 |
Görülən bütün tədbirlərə baxmayaraq qaçqın və məcburi köçkünlərin humanitar və sosial vəziyyəti mürəkkəb olaraq qalır. Hazırda məcburi köçkünlərin 87631 min nəfəri yataqxanalarda, 25550 mini fin evlərdə, qalanlar isə ictimai binalarda, tikintisi yarımçıq qalmış binalarda, sanatoriya, pansionat və sair kommunal şəraiti olmayan sanitar normalara cavab verməyən yerlərdə çox ağır, olduqca dözülməz bir şəraitdə yaşayırlar.
Nəticədə, qaçqın və məcburi köçkünlərin yaşayış vəziyyətinin yaxşılaşdırılması istiqamətində 2001-2007-cü illər ərzində qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün 15713 evdən ibarət 49yeni qəsəbələr və fərdi evlər tikilərək onların istifadəsinə verilmişdir.
|
 |

Hal-hazırda Azərbaycan Respublikasının ərazisində 293 min əmək qabiliyyətli məcburi köçkündən 33 min nəfəri işsizdir. İş yerlərinin azlığından, maddi vəsait olmadığından yeni iş yerlərinin yaranması sahəsində problemlərin yaranması, aqrar sənayedə görülən işlərə baxmayaraq işsizlik probleminin tamamilə aradan qaldırılması bir sıra maneələrlə üzləşir.
Ümumilikdə 2001-2007-ci illərdə 263 min nəfər qaçqın və məcburi köçkün işlə təmin olunmuş, 2062 nəfər işsizlik statusu almış, 932 nəfər haqqı ödənilən içtimai işlərə cəlb olunmuş, 710 nəfər peşə-hazırlıq kurslarına göndərilmiş, 5099 ailəyə ünvanlı sosial yardım ödilmişdir.
Yeni salınmış qəsəbələrdə 27814 yeni iş yeri yaradılmış, AR-sı Nazirlər Kabinetinin 2000-ci il 6 noyabr tarixli 204 nömrəli «Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə kreditlərin verilməsi Qaydalarının və şərtlərinin təsdiq edilməsi haqqında» qərarına uyğun olaraq 2001-2002-ci illərdə büdcədən ayrılmış 2 milyard manat vəsait hesabına 1000 nəfərdən çox məcburi köçkünə kənd təsərrüfatı ilə məşğul olmaq üçün mikrokreditlər verilmişdir.
Ötən müddət ərzində MKSİF tərəfindən 950 məcburi köçkün ailəsinə 2,5 mld manat, Sahibkarlığa Yardım Milli Fond tərəfindən isə 150 ailəyə 3,4 mld manat kredit verilmişdir.
Məcburi köçkünlərə müvəqqəti istifadə üçün dövlət və bələdiyyə ehtiyat fondlarından 60 min hektar torpaq sahəsi ayrılmış, 47 min məcburi köçkünün əhatə olunduğu 760 fermer təsərrüfatı yaradılmışdır.
Həmin təsərrüfatlarda 800 min başdan çox iri və xırda buynuzlu mal-qara vardır.
Yeni salınmış qəsəbələrə köçürülmüş qaçqın və məcburi köçkün ailələrinə kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsi ayrılmış və hər bir ailəyə bir milyon manat məbləğində əvəzsiz maliyyə yardımı göstərilmişdir. Həmin qəsəbələrdə 60-dan çox fermer təsərrüfatları yaradılmışdır.
Beynəlxalq və yerli humanitar təşkilatlar tərəfindən müxtəlif layihələr üzrə təxminən 17 milyon ABŞ dolları məbləğində vəsait xərclənmiş, onların təsis etdikləri qeyri-bank kredit təşkilatlarının xətti ilə qaçqın, məcburi köçkün və az təminatlı əhalidən olan 31013 nəfərə 9,7 milyon ABŞ dolları həcmində
|
 |

Son illər ərzində donorlar tərəfindən qaçqın və məcburi köçkünlərə göstərilən ərzaq və qeyri-ərzaq yardımının həcmi əhəmiyyətli dərəcədə (4 dəfə) azaldılmışdır. Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 230 min nəfədən çox məcburi köçkün 1992-1993-cü illərdən etibarən ərzaq yardımı ilə təmin olunmur. Ümumiyyətlə, 1 milyondan çox qaçqın və məcburi köçkündən hazırda yalnız 30 faizi aylıq ərzaq yardımı ilə təmin olunur. 2001-ci ildə beynəlxalq humanitar təşkilatlar tərəfindən 214 min nəfər məcburi köçkünə ərzaq yardımı dayandırılmışdır.
Maliyyə imkanları məhdud olduğundan məcburi köçkünlərin müvəqqəti istifadə üçün ayrılmış torpaq sahələrindən səmərəli istifadə olunmasının təmin edilməsində çətinliklər vardır.
Yeni xırda istehsal sahələrinin yaradılması kiçik və orta biznesin inkişafı, kənd təsərrüfatı, mikro maliyyə və sair dairələrin həyata keçirilməsinə böyük tələbatın yaranmışdır.
Məcburi köçkünlərin sıx məskunlaşma yerlərində - çadır düşərgələrində, femalarda, yataqxalanarda, tikintisi yarımçıq qalmış binalarda, uşaq sağlamlıq düşərgələrindəvə sair yerlərdə infrastruktur, elektrik xətləri, içməli su kəmərləri, daxilidaxiil yollar, dam örtükləri, təhsil, səhiyyə obyektlərinin vəziyyətinin yaxşılaşdırılmasına ciddi ehtiyac duyulur.
|
 |
|