komplektləşdirilməsi və müvafiq maliyyə təminatı üçün lazimui tədbirlərin görülməsi Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi, müvafiq rayon icra hakimiyyətləri Müntəzəm
 
Azərbaycan Respublikasının
Baş naziri A.Rasi-zadə
 
 
idpsCopyright © 2008
AZƏRBAYCAN RESPUBLİKASININ
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az