Xanlar rayonu ərazisində müvəqqəti məskunlıaşmış Kəlbəcər rayonundan olan 26 məcburi köçkün ailəsi üçün yeni yaşayış qəsəbəsinin tikintisi məqsədi ilə 4,0 hektar torpaq sahəsinin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayrılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı
N253 Bakı şəhəri, 28 avqust 2007-ci il
- Azərbaycanın işğal altında olan torpaqları azad edilənə və didərgin düşmüş vətəndaşlar öz doğma yurdlarına qayıdana qədər Xanlar rayonundan olan 26 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə əlaqədar olaraq yaşayış qəsəbəsinin tikintisi məqsədilə dövlət mülkiyyətindən 4,0 hektar ( hər ailəyə 0,12 hektar həyətyanı sahə hesabı ilə 3,12 hektar , yollar və digər kommunikasiyalar nüçün 0,88 hektar) örüş torpaq sahəsinin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayrılması barədə barədə həmin Komitənin Xanlar Rayon İcra hakimiyyəti, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilsin.
- Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri A.Rasi-zadə