Nərimanov, Xətai, Binəqədi, Nəsimi, Sabunçu, Qəbələ və Xanlar rayonları ərazisində şəraiti dözülməz olan ictimai binalarda, yarımçıq tikililərdə və s. yerlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün çoxmərtəbəli və ya fərdi yaşayış evlərinin layihələndirilməsi və tikintisi ilə bağlı işlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişçi təşkilat təyin edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı
N303 Bakı şəhəri “9” oktyabr 2007-ci il
- Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Nərimanov rayonundakı Səttərxan adına zavodun və T. Bəhramov adına Respublika stadionunun ərazisində müvəqqəti məskunlaşməş 270, Dövlət Sərhəd Xidmətinə məxsus Xətai rayonu, Əhmədli qəsəbəsi, 2942 –ci məhəllə,824-cü keçid ünvanında yerləşən keçmiş. Göz Xəstəxanasının bianasında müvəqqəti məskunılaşmış 166, Binəqədi rayonu , Dağlıq küçəsi, 381 –ci məhəllədə yerləşən keçmiş Trolleybus parkının ərazisində müvəqqəti məskunlaşmış 35, Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən Təcili Tibbi Yardım stansiyasınıln tikintisi yarımçıq qalmış binasında müvəqqəti məskunlaşmış 736, Binəqədi rayonu, Sulutəpə Qəsəbəsi ərazisində müvəqqəti məskunılaşmış 70 Binəqədi rayonu, S.S .Axundov küçəsindəki “Azadlıq prospekti” metro stansiyasının , “Dərnəgül” deposunun və Nsimi rayonundakı “28 May”metrosatansiyasının ərazisində müvəqqəti məskunlaşmış 66 , Binəqədi və Sabunçu rayonları ərazisisndə müxtəlif ünvanlarda müvəqqəti məskunlaşmış 14 məcburi köçkün ailəsi üçün Bakı şəhərində, Qəbələ rayonundakı”Qafqaz turist binasında” və “Lalə “sağlamlıq düşərgəsində müvəqqəti məskunlaşmış 152 məcburi köçkün ailəsinə həmin rayonun ərazisində çoxmərtəbəli yaşayış binalarının, Xanlar rayonundakı keçmiş Xanlar Aqrar- Sənaye Kombinatına məxsus ərazidə müvəqqəti məskunlaşmış 26 məcburi köçkün ailəsinə həmin rayonun ərazisində fərdi yaşayış evlərinin və Aərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin tabeliyində olan , Abşeron rayonu ərazisində yerləşən , 2 hektar torpaq sahəsində müvəqqəti məskunlaşmış 20 məcburi köçkün ailəsinə həmin rayonun ərazisində çoxmərtəbəli və ya fərdi yaşayış evlərinin layihələndirilməsi və onlarınb tikintisi ilə bağlı işlərin həyata keçirilməsi üçün sifarişçi təşkiılat Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təyin edilsin.
- Bu srəncam imzalandığı gündəbn qüvvəyə minir.
Azərbaycan respublikasının
Baş naziri A. Rasi-zadə