 |
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1989-cu il 19 Sentyabr tarixli Fərmanı ilə daimi yaşayış yerlərinin tərk etməyə məcbur olmuş şəxslərin qəbulu, yerləşdirilməsi və güzəranları ilə əlaqədar məsələləri həll etmək və bu sahədə respublikanın sovet, təsərrüfat, inzibati və ictimai təşkilatlarının fəaliyyətlərini əlaqələndirmək məqsədilə “Daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş şəxslərlə iş üzrə Azərbaycan SSR Dövlət Komitəsi” kimi yaradılmışdır.
|
 |
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq Komitənin əsas vəzifələri qaçqınların, məcburi köçkünlərin və qaçqın statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin müvəqqəti məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “qaçqın” və ya “məcburi köçkün” statusu, həmin statusu təsdiq edən.
|